Çinin kosmosa uçacaq növbəti astronavtları müəyyənləşib
29.10.2024 [10:10]
Çinin kosmik stansiyasında fəaliyyət göstərmək üçün kosmosa uçacaq növbəti astronavtlar qrupu - “Şencou-19” (Shenzhou-19) missiyasının üzvləri məlum olub.
AZƏRTAC Çinin Kosmos Agentliyinə istinadla xəbər verir ki, “Şencou-19” missiyası astronavtlar Çay Sucı (heyətin kapitanı), Son Lindon və xanım Van Haocıdan ibarət olacaq. Oktyabrın 29-da astronavtlar ictimaiyyətə təqdim olunub. Çay Sucı bundan əvvəl “Şencou-14” missiyasının tərkibində kosmosda olub. Çinin 3-cü nəsil astronavtlarından olan keçmiş hərbi pilot Son Lindon və mühəndis Van Haocı isə ilk dəfə kosmosa uçacaq. Van Haocı Çinin kosmosa uçan 3-cü qadın astronavtı və yeganə mühəndis-astronavtı olacaq.
“Şencou-19” missiyasına oktyabrın 30-da Pekin vaxtı ilə səhər saat 4:27-də start veriləcək. Onlar kosmik stansiyada təxminən 6 ay fəaliyyət göstərən “Şencou-18”in astronavtlarını əvəzləyəcəklər. Bu, Çinin orbitə göndərdiyi 14-cü pilotlu missiyası olacaq. “Şencou-19”un astronavtları da kosmik stansiyada təxminən 6 ay qalacaqlar.
Qeyd edək ki, Çinin kosmos proqramının vacib mərhələsi olan kosmik stansiya idarəetmə mərkəzi və heyətin yaşayış yerini əhatə edən əsas modul (“Tianhe”), “Wentian” və “Mengtian” adlı iki laboratoriya modulundan ibarətdir. “Tianhe” 2021-ci ilin aprelində, laboratoriya modulları isə 2022-ci ilin aprelində və oktyabrında orbitə çıxarılaraq quraşdırılıb. Ümumi kütləsi 70 ton təşkil edən stansiya aşağı Yer orbitində, təxminən 340-450 kilometr yüksəklikdə fəaliyyət göstərir. Kosmik stansiyanın 15 ildən çox istismar olunması nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxAnalitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25
Dünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23
Dünya
11 Sentyabr 16:19
Siyasət
11 Sentyabr 16:16
Elm
11 Sentyabr 16:04
Dünya
11 Sentyabr 16:03
YAP xəbərləri
11 Sentyabr 15:59
YAP xəbərləri
11 Sentyabr 15:53
Sosial
11 Sentyabr 15:49
Dünya
11 Sentyabr 15:32
YAP xəbərləri
11 Sentyabr 15:01
Dünya
11 Sentyabr 14:19
YAP xəbərləri
11 Sentyabr 14:18
Elm
11 Sentyabr 14:16

