Qəzzada vəziyyət gərginləşir...
07.03.2025 [09:46]
Ərəb dövlətlərinin quruculuq planı işə yaramadı
İsrail ilə HƏMAS arasında razılaşdırılmış altı mərhələlik atəşkəs prosesi yeni gərginliklə əvəz olunmaqdadır. Xatırladaq ki, yanvarın 19-dan qüvvəyə minən razılaşmanın ilkin mərhələləri müəyyən mənada icra olundu. Belə ki, atəşkəsin ertəsi günü İsrail HƏMAS hərəkatı ilə Qəzza zolağında saxlanılan girovların azad edilməsi və atəşkəsin tətbiqi ilə bağlı razılaşma çərçivəsində 90 fələstinli məhbus azad edildi, HƏMAS isə üç israilli girovu geri qaytardı. Amma az keçmədi ki, proses yenidən dalana dirəndi. Girovların azad edilməsi məsələsindəki anlaşılmazlıq yenidən silahların dillənməsinə yol açıb.
Trampdan ultimatum...
Donald Trampın Qəzza ilə bağlı açıqlamaları isə vəziyyəti daha da gərginləşdirib - xüsusilə, Qəzza sakinlərinin ərazini tərk edərək başqa ölkələrin ərazilərinə köçürülməsi ilə bağlı fikirləri birmənalı qarşılanmayıb və tənzimləməyə mənfi təsir göstərib. Tramp isə iddialarından geri durmaq fikrində deyil. Bu dəfə o, HƏMAS-a ultimatum verərək, bütün girovların dərhal azad edilməsini tələb edib və əks halda ciddi nəticələrlə üzləşəcəklərini bildirib. “Truth Social” hesabındakı paylaşımında ABŞ Prezidenti deyib: “Şalom, HƏMAS” həm salam, həm də vidalaşma deməkdir - seçim sizindir. Girovların hamısını dərhal sərbəst buraxın, hələ gec deyil. Həmçinin, öldürdüyünüz insanların cəsədlərini geri qaytarın, yoxsa sizin üçün yol burada bitəcək”.
Bundan əlavə, Tramp HƏMAS-ı İsrailə tam dəstək verməklə də təhdid edib. “Mən İsrailə münaqişəni sona çatdırmaq üçün lazım olan hər şeyi göndərirəm. Əgər tələblərimə əməl etməsəniz, HƏMAS üzvləri üçün təhlükəsiz yer qalmayacaq. Elə indicə həyatlarını alt-üst etdiyiniz keçmiş girovlarla görüşdüm. Bu, sizin üçün son xəbərdarlıqdır! Hələ imkan varkən Qəzzanı tərk edin”, - deyə paylaşımda qeyd olunub.
Qəzzanın bərpası üçün...
Trampın bu davranışının qarşılığında isə hələ də nizamlanmaya ümid edən ölkələr var. Belə ki, Ərəb dövlətləri Qəzza zolağının sakinlərini köçürmədən prosesi inkişaf etdirməklə bağlı planlarını təklif ediblər. Martın 4-də Misirin paytaxtı Qahirədə keçirilən Ərəb Liqasının növbəti sammitində ərəb ölkələri liderləri tərəfindən qəbul edilən sənəddə Qəzza zolağının yenidən qurulması üçün vəsaitin ayrılmasını özündə ehtiva edən plan qəbul edilib. Misir tərəfindən hazırlanmış təşəbbüs insanların anklav ərazisindən köçürülməsini nəzərdə tutmur. Plana görə Qəzza zolağının yenidən qurulması üç mərhələdə aparılmalıdır. Bu müddət ərzində anklavda infrastruktur bərpa olunacaq, yeni yaşayış binaları, balıqçılıq limanı, sənaye zonaları və hava limanı tikiləcək.
Layihənin həyata keçirilməsi üçün ayrılan vəsaitlərin beynəlxalq nəzarət altında olan fondda saxlanılması nəzərdə tutulur ki, bu da onların xərclənməsinin şəffaflığını artıracaq. Bundan əlavə, Fələstin hökumətinin Qəzzanı idarə etmək üçün müstəqil texnokratlardan və partiyasız şəxslərdən ibarət komitə yaratması gözlənilir. Komitə Fələstin Muxtariyyətinə əraziyə nəzarəti tam bərpa etmək üçün nəzərdə tutulan altı aylıq keçid dövründə anklavı idarə edəcək. Qəzza zolağının yenidən qurulmasını nəzərdə tutan planın birinci mərhələsi qarşıdakı iki ildə Qəzzada təxminən 20 milyard dollara 200 min evin tikintisini nəzərdə tutur.
İsrail və ABŞ planı qəbul etmir - HƏMAS pislənilməyib...
Bu plan barədə İsrail Xarici İşlər Nazirliyi və Ağ Ev məlumat yayıb. İsrail Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir ki, “Ərəb Liqasının fövqəladə sammitində qəbul edilən sənəd 2023-cü il oktyabrın 7-dən yaranmış vəziyyətin reallıqlarını əks etdirmir və köhnəlmiş konsepsiyalara əsaslanır”. Nazirlik vurğulayıb ki, sənəddə xüsusilə minlərlə israillinin ölümünə və yüzlərlə adamın girov götürülməsinə səbəb olan HƏMAS-ın hücumlarından bəhs edilmir. Həmçinin ərəb ölkələrinin təklif etdiyi planda terror təşkilatı pislənmir.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Brayan Hughes isə deyib ki, bu təklifdə Qəzzanın hazırda yaşayış üçün yararsız olması və sakinlərin dağıntılar, o cümlədən partlamamış hərbi sursatlarla örtülmüş ərazidə təhlükəsiz şəkildə yaşaya bilməyəcəkləri reallığı nəzərə alınmır. O əlavə edib ki, ABŞ prezidenti Donald Tramp Qəzzanın HƏMAS-sız yenidən qurulması təklifini davam etdirəcək.
HƏMAS ərəb dövlətlərini “tələsdirir”...
HƏMAS isə ərəb ölkələri liderlərinin qəbul etdiyi sənədi alqışlayıblar. Təşkilat planın uğurlu tətbiqi üçün vəsait tələb edib və Liqa sammitini Fələstin məsələsinə ərəb və İslam dəstəyi kontekstində “irəliyə addım” adlandırıb. HƏMAS-ın sözçüsü Hazem Qasem bildirib ki, İsrail Qəzza zolağının blokadasını davam etdirir və orada aclığın yaranmasına yol açır: “Bu baxımdan, Ərəb Liqasının qəbul etdiyi bəyannamənin müddəalarının, xüsusən də anklavın blokadasının götürülməsi və məcburi köçkünlərin qayıtmasının qarşısının alınması üçün oraya humanitar yardımın gətirilməsi çağırışının həyata keçirilməsinə ehtiyac artıb”.
HƏMAS “yox” dedi, humanitar yardım dayandırıldı...
Beynəlxalq KİV-lər isə İsrailin Qəzzada atəşkəs və əsir mübadiləsinin birinci mərhələsinin başa çatmasından sonra fələstinlilərə qarşı təhdidləri artırdığını yazır. Qəzzada 42 gün davam edən atəşkəs və əsir mübadiləsi razılaşmasının birinci mərhələsi martın 1-də yekunlaşıb. İkinci mərhələ üzrə danışıqlar fevralın 3-də başlamalı olsa da, mediaya görə buna Netanyahunun qərarı mane olub. İsrail mediası isə bölgədə gərginliyin yenidən arta biləcəyi təhlükəsindən yazıb. Qeyd edilir ki, yeni mərhələdə Qəzza zolağının elektrik enerjisinin tamamilə kəsilməsi və şimala gələn fələstinlilərin geri göndərilməsini nəzərdə tuturdu. Həmçinin qeyd edilir ki, planda Qəzzaya irimiqyaslı hərbi zərbələrin endirilməsi də var.
Xatırladaq ki, İsrail baş nazirinin dəftərxanasının martın 2-də yaydığı məlumatda bildirilirdi ki, Benyamin Netanyahu Qəzza zolağına bütün növ humanitar yardımların idxalını tamamilə dayandırmaq haqda qərar qəbul edib.
Qeyd edək ki, Netanyahunun ofisi bir neçə gün öncə bəyan etmişdi ki, İsrail rəhbərliyi ABŞ prezidentinin xüsusi elçisi Stiven Vitkoffun Ramazan və Pasxa bayramları dövründə Qəzza zolağında müvəqqəti atəşkəslə bağlı planını qəbul edir. İsrail tərəfi bildirmişdi ki, HƏMAS Amerikanın xüsusi nümayəndəsinin təklifini qəbul edərsə, İsrail “Vitkoff planının bütün detalları üzrə dərhal danışıqlara başlayacaq”. Lakin sonradan HƏMAS-ın Vitkoff planından imtina etdiyi məlum olub. Bununla əlaqədar olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağına humanitar yardımın daxil olmasını dayandırdığını və onunla bütün sərhəd keçidlərini bağladığını açıqlayıb.
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17

