Ukraynanın taleyi necə olacaq?
23.01.2025 [09:47]
ABŞ ilə Rusiya danışıqlar masası arxasına keçməyə hazırlaşır
Prezident səlahiyyətlərinin icrasına başlayan Donald Tramp ötən il seçki kampaniyası dövründə söz verdiyi kimi, Rusiya-Ukrayna müharibəsini bitirmək üçün real addımlar atmağa hazırlaşır. Rusiyada Kremlə yaxın mənbələrin məlumatına görə, dünyanın 2 nəhəng dövlətinin prezidenti - Donald Tramp ilə Vladimir Putin arasında görüşün keçirilməsinə hazırlıq gedir. İnaqurasiya mərasimindən sonra Donald Tramp öz videomüraciətində bildirib ki, Rusiya lideri Vladimir Putinlə danışıq yaxın günlərdə baş tuta bilər.
Birləşmiş Ştatların yeni dövlət katibi Marko Rubio da “NBS News” telekanalına müsahibəsində ölkəsinin Ukraynadakı münaqişənin davamlı, sülh yolu ilə həllinə nail olmaq niyyətində olduğunu açıqlayıb. “Bu münaqişəyə son qoymaq ABŞ-ın rəsmi siyasəti olacaq və biz buna davamlı və sabit şəkildə nail olmaq üçün əlimizdən gələni edəcəyik. Biz istəmirik ki, bu sabitlik iki, üç və ya dörd ildən sonra yenidən müharibəyə çevrilsin”, - Rubio qeyd edib.
Kiyev sülh üçün ABŞ-la birgə işləməyə hazırdır
Görüşün təfərrüatları ilə bağlı məlumat verilməsə də, əsas müzakirə predmenti - yeni qlobal nizamın müəyyən olunması, xüsusilə Şərqi Avropa, Arktika, Sakit okean və Yaxın Şərqdə mövcud vəziyyətin nizamlanması, qarşılıqlı anlaşma əsasında geostrateji və geosiyasi maraqların bölüşməsi olacağı iddia olunur. Görüşdə ikitərəfli iqtisadi münasibətlərin yenidən qurulması və enerji məsələləri də müzakirə oluna bilər. Qeyd edək ki, Ukrayna məsələsi ABŞ-Rusiya münasibətlərində ən mühüm gündəm hesab olunur.
Bir məqamı da qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-Rusiya münasibətlərində baş verəcək proseslərdən çox ciddi narahatdır. V.Zelenski Donald Trampın güclü adam olduğunu və Ukraynanın həqiqi sülhə nail olmaq üçün ABŞ ilə birlikdə işləməyə hazır olduğunu bildirib.
Müharibənin bitməsi ehtimalı...
Maraqlıdır, görəsən, yaxın zamanda baş tutması ehtimal olunan Tramp-Putin görüşündə Ukraynanın taleyi ilə bağlı proses hansı istiqamətdə inkişaf edəcək? Hər iki lider bu məsələdə qarşılıqlı güzəştlərə gedəcəkmi? Ukraynada müharibənin yaxın zamanda bitməsi mümkün olacaqmı?
Məsələ ilə bağlı politoloq Aytən Qurbanova “Yeni Azərbaycan” qəzetinə açıqlmasında qeyd edib ki, yaxın zamanda Ukraynada müharibənin bitməsi ehtimal olunmur.
“Trampın Amerika Birləşmiş Ştatlarının 47-ci prezidenti olaraq öz səlahiyyətlərinin icrasına başlaması ilə qlobal sistemdə hansı dəyişikliklərin ola biləcəyi ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Xüsusilə də, Rusiya-Ukrayna müharibəsinin nə zaman bitəcəyi və atəşkəsin əldə olunması ilə bağlı razılığın mümkünlüyü məsələsi ən çox diqqət mərkəzində olan mövzudur. Hələ seçkiqabağı təşviqat dönəmində Trampın verdiyi bəyanatlara nəzər yetirdikdə, o davamlı şəkildə müharibənin baş verməsində Bayden administrasiyasını günahlandırırdı. İndi də bu mövqeyi dəyişməz olaraq qalır və kifayət qədər iddialı çıxışlarla müşayiət olunur. Bu nöqteyi-nəzərdən yanaşdıqda, ən qısa müddətdə atəşkəsin əldə olunması istiqamətində real addımların atılacağını ehtimal etmək mümkündür”.
Atəşkəs üçün şərtlər
Politoloq bildirib ki, atəşkəsin əldə olunmasına qədər önəmli bir digər məsələ də ona hansı şərtlər əsasında nail olunmasıdır. “Ehtimallar və reallıq bəzən üst-üstə düşməyə bilər və belə olan şəraitdə Trampın verdiyi vədlərə nail olması üçün reallığın gözləntilərə uyğunlaşdırılması mütləqdir. Ukrayna üçün ən böyük gözlənti ərazi bütövlüyünün bərpa olunması olduğu halda Rusiyanın əsas hədəfi hazırda nəzarətində olan əraziləri legitimləşdirməkdir. Digər tərəfdən isə Avropanın bəzi güc mərkəzlərinin Rusiya-Ukrayna müharibəsi ilə bağlı gözləntiləri və maraqları heç də ABŞ-ın mövqeyi ilə üst-üstə düşmür. Ona görə də, bu reallıqlar kontekstində Trampın qısa müddətdə müharibəni tamamilə bitirməsi ehtimalı çox da mümkün görünməsə də, ilkin mərhələdə qısamüddətli atəşkəs ehtimalı istisna edilmir”.
Aytən Qurbanovanın sözlərinə görə, bu məsələdə önəmli məqamlardan biri də Tramp və Putin arasındakı şəxsi münasibətlərin kifayət qədər yüksək səviyyədə olması faktıdır ki, bu da istisnasız olaraq, Ukraynada atəşin dayandırılması üçün dialoq masasının yenidən qurulmasına təsir edə bilər. Demək, 2025-ci ilin, hətta Trampın prezidentlik dönəminin sonuna qədər Ukrayna ilə Rusiya arasında müharibəni birmənalı şəkildə sonlandırmaq ehtimalı real olmasa da, atəşkəsin mövcud status-kvonun qorunması əsasında təmin edilməsi mümkündür.
Yunis Abdullayev
Xəbər lenti
Hamısına baxAnalitik
04 Dekabr 08:36
Sosial
04 Dekabr 08:13
Dünya
04 Dekabr 08:05
Dünya
04 Dekabr 08:04
Dünya
04 Dekabr 08:04
Dünya
04 Dekabr 08:03
İqtisadiyyat
03 Dekabr 23:14
Dünya
03 Dekabr 22:48
Dünya
03 Dekabr 22:16
Dünya
03 Dekabr 21:54
Dünya
03 Dekabr 21:22
Dünya
03 Dekabr 20:51
İqtisadiyyat
03 Dekabr 20:19
İdman
03 Dekabr 19:45
Sosial
03 Dekabr 19:17
İdman
03 Dekabr 19:07
YAP xəbərləri
03 Dekabr 18:33
Xəbər lenti
03 Dekabr 17:36
Hərbi
03 Dekabr 17:36
YAP xəbərləri
03 Dekabr 17:22
Sosial
03 Dekabr 16:19
YAP xəbərləri
03 Dekabr 15:20
Hadisə
03 Dekabr 15:08
Sosial
03 Dekabr 15:06
Sosial
03 Dekabr 14:02
Xəbər lenti
03 Dekabr 13:38
İqtisadiyyat
03 Dekabr 12:40
Dünya
03 Dekabr 12:29
İdman
03 Dekabr 12:25
Sosial
03 Dekabr 12:23
Gündəm
03 Dekabr 11:59
Siyasət
03 Dekabr 11:45
Siyasət
03 Dekabr 11:40
İqtisadiyyat
03 Dekabr 11:39
Siyasət
03 Dekabr 11:29
Sosial
03 Dekabr 11:16
İqtisadiyyat
03 Dekabr 11:15
İqtisadiyyat
03 Dekabr 11:14
İqtisadiyyat
03 Dekabr 10:57
İqtisadiyyat
03 Dekabr 10:55
İqtisadiyyat
03 Dekabr 10:52
İqtisadiyyat
03 Dekabr 10:35
MEDİA
03 Dekabr 10:18
Analitik
03 Dekabr 09:57
Analitik
03 Dekabr 09:31
Analitik
03 Dekabr 09:16
Analitik
03 Dekabr 08:59
Sosial
03 Dekabr 08:36
Sosial
03 Dekabr 08:12
Dünya
02 Dekabr 23:19
İdman
02 Dekabr 22:54
Hərbi
02 Dekabr 22:26
Dünya
02 Dekabr 21:47
Siyasət
02 Dekabr 21:22
İqtisadiyyat
02 Dekabr 20:50
Sosial
02 Dekabr 20:29
Dünya
02 Dekabr 19:45
Dünya
02 Dekabr 19:18
Siyasət
02 Dekabr 18:12
Dünya
02 Dekabr 17:26
Dünya
02 Dekabr 16:35
Elanlar
02 Dekabr 16:26
Dünya
02 Dekabr 15:49
Siyasət
02 Dekabr 15:46
Siyasət
02 Dekabr 15:43
Siyasət
02 Dekabr 15:09
Sosial
02 Dekabr 14:46
Dünya
02 Dekabr 14:22
Xəbər lenti
02 Dekabr 13:54
Dünya
02 Dekabr 13:43

