47-ci prezident kim olacaq?
05.11.2024 [09:05]
Donald Tramp, yoxsa Kamala Harris?
Bu gün ABŞ-da 60-cı prezident seçkiləri keçirilir
Bu gün ABŞ-da növbəti prezident seçkiləri keçirilir. Seçkilərdə mübarizə keçmiş prezident, respublikaçıların namizədi olan Donald Tramp və indiki vitse-prezident, demokratların namizədi Kamala Harris arasında gedir.
Namizədlərin şansları bərabərdir
NBC Nyus-un seçkidən iki gün öncə keçirdiyi sorğuya əsasən, demokrat Kamala Harris və respublikaçı Donald Trampın şansları bərabərdir. Harrisin dəstəyinin bir neçə amillə bağlı olduğu bildirilir. Birincisi, onun “abort hüququ” ilə bağlı əhəmiyyətli üstünlüyü var. Bundan əlavə, medianın məlumatına görə, Harris bir çox seçici tərəfindən orta təbəqənin müdafiəçisi kimi qəbul edilir.
Eyni zamanda, vurğulanır ki, Trampın dəstəyi getdikcə artır, çünki seçicilərin əksəriyyəti ölkənin hazırkı kursundan narazıdır. Respondentlərin təxminən üçdə ikisi ABŞ-ın yanlış yolda olduğuna inanır. Seçicilər, həmçinin bir çox amerikalılar üçün ən vacib olan iqtisadi məsələlərdə Trampın əhəmiyyətli üstünlüyünə işarə edirlər.
“YouGov” sosioloji tədqiqat institutunun “The Times” qəzetinin sifarişi ilə keçirdiyi ictimai rəy sorğusunun nəticələrində isə deyilir ki, Demokratlar Partiyasının prezidentliyə namizədi Kamala Harrisin səsvermədə tərəddüd edən ştatlarda qalib gəlməsi üçün kifayət qədər dəstəyi var. Bu dəstək ona respublikaçı rəqibi Donald Trampı məğlub etməyə imkan verə bilər. Məlumata görə, ABŞ-ın hazırkı vitse-prezidenti Kamala Harris az fərqlə “ABŞ-ın ilk qadın prezidenti olmağa yaxındır”. O, Viskonsin ştatında respublikaçı rəqibini dörd faiz (49 faizə qarşı 45 faiz), Miçiqan və Pensilvaniyada üç faiz (49 və 46 faiz), Nevada ştatında bir faiz (48 və 47 faiz) qabaqlayır. Arizonada namizədlərin dəstəyi bərabərdir (hər ikisi 48 faiz). Corciya və Şimali Karolina ştatlarında isə ABŞ-ın sabiq prezidenti Donald Tramp populyarlıq səviyyəsinə görə rəqibindən bir faiz (48 faizə qarşı 47 faiz) irəlidədir. “YouGov” sosioloji tədqiqat institutu Kamala Harrisin Ağ Evə 2000-ci ildə respublikaçı Corc Buşun demokrat Albert Qora qalib gəldiyi seçkilərdən bəri ən az fərqlə rəhbərlik edəcəyini proqnozlaşdırır.
75 milyondan çox seçici erkən səs verib
Qeyd edək ki, ABŞ-da prezident seçkilərində qələbə sadə səs çoxluğu ilə deyil, Konqresdə təmsilçilikdən asılı olaraq hər bir ştatın irəli sürdüyü seçicilər kollegiyası tərəfindən müəyyən olunur. Artıq milyonlarla seçici erkən səsvermədə iştirak edib. Florida Ştatı Universitetinin məlumatlarına əsasən, ABŞ-ın 75 milyondan çox seçicisi prezident seçkilərində erkən səs verib. Belə ki, 75 093 872 nəfər erkən seçki hüququndan istifadə edib. Onlardan 40.7 milyondan çoxu şəxsi olaraq seçki məntəqələrində, təxminən 34.4 milyon isə poçtla səs verib.
ABŞ-da qeydiyyatdan keçmiş seçicilərin sayı təxminən 168 milyon nəfər təşkil edir. Ən çox erkən səs verənlər Texas (8,6 milyon), Florida (7,8 milyon), Kaliforniya (7 milyon), Şimali Karolina (4,2 milyon) və Corciya (4 milyon) ştatlarında olub.
ABŞ-dan köçmək istəyənlərin sayı niyə artıb?
“Bloomberg” agentliyinin isə yazır ki, ABŞ-da prezident seçkiləri ərəfəsində xarici ölkəyə köçmək istəyən vətəndaşların sayı artıb. Araşdırmaya əsasən, miqrasiya məsələlərində ixtisaslaşmış şirkətlər artıq iyun ayında Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp və ABŞ-nin indiki prezidenti Cozef Baydenin iştirak etdiyi debatlardan sonra müştərilərinin sayının artması ilə qarşılaşıblar. “Expatsi” şirkətinin təsisçisi Cen Barnett nəşrə bildirib ki, son həftələrdə seçki sorğularının nəticələri tez-tez dəyişir və bu, miqrasiyaya böyük təsir edib. Nəticələrə əsasən, ABŞ-dan köçmək istəyən 7 min nəfər arasında aparılan sorğuda əsas səbəblərdən biri ölkədəki siyasi qütbləşmədir.
“Henley & Partners” şirkəti isə bəyan edib ki, 2020-ci ildən indiyədək müştərilərin müraciətlərinin ümumi sayı kəskin şəkildə artıb və 2024-cü ilin ilk on ayında tələb ötən ilin ümumi göstəricilərini üstələyib. Yerli medianın yazdığına görə, ABŞ Konqresindəki Respublikaçılar və Demokratlar Partiyasının nümayəndələri prezident seçkilərindən sonra ölkədə zorakılıq dalğasının yaranmasından narahatdırlar.
Milli Qvardiya təhlükəsizliyin gücləndrilməsinə dəstək verir
Digər tərəfdən, respublikaçılar əsl təhlükənin Demokratlar Partiyadan prezidentliyə namizəd Kamala Harris məğlub olacağı və demokratların rəqibin qələbəsini qəbul edə bilməyəcəyi halda ortaya çıxacağını vurğulayıblar. Bu cür narahatlıqlar fonunda, federal və yerli hüquq-mühafizə orqanları Vaşinqtonda seçki gününə hazırlıq məqsədilə təhlükəsizlik tədbirlərini gücləndirməyə başlayıb və polisin zərərçəkənlərin təxliyəsi üzrə təlimlər keçirdiyi bildirilir.
Belə ki, iki gün öncə Vaşinqton qubernatoru Cey İnsli prezident seçkiləri ilə əlaqədar ştatın Milli Qvardiyasının hazırlıq vəziyyətinə gətirilməsi barədə göstəriş verib. Bu, Daxili Təhlükəsizlik Departamentinin seçki infrastrukturuna qarşı təhdidlər və ya ştatın cənub-qərbində seçki qutularının yandırılması kimi hadisələrlə bağlı son xəbərdarlığından sonra ehtiyat tədbiri ilə bağlıdır.
Milli Qvardiyanın əməkdaşları noyabrın 4-dən 7-dək vəzifələrini icra edəcək və lazım gələcəyi təqdirdə yerli hüquq-mühafizə orqanlarına kömək göstərəcəklər. Qubernator xatırladıb ki, Vankuver şəhərində seçki qutusunun yandırılması zamanı yüzlərlə bülleten zədələnib və ya məhv olub. Bütün bunlar seçki günü ABŞ-da təhlükəsizliyin gücləndirilməsini zərur edir.
Beləliklə, 5 noyabr 2024-cü il ABŞ-da 60-cı prezident seçkiləri kimi tarixə düşəcək. Bu seçki Birləşmiş Ştatların 47-ci dövlət başçısının seçilməsi ilə yadda qalacaq.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxHadisə
11 Oktyabr 22:22
Dünya
11 Oktyabr 21:35
Dünya
11 Oktyabr 19:41
Siyasət
11 Oktyabr 18:22
YAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20

