Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Almaniya “demokratiya”sının gerçək mahiyyəti...

Almaniya “demokratiya”sının gerçək mahiyyəti...

29.06.2013 [09:58]

Hər hansı bir ölkədə qanunlara uyğun olaraq ictimai asayişin qorunması istiqamətində görülən hüquqi tədbirləri ciddi tənqid və qınaq obyektinə çevirən Almaniyanın özündə insan hüquqları kobud surətdə pozulur, dini-etnik zəmində diskriminasiya hallarının sayı durmadan artır
Uzun müddətdir ki, dünya mediasında özünü “demokratiya”nın beşiyi hesab edən və müxtəlif dövlətərə qarşı “demokratik” çağırışlar səsləndirən Almaniyanın məhkəmə sisteminin, icraedici və qanunverici orqanlarının nümayəndələrinin illeqal hallara yol verməsinə, sırf irqi və milli kontekstdə ayrı-seçkilik sərgiləməsinə dair materiallar dərc olunmaqdadır. Son zamanlar isə polisin müxtəlif məsələlərə dair etiraz aksiyası keçirən nümayişçilərə qarşı zor tətbiq etməsi ciddi narazılıq yaradıb.
Məhz bu hal ona dəlalət edir ki, hər hansı bir ölkədə qanunlara müvafiq olaraq ictimai asayişin qorunması istiqamətində görülən tədbirləri qanunamüvafiq halları ciddi tənqid və qınaq obyektinə çevirən Almaniyanın özündə insan hüquqları kobud surətdə pozulur, dini-etnik zəmində diskriminasiya hallarının sayı durmadan artır. Bəhs olunan ölkədə polis zorakılığı ilə müşayiət olunan dağıdıcı proseslər cəmiyyətin hər bir təbəqəsinin nümayəndələrinə sirayət etməkdədir.
Yeri gəlmişkən, Frankfurt şəhərində asayiş keşikçiləri ilə nümayişçilər arasında növbəti insident baş verib. Sosial və iqtisadi hüquqları uğrunda etiraz aksiyası keçirən və müxtəlif şüarlar səsləndirən nümayişçilərin qarşısı polis tərəfindən alınıb və baş vermiş qarşıdurmada ciddi xəsarətlər qeydə alınıb. Nümayişçilər yerli mətbuata verdikləri açıqlamalarda qeyd ediblər ki, onların hüquqları kobud surətdə pozulur və asayişin qorunması adı altında zor tətbiqinə istinad olunur.
Beləliklə, bütün bu olaylar bütövlükdə Almaniyanın imicinə zərbə kimi çıxış edir. Dolayısıyla buradan belə bir nəticə çıxarmaq olur ki, beynəlxalq miqyasda “demokratiya”, “insan hüquqlarının müdafiəsi” pərdəsi arxasından çıxış edən Almaniya kimi ölkələr müxtəlif dövlətlərə qarşı təzyiq mexanizmindən istifadə edirlər. Məhz bu cür fəaliyyətin əsasında duran strateji məqsəd isə ideoloji təzyiq və təsir vasitəsilə konkret hədəflərin yerinə yetirilməsidir. Bu isə ona dəlalət edir ki, konkret geostrateji maraqlar kontekstində çıxış edən bu cür ölkələr nəinki beynəlxalq hüquq normalarını ayaqlar altına atır, eləcə də, milli dövlətlərin beynəlxalq müstəvidəki fəaliyyətinə kobudcasına müdaxilə edir.
Məhz bütün bu hallar ekspertlər tərəfindən də ciddi tənqid obyektinə çevrilməkdədir. Məsələyə münasibət bildirən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, millət vəkili Çingiz Qənizadə qeyd edib ki, Almaniyada son zamanlar vətəndaşlarla asayiş keşikçiləri arasında baş verən qarşıdurma halları daha da kəskinləşib. “Hökumətin sosial-iqtisadi siyasətinə qarşı etiraz edən vətəndaşlara aşkar şəkildə zor tətbiq edilir. Təəssüf ki, bir çox ölkələrə “demokratiya” dərsi keçməyə çalışan Almaniyada baş verən insan haqları pozuntularına qarşı ciddi reaksiya olmadı. Amma Türkiyədə baş verən hadisələrə münasibətdə Almaniya, ABŞ və digər ölkələr bəyanatla çıxış etdilər. Bu ikili standart nümunəsidir”, - deyə millət vəkili qeyd edib.
Onun sözlərinə görə, Almaniya hökuməti ciddi qanun pozuntularına yol verməkdədir və bu, onları siyasi iflasa sürükləyir: “Vətəndaşların qeyri-qanuni surətdə həbs olunması, zorakılıqlara məruz qalması arzuolunan hal deyil. İnsan hüquqlarının pozulması heç bir ölkənin daxili işi ola bilməz, ona görə də bir çox ölkələrin hüquq müdafiəçiləri bu cür halları haqlı olaraq tənqid obyektinə çevirirlər”.
Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov isə deyib ki, Almaniyada baş verən hadisələr birmənalı şəkildə insan hüquqlarının kobud surətdə pozulmasıdır: “Demokratik” ölkə olduğunu iddia edən, hətta bu istiqamətdə müxtəlif dövlətlərə müvafiq tövsiyələr verən Almaniya bu gün özünün anti-demokratik mahiyyətini nümayiş etdirir. Vətəndaşlara qarşı zor tətbiq olunması, insanlara xəsarət yetirilməsi nəinki insan hüquqlarının pozulması, həm də siyasi motivli cinayətdir”.
Onun sözlərinə görə, son hadisələr onu göstərir ki, Almaniya başda olmaqla bir sıra müasir Avropa cəmiyyətlərində demokratiyanın ən əsas prinsipləri hesab olunan insan hüquqlarının qorunması, tolerantlıq iflasa uğramaqdadır.
“Görünən odur ki, Almaniyada vətəndaşların hökumətdən ciddi narazılığı mövcuddur və etiraz aksiyalarının artması, öz miqyasını genişləndirməsi gözləniləndir”, - deyən A.Hüseynov əlavə edib ki, vətəndaşların hər hansı bir məsələyə etiraz etmək hüququ var və hökumət nümayişçilərə qarşı dözümlülük nümayiş etdirməlidir.
NURLAN

Paylaş:
Baxılıb: 1308 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30