Həmrəylik nümunəsi!
20.12.2024 [08:12]
Beynəlxalq İnsan Həmrəyliyi Günüdür
İnsanları və dünyanı sınağa çəkən fəlakətlər...
İnsanları birləşdirən məqamlardan biri çətin situasiyaların yaşanmasıdır. İstər bir ölkənin daxilində, istərsə də dünya üzrə hansısa fəlakətlər, çətinliklər baş verdikdə insanlar həmrəylik nümayiş etdirirlər. Cəmiyyətin bu cür davranışı hadisəyə kütləvi reaksiyasıdır və bunu instinktiv də saymaq olar. Bu, insanların birgəyaşayış zamanı təhlükəyə qarşı verdikləri cavabın müasir dövrdəki təzahürü də sayıla bilər. Həmrəylik qrup, yaxud etnosun birliyidir. O, maraqların vəhdətindən yaranır, eyni zamanda, özü maraqların birliyini formalaşdırır. Buraya qarşılıqlı anlaşma, normalar və vəzifə ümumiliyi daxildir. Həmrəylik cəmiyyətdə insanları vahid orqanizmdə birləşdirmək üsulu kimi də təsəvvür edilə bilər.
Fundamental və universal bəşəri dəyər
Məsələnin mühüm tərəflərindən biri həmrəyliyin fərqli cəmiyyətdə fərqli məzmun kəsb etməsindən ibarətdir. İbtidai cəmiyyətlərdə həmrəylik başlıca olaraq qohumluq əlaqələri üzərində qurulub. Müasir cəmiyyətlər üçün isə müxtəlif meyarlar mövcuddur. Burada cəmiyyətin tarixi təkamülü, milli mentalitetin özəllikləri, siyasi sistemin xüsusiyyətləri, ölkənin yerləşdiyi regionun geosiyasi fərqlilikləri, tarixi-coğrafi faktorlar və s. rol oynayır.
Bu gün Beynəlxalq İnsan Həmrəyliyi Günü kimi qeyd olunur. BMT Baş Məclisi 2005-ci il dekabrın 22-də Beynəlxalq İnsan Həmrəyliyi Gününün elan olunması haqqında qətnamə qəbul edib. Qətnamə Minilliyin Bəyannaməsi əsasında hazırlanıb. Bəyannamədə deyilir ki, həmrəylik XXI əsrdə beynəlxalq münasibətlərin əsasını təşkil etməli olan fundamental və universal bəşəri dəyərlərdən biridir.
Həmrəylikdə ideoloji faktorlar
Sosioloqların qənaətinə görə, sosial həmrəylik növü cəmiyyətin tipləri ilə tənzimlənir. Hər cəmiyyətə uyğun həmrəylik modeli ola bilər. Deməli, həmrəylik tarixi xarakterlidir - hər tarixi məqam üçün müvafiq birlik forması tapmaq lazımdır. Buna nail olmadıqda yaxşı birlik modeli belə cəmiyyəti çətin vəziyyətlərə sala bilər. Mütəxəssislərin fikrinə əsasən, orqanik həmrəylik müasir cəmiyyətlərdə olur və insanların qarşılıqlı asılılığından qaynaqlanır. Burada fərdlərin bir-birinə etimadı prinsipial rol oynayır.
Deməli, müasir cəmiyyətlərdə həmrəyliyi təmin etmək üçün xüsusi birləşdirici mexanizmlər olmalıdır. O, əsas olaraq uyğun ideoloji konseptlə bağlı olur. İdeologiya başqa faktorlarla yanaşı, etnosun dünyanın bütün guşələrində olan nümayəndələri arasında birlik yaratmağa imkan verir. Bu səbəbdən müasir cəmiyyətlər üçün düzgün ideoloji konsepsiyanın müəyyənləşdirilməsi həm müstəqil dövlətçilik, həm də vətəndaş cəmiyyəti formalaşdırmaq aspektlərində strateji əhəmiyyət kəsb edir.
Bütün dünyanın həmrəylik nümunəsi...
Məlumdur ki, bütün dünya koronavirus bəlası ilə üzləşdi. Ancaq dünya dövlətləri siyasi ambisiyalarını gizlətməsələr belə, ona qarşı mübarizədə birlik nümayiş etdirdi. Koronavirusa qarşı vaksinlərin yoxsul ölkələrə pulsuz verilməsi, virusun yayılmasının qarşısını almaq məqsədilə karantin rejiminin ölkədaxili və sərhədlərdə tətbiqi həmrəyliyin nümunələrindən sayıla bilər.
Bundan başqa, ötən ilin fevral ayında Türkiyənin 10 əyalətində baş verən 7,7 maqnitulalıq zəlzələ cəmiyyətləri bir-birinə yaxınlaşdırdı. ABŞ, Böyük Britaniya, Rusiya, Azərbaycan, Hindistan, Çin, Yaponiya, Pakistan, İran, Avropa İttifaqı, NATO, Türk Dövlətləri Təşkilatı, bir sözlə, yaxın və uzaq ölkələr yardım etdi. Bir sıra dövlətlərdə könüllü olaraq zəlzələnin nəticələrinin aradan qaldırılması üçün yardımlar toplandı.
Etiraf edək ki, xəbis xislətlilər insanların həmrəyliyinə həmişə mane olub. Lakin sevindirici hal odur ki, onların sayı çox azdır. Son illər baş verən pandemiya, keçən il Türkiyə və Suriyadakı zəlzələ sübut etdi ki, mənləşmə insanları ümumi dəyərlərdən ayıra bilməyib. Beləliklə, son illərdə baş verən hadisələr insan cəmiyyətinin hələ də ali məqsədlərə əməl etdiyini bir daha sübut etdi. Bu isə dünyanın gözəlliyini göstərir...
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50

