Baydendən ədalətsiz qərar
03.12.2024 [09:11]
O, cinayətləri sübut olunmuş oğlu Hanteri əfv etməklə hüquqa və qanunlara hörmətsizlik etdi
ABŞ Prezidenti Cozef Bayden silah və vergidən yayınma üzrə təqsirli bilinən və dekabrda həbsi nəzərdə tutulan oğlu Hanter Baydeni əfv edib. Keçən ay Ağ Evin prezidentin oğlunu əfv etmək niyyətinin olmadığına dair verdiyi açıqlamaya baxmayaraq, onun əvf edilməsinə dair bəyanat yayılıb.
Cozef Bayden əfv qərarını oğluna qarşı irəli sürülən ittihamları siyasi motivli olması ilə əlaqələndirməyə çalışıb. Bayden əlavə edib ki, oğlunu əfv etmək qərarını çox düşündükdən sonra verib və bu qərarda təkcə doğmalıq deyil, həm də məhkəmənin ədalətsiz olduğuna inanması rol oynayıb: “Mən ədalətə inanıram, amma inanıram ki, siyasət bu prosesə nüfuz edib və ədalətin pozulmasına gətirib çıxarıb”.
Prezidentin narkoman oğlunu nə qədər cəza gözləyirdi?
Xatırladaq ki, Hanter Bayden 2018-ci ildə narkotik maddənin təsiri altında odlu silah alması ilə bağlı üç ağır maddə üzrə təqsirli bilinib. O, “Colt Cobra” revolverini alarkən narkotik qəbul etmədiyini yazılı şəkildə qeyd edərək yalan söyləyib və narkomanların odlu silaha sahib olmasını qadağan edən qanunu pozub. O, həmçinin vergidən yayınma ilə bağlı irəli sürülmüş 9 ittiham üzrə məhkəmədə təqsirli olduğunu etiraf edib. 2023-cü ilin dekabrında isə konkret ittiham irəli sürülüb və barəsində məhkəmə qərarı var. Prezidentin oğlunu vergi ittihamı üzrə maksimum 17 il həbs cəzası və 1,35 milyon dollara qədər cərimə, silah alışına görə 25 ilə kimi azadlıqdan məhrumetmə cəzası və 750 min dollar cərimə gözləyirdi. Silah alışı ittihamı üzrə onun həbsi dekabrın 13-nə, vergi məsələsi ilə bağlı dekabrın 16-na nəzərdə tutulmuşdu.
Göründüyü kimi, Hanter məhkəmə prosesi zamanı təqsirli olduğunu etiraf edib. Belə olan halda, ata Baydenin məhkəmənin qərarında siyasi motiv axtarmasının heç bir əsası yoxdur. Digər tərəfdən, ABŞ-da hər kəs oğul Baydenin əyyaş, narkoman, cinayət törətmiş şəxs olduğunu yaxşı bilir. Hər iki iş üzrə- həm silah məsələsi, həm də vergidən yayınmada Hanterin qanunsuz əməlləri sübuta yetirilib. Lakin Prezident Bayden səlahiyyətlərindən sui-istifadə edərək öz oğlunu azadlığa buraxdı. Əslində, bu qərara təəccüblənməmək də olar. Çünki vaxtında tüfeyli həyat tərzinə görə qınaq hədəfində olan Baydenin narkoman, cinayətkar, əxlaqsız oğlunu əfv etməsi başa düşüləndir.
Tramp bu qərarı “sui-istifadə” adlandırıb
Görünür, bu, amerikasayağı demokratiyadır. Digər ölkələrə qanunun aliliyindən dərs keçməyə çalışan Bayden administrasiyası ən ali səviyyədə belə qanunsuzluqlar törədir. Ona görə də, Baydenin başqa ölkələrə ədalət dərsi keçməyə mənəvi haqqı yoxdur.
Yeri gəlmişkən, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Baydenin öz oğlunu əfv etməsini sui-istifadə və hüququn aliliyinin pozulması kimi səciyyələndirib. Tramp hesab edir ki, bu qərar ədalət prinsiplərindən uzaqdır. Belə olan halda, onun səlahiyyətlərini icra etməyə başlamasından sonra oğul Baydenin işinə yenidən baxılması istisna deyil.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Gündəm
18 İyun 18:55
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53

