Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Milanda küçədə siqaret çəkmək qadağan edilib

Milanda küçədə siqaret çəkmək qadağan edilib

01.01.2025 [09:31]

İtaliyanın dəb və maliyyə paytaxtı sayılan Milan şəhərində ictimai yerlərdə siqaret çəkmək qadağan edilib.

AZƏRTAC xəbər verir ki, 2020-ci ildə qəbul edilmiş qərar yanvarın 1-dən qüvvəyə minib. Qərara əsasən, bütün ictimai yerlərdə, o cümlədən küçədə siqaret çəkmək qadağandır. Qərarda məqsəd havanın keyfiyyətinin yaxşılaşdırılmasıdır.

Qərarda 2 istisna mövcuddur: Milanda yalnız xüsusi ayrılmış ərazilərdə, insanlar arasında minimum 10 metr məsafə gözlənilməklə siqaret çəkmək mümkündür. Elektron siqaretə isə əhalinin kütləvi toplaşdığı yerlər xaricində icazə verilir.

Qanunu pozanları 40-240 avro arası cərimə gözləyir.

İtaliya Avropada ən çox siqaret çəkilən ölkələrdəndir. Hər 5 italiyalıdan biri siqaret çəkir. Rəsmi statistikaya görə, 2023-cü ildə 93 000 italiyalı siqaretin səbəb olduğu xəstəlikdən ölüb.

Paylaş:
Baxılıb: 549 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Diqqət Ukraynaya...

18 İyun 11:25  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30