Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Cənubi Koreyada prezident seçkisinin vaxtı açıqlanıb

Cənubi Koreyada prezident seçkisinin vaxtı açıqlanıb

08.04.2025 [09:37]

Cənubi Koreya hökuməti növbəti prezident seçkisinin iyunun 3-də keçiriləcəyini rəsmən təsdiqləyib.

AZƏRTAC “Yonhap” agentliyinə istinadla xəbər xəbər verir ki, aprelin 8-də hökumətin iclasında prezident səlahiyyətlərini müvəqqəti icra edən Baş nazir Han Dok Su seçkinin iyunun 3-nə təyin olduğunu elan edib. Seçki günü ölkədə qeyri-iş günü olacaq.

Konstitusiyaya uyğun olaraq prezident vəzifəsi boşaldıqdan sonrakı 60 gün ərzində növbəti seçki keçirilməlidir. Konstitusiya Məhkəməsi sabiq Prezident Yun Sok Yolun impiçmentini aprelin 4-də təsdiqləyib.

Artıq Mərkəzi Seçki Komissiyası namizədlərin qeydiyyatına başlayıb. Proses mayın 11-də başa çatacaq. Seçkiqabağı təşviqat kampaniyası isə ondan bir gün sonra başlayacaq. Yeni seçilmiş prezident seçkilərin nəticələrində dərhal sonra keçid komandası olmadan səlahiyyətlərinin icrasına başlayacaq.

Paylaş:
Baxılıb: 510 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Diqqət Ukraynaya...

18 İyun 11:25  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30