/ / UNHCR: Qaçmağa məcbur edilən 60 milyondan çox qadın və qız gender əsaslı zorakılıq riski ilə üzləşir
UNHCR: Qaçmağa məcbur edilən 60 milyondan çox qadın və qız gender əsaslı zorakılıq riski ilə üzləşir
30.11.2024 [18:23]
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) cümə günü dünya miqyasında 60 milyondan çox məcburi köçkün və ya vətəndaşlığı olmayan qadın və qızın zorakılıq riski ilə üzləşdiyini qeyd edib. Ali Komissarlıq bildirib ki, qaçmağa məcbur edilən qadın və qızlar üçün gender əsaslı zorakılıq riskində müşahidə olunan artım həyəcan təbili çalmağa əsas verir.
AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, UNHCR-in sözçüsü Şabia Mantu Cenevrədə keçirdiyi brifinqdə keçən il münaqişə ilə bağlı cinsi zorakılıq hallarının əvvəlki ilə nisbətən 50 faiz artdığını bildirib. O əlavə edib ki, təsdiqlənmiş halların 95 faizi qadınlar və qızlara aiddir. Ş.Mantu əlavə edib: “Bu rəqəmlər reallığın kiçik bir hissəsini göstərir, çünki qadınların və qızların sağlamlığına, ləyaqətinə, təhlükəsizliyinə və azadlığına təsir edən həmin iyrənc pozuntular və zorakılıq hallarının bir çoxu bildirilmir. Dünyada münaqişə vəziyyətlərində çalışan həmkarlarımız sağ qalan qadınlardan amansız zorakılıq, işgəncə, cinsi istismar, o cümlədən müharibə silahı kimi fundamental insan hüquqlarının inkarına qədər üzləşdikləri dəhşətlər haqqında xəbərlər almağa davam edirlər”.
O vurğulayıb ki, məcburi köçkün vəziyyətində olan və münaqişələrdən təsirlənən qadın və qızlar üçün gender əsaslı zorakılığın qarşısının alınması və cavab xidmətlərinin göstərilməsi zərurəti “mövcud maliyyə imkanlarını xeyli üstələyir”.
UNHCR bildirir ki, adekvat maliyyə vəsaiti olmadan milyonlarla məcburi köçkün qadın və qız gələn il kritik xidmətlərdən istifadə edə bilməyəcək.
Xəbər lenti
Hamısına baxSiyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23
Dünya
11 Sentyabr 16:19
Siyasət
11 Sentyabr 16:16
Elm
11 Sentyabr 16:04
Dünya
11 Sentyabr 16:03
YAP xəbərləri
11 Sentyabr 15:59
YAP xəbərləri
11 Sentyabr 15:53
Sosial
11 Sentyabr 15:49
Dünya
11 Sentyabr 15:32
YAP xəbərləri
11 Sentyabr 15:01
Dünya
11 Sentyabr 14:19
YAP xəbərləri
11 Sentyabr 14:18
Elm
11 Sentyabr 14:16
İqtisadiyyat
11 Sentyabr 14:13
İqtisadiyyat
11 Sentyabr 13:25
Sosial
11 Sentyabr 12:42
Hadisə
11 Sentyabr 12:41
Elm
11 Sentyabr 12:41
Sosial
11 Sentyabr 12:30
Sosial
11 Sentyabr 12:03
Hadisə
11 Sentyabr 11:37

