Bəşəriyyətin sonunu gətirə bilən təhdid...
29.08.2024 [10:31]
Nüvə Sınaqları əleyhinə Beynəlxalq Fəaliyyət Günüdür
Bu gün nüvə silahları dünyadakı hər kəsi narahat edən mövzudur. İstifadə edildiyi ilk gündən dağıdıcı və məhvedici gücə malik olan nüvə silahı 21-ci əsrin ən böyük təhlükəsi kimi dəyərləndirilir. Belə ki, insanlara və təbiətə ziyan verən bu silah bütün dünya üçün “ən qorxulu kabusdur”. Tarixə nəzər yetirdikdə görürük ki, nüvə silahından istifadənin qarşısının alınmasına yönələn bir sıra addımlar atılıb. Amma təəssüf ki, hələ də “nüvə təhdidi” öz aktuallığını qoruyub saxlayır.
Xüsusilə, son illərdə bu təhdid yenidən aktiv şəkildə ortaya çıxıb. Qlobal güclərin savaşlarda tam üstünlük qazanmaq üçün nüvə silahı ritorikasına müraciəti isə gündən-günə artır və bu qəbuledilməzdir.
Bəşəriyyəti məhv etməyə nail olan bu real təhlükə barədə söhbət açmağımızın məqsədi var. Belə ki, avqustun 29-u Nüvə sınaqları əleyhinə beynəlxalq fəaliyyət günü kimi qeyd olunur. Bu gün 2009-cu il dekabrın 2-də BMT Baş Məclisinin 64-cü sessiyasında təsis edilib. Təhlükəsiz dünya yaradılması üçün nüvə sınaqlarının dayandırılması məsələsində BMT-nin, dünya dövlətlərinin, hökumətlərarası və qeyri-hökumət təşkilatlarının səylərinin fəallaşdırılması zəruridir.
BMT-nin müvafiq qətnaməsinin preambulunda deyilir: “Nüvə sınaqlarının insanların həyatı və sağlamlığı üçün məhvedici təsirlərinin qarşısını almaq üçün bu cür sınaqlara son qoyulmalıdır”.
İlk atom bombası
İlk atom bombası İkinci dünya müharibəsinin sonunda ABŞ-da hazırlanıb. Atom bombası havada partladıla bilər. 1945-ci ilin iyulunda ABŞ atom bombasını sınaqdan keçirdikdən sonra avqustun 6-da Yaponiyanın Xirosima və avqustun 9-da Naqasaki şəhərlərinə partlayış gücü 20 min ton trotil partlayışına ekvivalent olan 2 bomba atmışdı. Xirosimada 200 minə yaxın adam ölüb, sonralar isə şüa xəstəliyindən və yaralanmadan daha 35 min adam həyatını itirib.
9 ölkədə nüvə silahı var
Bu gün nüvə silahına malik 9 dövlətin adını çəkmək olar ki, onlardan 5-i rəsmi, 4-ü isə qeyri-rəsmi nüvə dövlətləri hesab olunur. Rəsmi nüvə dövlətləri: ABŞ, Rusiya, Böyük Britaniya, Fransa və Çindir. Qeyri-rəsmi nüvə dövlətləri: Hindistan, Pakistan, İsrail və Şimali Koreyadır. BMT-nin təşəbbüsü ilə 12 iyun 1968-ci ildə imzalanan “Nüvə silahının yayılmaması barədə müqavilə”yə əsasən, 1967-ci il yanvarın 1-nə qədər nüvə sınaqları keçirən ölkələr nüvə dövlətləri hesab olunurlar.
Ən böyük problem isə bu silahların miqdarının düzgün açıqlanmamasıdır. Məsələn, mənbələrin birində hazırda Rusiyanın 6500, ABŞ-ın isə 3 mindən çox nüvə başlıqlı raketinin mövcud olduğu qeyd edilir. Stokholm Beynəlxalq Sülh İnstitutu (SIPRI) və Amerika Elm Adamları Federasiyasının (FAS) 2019-cu ildə birgə apardığı araşdırmalara görə də dünyada 9 ölkədə nüvə silahı var.
Nüvə silahından istifadə olunarsa...
Nüvə silahı və nüvə hücumları ilə bağlı müxtəlif məlumat resurslarında olduqca maraqlı və insanı qorxuya salan informasiyalar mövcuddur. Maraqlı məlumatlardan biri də odur ki, 1983-cü ildə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə görə, hər bir həkim nüvə silahı tətbiqindən sonra insanlara yardım və müalicənin prinsiplərini bilməlidir. ÜST nüvə silahlarının fəsadlarını insan orqanizmi üçün faciəvi və geri dönüşü olmayan məhv prosesi kimi qiymətləndirir. Bu elə bir müharibədir ki, heç bir dərman, sarğı və əməliyyat, heç bir yüksək səviyyəli tibb onun yaralarını sağalda bilməz...
Əgər nüvə hücumu olarsa, həkimlər zərərçəkənlərə heç bir kömək edə bilməyəcək. Müasir tibb hər nə qədər inkişaf etsə də, nüvə partlayışının fəsadları qarşısında çox acizdir. Bir anlıq təsəvvür edək ki, nüvə silahı atılan region və radiusda şəhərlərdə xəstəxanalar, bütün binalar yanacaq, ölən insanlar içində həkimlər, tibb işçiləri də olacaq. Regiona nüvə silahının atılması həm də orda olan bütün həkim, tibb işçisinin məhvi deməkdir.
Ümid edək ki, bəşər tarixində heç vaxt nüvə silahından istifadəyə ehtiyac olmayacaq və bütün dünya xalqlarının amalı, məramı bir olacaq. O amal və məram ki, bəşəriyyətin xoşbəxtlik və rifah içində yaşamağına zəmin verəcək...
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44

