Fransa Ukraynaya qoşun göndərir?
20.12.2024 [09:25]
Üç ilə yaxındır ki, davam edən Rusiya-Ukrayna müharibəsi son zamanlar daha da şiddətlənib. Döyüşlərdə Rusiya ordusunun üstünlüyünün artması Ukraynaya hərbi yardımların da çoxalması ilə bağlı yeni təşəbbüsləri meydana çıxarmaqdadır. Müharibə başlayandan rəsmi Kiyevə milyardlarla dollar hərbi yardım edilsə də, rus qoşunlarının irəliləməsinin qarşısını almaq mümkün deyil. Ona görə də mövcud şəraitdə NATO əlavə yardımlar etmək istəyir. Hələ bu ilin fevral ayında Fransa Prezidenti Emmanuel Makron NATO-ya üzv olan ölkələrin rəsmilərinin Parisdə keçirilən toplantısında alyans ölkələrini Ukraynaya qoşun göndərməyə çağırmışdı. Makron demişdi ki, Rusiya ordusunun Ukrayna cəbhəsində uğur əldə etməsi Avropanın təhlükəsizliyinə ciddi təhdiddir, buna görə də Rusiyanın Ukraynada qələbə qazanmasına imkan vermək olmaz. O zaman alyansın bəzi üzvləri, xüsusilə Macarıstan, Almaniya, Çexiya, Böyük Britaniya, İtaliya və Yunanıstan Makronun təklifini qəbul etmədilər.
Zelenski və Makron Ukraynaya hərbi briqada göndərilməsini müzakirə edib
Amma bu məsələ yenidən gündəmə gəlib. Belə ki, bugünlərdə Brüsselə səfəri zamanı Ukrayna Prezidenti Volodimir Zelenski Fransa Prezidenti Emmanuel Makronla görüşüb. Görüşdə Ukraynanın müdafiə potensialının gücləndirilməsi əsas müzakirə mövzusu olub. Onlar Ukraynada xarici qoşunların yerləşdirilməsini də müzakirə ediblər. Bununla bağlı Zelenski teleqram kanalında bildirib: “Fransa Prezidenti Emmanuel Makronla məhsuldar görüş keçirdim. Rusiya təcavüzündən müdafiədə Ukraynanın mövqelərinin daha da möhkəmləndirilməsi üçün əsas prioritetləri təkbətək müzakirə etdik”. Dövlət başçısı əsas vəzifənin hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi olduğunu qeyd edib. “Fransanın ordumuz üçün bir briqadanı hazırlamasına görə təşəkkür etdim, bu əməkdaşlığı davam etdirmək və daha bir briqada hazırlamaq barədə razılığa gəldik”, - deyə Zelenski vurğulayıb. O, digər ölkələrin də “bu səylərə qoşulacağına və əlavə Ukrayna briqadalarının komplektləşdirilməsinə öz töhfələrini verəcəklərinə” ümid etdiyini bildirib.
Prezidentin sözlərinə görə, sülh üçün “etibarlı zəmanətlərə ehtiyac var”. Zelenski Makronun “Ukraynada vəziyyətin sabitləşməsinə və sülhə doğru irəliləməyə kömək etmək üçün xarici qüvvələrin” iştirakını nəzərdə tutan təşəbbüsü üzərində işin davam etdiyini vurğulayıb.
Zelenski Trampa onun adından danışmaq mandatı verməyib
Xatırladaq ki, bu ilin may ayında Makron Fransanın Ukraynaya 3-cü Piyada Alayının əsgərlərini göndərdiyini açıqlamışdı. İddiaya görə, fransız hərbçilər 54-cü Mexanikləşdirilmiş Briqadanın şəxsi heyətinə dəstək məqsədilə göndərilib. İndiki müzakirələr də Makronun Ukraynaya əlavə qüvvə göndərmək istəyinin göstəricisidir. Görünür, ABŞ-ın yeni dövlət başçısı Donald Trampın müharibəni dayandıracağı barədə bəyanatı Zelenskini Avropadakı tərəfdaşları ilə belə bir addım atmağa sövq edib. Çünki Tramp fikirlərində Ukraynanın ərazi bütövlüyünün bərpasından deyil, sadəcə müharibənin dayandırılmasının vacibliyindən bəhs edir. Tramp Ukraynanın Rusiyaya ərazi güzəştə gedib-getməməli olması ilə bağlı suala cavab verməyə hazır olmadığını bəyan edib. O, yalnız Rusiya və Ukrayna prezidentləri ilə görüşdən sonra bu suala cavab verə biləcəyini açıqlayıb: “Rusiyanın nəzarətində olan ərazilərdə bir salamat bina yoxdur. İnsanlar ora qayıtmayacaq”.
Təsadüfi deyil ki, Zelenski D.Trampa onun adından danışmaq mandatı vermədiyini açıqlayıb. Ukrayna lideri “Le Parisien” nəşrinə müsahibəsində regionda baş verənlərdən məhz Kreml rəhbərinin məsuliyyət daşıdığını, eləcə də ölkəsinin nə Rusiyanın, nə də Putinin qarşısında zəif olmadığını vurğulayıb. Ukrayna prezidentinin toxunduğu növbəti məsələ Ukraynanın NATO və Avropa İttifaqına üzvlüyü ilə əlaqəli olub: “Deyirlər, bu, gələcəkdə baş verəcək, lakin nə vaxt? İndiki şərtlər daxilində Vladimir Putinlə danışıqlara getmək ona əlavə üstünlüklər qazandıracaq. Məsələn, o, Avropada yaşanan hadisələrlə bağlı qərar vermək istəyəcək”.
Zelenski, eyni zamanda Donald Trampın seçki kampaniyası zamanı Rusiya-Ukrayna münaqişəsini 24 saata həll edəcəyi barədə fikirlərini şərh edib: “Mən qətiyyətlə bəyan edirəm ki, dünyanın heç bir lideri Vladimir Putinlə Ukraynanın adından danışıqlar apara bilməz. Biz heç kimə belə bir mandat verməmişik. Müharibənin qurbanı bizik, bizim ölkəmizdir. İndi kimlərinsə bizə necə yaşamağı öyrətməsi ədalətsizlik olardı. Fransızlar da, italyanlar da, amerikalılar da məhz öz ölkələrində bunu edə bilər”.
NATO baş katibinin Kiyevə təklifi
Bu açıqlamadan belə nəticə hasil olur ki, Zelenski Trampın onun yerinə Putinlə dialoqa getməsinin əleyhinədir. Kiyev sülh masasında əlinin güclü olmasını istəyir. Bunun üçün Rusiyaya təzyiqləri artırmağa çağırır.
NATO-nun baş katibi Mark Rutte isə Brüsseldə Zelenski ilə keçirdiyi mətbuat konfransında Kiyev üçün gələcəkdə baş tuta biləcək sülh danışıqlarının şərtlərinin indidən yaradılmasının vacibliyini vurğulayıb. Baş katib bildirib ki, Ukrayna sülh danışıqlarına qərar verdiyi zaman ən əlverişli mövqedə olmalıdır: “Bunun üçün hava hücumundan müdafiə sistemləri və tədarük edə biləcəyimiz digər silahların çatdırılması üçün bütün lazımi addımları atmalıyıq”. Rutte, həmçinin Ukrayna iqtisadiyyatının indiki vəziyyətdə və sülh əldə edildikdən sonra dəstəklənməsinin zəruriliyini söyləyib.
Rusiyanın mövqeyinə gəlincə, rəsmi Moskva hesab edir ki, Qərbin Ukraynaya silah tədarükünün münaqişənin həllini çətinləşdirdiyini və NATO ölkələrinin birbaşa münaqişəyə cəlb olunduğunu bildirir. Fransanın Kiyevə hərbçilərini göndərməsi isə tərəflər arasında gərginliyi daha da artıracaq.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
13 Sentyabr 19:17
Dünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52
Dünya
13 Sentyabr 16:19
Dünya
13 Sentyabr 15:22
Dünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25
Dünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23
Dünya
11 Sentyabr 16:19
Siyasət
11 Sentyabr 16:16
Elm
11 Sentyabr 16:04
Dünya
11 Sentyabr 16:03
YAP xəbərləri
11 Sentyabr 15:59

