Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Əl-Cəzirə: İsrail son günlər “Hizbullah” hərəkatı ilə əldə olunan atəşkəsi 155 dəfə pozub

Əl-Cəzirə: İsrail son günlər “Hizbullah” hərəkatı ilə əldə olunan atəşkəsi 155 dəfə pozub

07.12.2024 [17:36]

İsrail ordusu (SAXAL) Livanda fəaliyyət göstərən “Hizbullah” hərəkatı ilə əldə olunan kövrək atəşkəs rejimini sistematik şəkildə pozmaqda davam edir.

AZƏRTAC xəbər verir ki, Əl-Cəzirə telekanalının məlumatına görə, SAXAL atəşkəsin başladığı noyabrın 27-dən bəri Livanın paytaxtı Beyruta, həmçinin ölkənin cənubundakı bir neçə şəhərə endirdiyi son hava zərbələri ilə onların sayını 155-ə çatdırıb.

Buna baxmayaraq Təl-Əviv mütəmadi olaraq “Hizbullah” hərəkatını atəşkəsə əməl etməməkdə günahlandırır.

Xatırladaq ki, noyabrın 26-da Livanda fəaliyyət göstərən “Hizbullah” hərəkatı ilə İsrail arasında atəşkəs rejimi elan edilib. Razılaşmaya görə, hərəkatın silahlı qüvvələri Litani çayının şimalına çəkilməli, Livan hərbçiləri 60 gün ərzində həmin mövqelərə yerləşməli və İsrail ordusu tədricən Livan ərazisindən çıxmalıdır.

Paylaş:
Baxılıb: 680 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30