Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Odessa şəhəri ballistik raketlə vurulub, xəsarət alanlar var

Odessa şəhəri ballistik raketlə vurulub, xəsarət alanlar var

01.02.2025 [07:56]

Rusiya yanvarın 31-də axşam saatlarında Odessaya raket hücumu edib. Hücum nəticəsində mülki insanlar arasında xəsarət alanlar var.

AZƏRTAC xəbər verir ki, yanvarın 31-i axşam saatlarında Odessada güclü partlayış səsləri eşidilib. Bundan əvvəl Hərbi Hava Qüvvələri cənubdan ballistik raketlərin buraxılması təhlükəsi barədə xəbərdarlıq etmişdi.

Daha sonra Odessa vilayəti hərbi administrasiyasının rəhbəri Oleq Kiper deyib ki, Rusiya Odessanın tarixi mərkəzini raketlərlə vurublar.

Odessa meri Gennadi Truxanov isə qeyd edib ki, UNESCO-nun qorunan ərazisində dağıntı qeydə alınıb. Güclü mühafizə altında olan binaya ziyan dəyib. O bildirib ki, hücum nəticəsində iki nəfərin xəsarət aldığı məlumdur, onlar xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri orta-ağır qiymətləndirilir.

Öz növbəsində Ukrayna Prezidenti Volodimir Zelenski qeyd edib ki, ilkin məlumata görə, Rusiya ordusu mülki binalara hücum etmək üçün ballistik raketlərdən istifadə ediblər.

"Yenə təkrar edirəm, hava hücumundan müdafiə birinci prioritetdir, biz dövlətimizi daha çox müdafiə etmək üçün bütün tərəfdaşlarla işləyirik", - deyə Zelenski əlavə edib.

Paylaş:
Baxılıb: 551 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30