24 ildən sonra...
10.12.2024 [08:59]
Bəşər Əsədin hakimiyyəti sona çatdı
Suriyada vəziyyət dramatikləşir
2000-ci ildən Suriyanın prezidenti olan Bəşər Əsəd dekabrın 8-də silahlı müxalifətə uduzaraq ölkəsini tərk etdi. Bəşər Əsədin paytaxt Dəməşqi tərk etməsi ilə bağlı xəbəri ilk olaraq Suriya Ordusundakı mənbələrə istinadən “Reuters” agentliyi yaydı - onun Dəməşqdən naməlum istiqamətə uçduğu bildirildi. Ardından isə Suriya ordusunun komandanlığı Suriya prezidenti Bəşər Əsədin 24 illik hakimiyyətinin sona çatdığını elan edib. Xatırladaq ki, ölkəsini tərk etməmişdən öncə Bəşər Əsəd kömək üçün Amerika administrasiyası və yeni seçilmiş ABŞ prezidenti Trampla əlaqə saxlamağa çalışmışdı.
Bəşər Əsəd Rusiyaya sığındı...
Keçmiş prezidentin sonradan Rusiyaya sığındığı məlum olub. Kremlin mətbuat katibi Dmitri Peskov deyib ki, Bəşər Əsəd və ailəsinə sığınacaq verilməsi qərarını Rusiya Prezidenti Vladimir Putin verib. Kremlin sözçüsü Əsəd və ailəsinin harada olması barədə təfərrüatların açıqlanmadığını söyləyib. Peskov onu da bildirib ki, Putinin rəsmi qrafikində Əsədlə görüş yoxdur. O, Putinin Suriyanın keçmiş prezidenti Bəşər Əsədi sonuncu dəfə nə vaxt görüb onunla əlaqə saxladığını deməyib.
Bəşər Əsədin ölkədən qaçması isə Suriyada müharibənin sona çatdığını göstərir - belə olan halda, Rusiyanın Suriyadakı hərbi bazalarının taleyi də maraqlıdır. Peskov bu haqda danışmağın hələ tez olduğunu bildirib. O deyib ki, Rusiya bazalarının Xmeymim və Tartusda saxlanılması barədə danışmaq tezdir: “Bu, Suriyaya rəhbərlik edəcək şəxslərlə müzakirə mövzusudur”. Kremlin sözçüsü onu da əlavə edib ki, Rusiya Suriyadakı hərbçilərinin təhlükəsizliyini təmin edə biləcək şəxslərlə təmaslar qurur: “Suriyada vəziyyət sabitləşəndən sonra Rusiya yeni hakimiyyət orqanları ilə öz ordusunun ölkədə qalmasını müzakirə etməyi planlaşdırır”.
Mənbic azad olundu...
Bu arada Suriya Milli Ordusu (SNA) terror təşkilatı PKK/YPG-nin işğalı altında olan Mənbic rayonunu azad edərək, Fərat çayının qərbindəki ən böyük terror yuvasını təmizləyib. Türkiyə mətbuatının məlumatına görə, əməliyyat çərçivəsində SNA Mənbicin qərbindəki Ureyme qəsəbəsi və şimaldakı Um Dadat kəndini terrordan təmizləyib və rayonun ərazisinə şimal, qərb xətti üzrə daxil olub. Beləliklə, hərbi müxaliflər Fərat çayının qərbindəki ən böyük ərazini terrorçulardan azad ediblər. Xatırladaq ki, Mənbic illərdir terror təşkilatının işğalı altındadır. PKK/YPG 2016-cı ilin may-avqust ayları arasında başlatdığı hücum nəticəsində Mənbic rayonunu ələ keçirib. Hazırda rayon ərazisində mina və tələlərə qarşı axtarış - yoxlama işləri aparılır.
Hakan Fidan: Türkiyə onların yanında olacaq
Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada keçirilən 15-ci Səfirlər Konfransının açılışındakı çıxışında Suriyada baş verənlərə toxunub. “Milliyyət” xəbər verir ki, Nazir Suriyada baş verən hadisələrin ümid işığı yaratdığını bildirib. O qeyd edib ki, Türkiyə beynəlxalq aktorların, xüsusən də BMT-nin Suriya xalqı ilə birgə olmasını və birləşdirici hökumətin qurulmasına dəstək verməsini gözləyir: “Biz hər zaman deyirik ki, Suriyada problemlərin daimi həlli, sülh və sabitlik yalnız milli barışıq yolu ilə əldə edilə bilər. Lakin bütün səylərimizə və ona verilən imkanlara baxmayaraq, rejim öz xalqı ilə barışmağa çalışmadı”.
H.Fidan bildirib ki, Suriyada yeni dövr başlayıb. “İndi diqqəti gələcəyə yönəltmək lazımdır. Gələcəkdə biz müxtəlif etnik və dini qrupların sülh içində və əhatəli idarəetmə anlayışı ilə yaşadığı Suriyanın qurulmasını arzulayırıq. Qonşuları ilə yaxşı münasibət quran, bölgəsinə sülh və sabitlik gətirəcək yeni Suriya görmək istəyirik. Bunun üçün lazımi dəstəyi verməyə hazırıq. Bu məqsədlə biz bütün tərəflərlə, xüsusilə regional aktorlarla lazımi dialoqu və koordinasiyanı davam etdiririk”, - deyən Fidan vurğulayıb ki, Türkiyə bundan sonra da Suriyanın ərazi bütövlüyünü, siyasi birliyini, rifahını, təhlükəsizliyini və sabitliyini təmin etmək üçün üzərinə düşən bütün öhdəlikləri üzərinə götürməyə davam edəcək: “Biz suriyalıların təhlükəsiz və könüllü şəkildə öz yurdlarına qayıtması və ölkənin yenidən qurulması üçün işimizi davam etdirəcəyik. Çətin günlərdə suriyalı qardaşlarına kömək edən Türkiyə Dəməşqdə açılacaq yeni səhifədə də onların yanında olacaq. Suriya xalqının bu qızıl fürsətdən yaxşı istifadə edəcəyinə inanırıq”.
Sülh və barışıq üçün...
Qeyd edək ki, 24 ildən sonra Suriyada Əsədin hakimiyyətdən getməsi bütün dünyanın reaksiyasına səbəb olub. BMT-nin Suriyadakı nümayəndəsi Qeyr Pedersen üsyançıların hakimiyyəti ələ keçirməsini təxminən 14 ildir davam edən vətəndaş müharibəsi ilə üzləşmiş ölkə üçün “dönüş nöqtəsi” kimi qiymətləndirib: “Bu gün biz ehtiyatla və ümidlə bütün suriyalılar üçün sülh, barışıq, ləyaqət və inklüzivliyin yeni fəslinin açılmasını gözləyirik”.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen isə bildirib ki, Aİ bütün azlıqların maraqlarını qoruyacaq Suriya dövlətinin” yenidən qurulmasına kömək edəcək. Aİ-nin xarici siyasət idarəsinin yeni rəhbəri Kaya Kallas isə Əsədin devrilməsini “müsbət və çoxdan gözlənilən inkişaf” kimi qiymətləndirib.
ABŞ ədalətin bərpa olunduğunu deyir...
Çin Xarici İşlər Nazirliyi bildirib ki, Pekin Suriyadakı vəziyyətin inkişafını yaxından izləyir, vəziyyətin mümkün qədər tez sabitləşəcəyinə ümid edir. ABŞ Prezidenti Co Bayden isə Əsəd rejiminin devrilməsinin suriyalılara tarixi fürsət verən ədalətli bir hal olduğunu söyləyib: “Nəhayət, Əsəd rejimi yıxıldı. Bu rejim yüz minlərlə günahsız insanı əzdi, işgəncə etdi və sözün əsl mənasında öldürdü. Rejimin yıxılması ədalətin bərqərar olmasıdır. Bu, əziyyət çəkmiş Suriya xalqının öz ölkələri üçün daha yaxşı bir gələcək qurmaq üçün tarixi bir fürsətdir”.
İran Xarici İşlər Nazirliyi isə Suriya ilə dostluq” əlaqələrinin davam edəcəyini gözlədiklərini bildirib. Vurğulanıb ki, Tehran öz qərarlarını və yanaşmalarını Dəməşqdəki nüfuzlu aktorların davranışlarına uyğun olaraq qəbul edəcək.
Böyük Britaniyadan dinc və sabit Suriya çağırışı...
Almaniya kansleri Olaf Şolts deyib ki, Berlin müharibədən zərər çəkmiş ölkəyə sülhü qaytarmaq üçün siyasi həllə töhfə verməyə hazırdır.
Birləşmiş Ərəb Əmirlikləri prezidentinin müşaviri Ənvər Qarqaş Bəhreyndə keçirilən Manama Dialoqunda suriyalıları xaosa düşməmək üçün əməkdaşlığa çağırıb.
Böyük Britaniyanın baş naziri Keir Starmer isə mülki vətəndaşların və yerli azlıqların təhlükəsizliyinin təmini baxımından dinc və sabit Suriya çağırışı səsləndirib. Bazar günü Birləşmiş Ərəb Əmirliklərinə səfər edən baş nazir regional müttəfiqlərlə görüşdüyünü və Əsədin hakimiyyətdən kənarlaşdırılmasını real fürsət kimi qiymətləndirib.
Taliban da təbrik etdi...
Əfqanıstanın Taliban rəhbərliyi Suriya xalqını təbrik edərək, keçidin “müstəqil və xidmət yönümlü İslam hökumətinə və xarici müdaxilələrdən azad” Suriyaya” gətirib çıxaracağına ümid etdiklərini bildiriblər.
İraq hökumətinin sözcüsü Basim Alavadi ölkəsinin bütün suriyalıların azad iradəsinə hörmət olunmasını tələb etdiyini, Suriyanın təhlükəsizliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin son dərəcə vacib olduğunu deyib.
SADİQ
Xəbər lenti
Hamısına baxSiyasət
26 Yanvar 00:39
İdman
25 Yanvar 23:45
Hadisə
25 Yanvar 23:18
Dünya
25 Yanvar 22:51
Dünya
25 Yanvar 22:29
Sosial
25 Yanvar 21:47
Dünya
25 Yanvar 21:16
Analitik
25 Yanvar 20:52
Dünya
25 Yanvar 20:26
Hərbi
25 Yanvar 19:51
Sosial
25 Yanvar 19:24
Hərbi
25 Yanvar 18:45
Dünya
25 Yanvar 18:13
Xəbər lenti
25 Yanvar 18:06
Sosial
25 Yanvar 17:54
Hadisə
25 Yanvar 17:22
İdman
25 Yanvar 16:49
Dünya
25 Yanvar 16:18
Xəbər lenti
25 Yanvar 15:46
Hadisə
25 Yanvar 15:17
Dünya
25 Yanvar 14:56
İdman
25 Yanvar 14:25
Dünya
25 Yanvar 13:54
Sosial
25 Yanvar 13:27
Elanlar
25 Yanvar 13:26
Siyasət
25 Yanvar 13:24
Dünya
25 Yanvar 13:22
Mədəniyyət
25 Yanvar 12:51
Hadisə
25 Yanvar 12:20
Siyasət
25 Yanvar 11:52
Dünya
25 Yanvar 11:38
Gündəm
25 Yanvar 11:17
Siyasət
25 Yanvar 10:54
İqtisadiyyat
25 Yanvar 10:39
Siyasət
25 Yanvar 10:15
Analitik
25 Yanvar 09:54
Dünya
25 Yanvar 09:31
Dünya
25 Yanvar 09:15
Ədəbiyyat
25 Yanvar 08:57
Ədəbiyyat
25 Yanvar 08:35
Dünya
25 Yanvar 07:53
Dünya
24 Yanvar 23:47
İdman
24 Yanvar 23:31
Sosial
24 Yanvar 23:19
Dünya
24 Yanvar 22:54
Dünya
24 Yanvar 22:36
Dünya
24 Yanvar 22:13
İdman
24 Yanvar 21:53
Xəbər lenti
24 Yanvar 21:34
Dünya
24 Yanvar 21:11
Elm
24 Yanvar 20:55
Xəbər lenti
24 Yanvar 20:38
İqtisadiyyat
24 Yanvar 20:34
Dünya
24 Yanvar 20:19
Dünya
24 Yanvar 19:57
İdman
24 Yanvar 19:32
Sosial
24 Yanvar 19:17
Siyasət
24 Yanvar 18:48
Siyasət
24 Yanvar 18:41
Hadisə
24 Yanvar 18:28
Dünya
24 Yanvar 17:48
Dünya
24 Yanvar 17:32
Dünya
24 Yanvar 17:19
Dünya
24 Yanvar 16:46
İdman
24 Yanvar 16:15
İqtisadiyyat
24 Yanvar 15:56
Dünya
24 Yanvar 15:48
Siyasət
24 Yanvar 15:39
İqtisadiyyat
24 Yanvar 15:29
Dünya
24 Yanvar 15:14