Banqladeşdə nə baş verir?
07.08.2024 [11:32]
Bu günlərdə daha bir ölkə - Banqladeş paytaxt Dəkkədə və digər şəhərlərdə baş verən kütləvi etirazlar səbəbindən qarışıb. Banqladeş Xalq Respublikası Cənubi Asiyada yerləşən dövlətdir. Şərqi Pakistan ərazisində yaradılıb və 16 dekabr 1971-ci ildən dövlət kimi təşkil olunub. Ölkə şimal, qərb və şərqdə Hindistan, cənub-şərqdə Myanma ilə həmsərhəddir, cənubda isə Benqal körfəzi ilə əhatə olunub. Etnik fərqliliyə malik ölkənin əhalisinin təxminən 85 faizi müsəlmanlardan ibarətdir.
Səbr kasasını daşdıran son damcı - bahalı keçi
Prosesləri müşahidə etdikdə o qənaət hasil olur ki, Banqladeş hazırda ölkəni ağuşuna alan böyük iğtişaşlara doğru addım-addım irəliləyib ki, bu da səbəbsiz deyil. Banqladeşdə dövlət məşğulluq vəzifələrinin 56 faizi müəyyən demoqrafik qruplar və siniflər üçün nəzərdə tutulsa da, bunların 30 faizi 1971-ci il Müstəqillik Müharibəsi iştirakçılarının ailələrini əhatə edir. Sözügedən kvotalar 2018-ci ildə ümummilli etirazlardan sonra ləğv edilib. Ali Məhkəmə iyul ayında kvota sisteminin yenidən tətbiqi ilə bağlı qərar verib. Ali Məhkəmənin qərarı gənclərin, o cümlədən də tələbələrin ciddi etirazları ilə qarşılanıb. İyul ayında “ictimai kvota” qərarına qarşı “Dayan” şərti adı ilə keçirilən etirazlarda qan tökülüb, dövlət televiziyasının binası yandırılıb, bir çox televiziya kanalları və xəbər saytları yayımını dayandırıb. Rabitədə böyük fasilələr yaranıb. Baş nazir Şeyx Hasinan iğtişaşların yatırılması üçün ordudan kömək istəyib. Paylaşılan mesajlarda “Bu artıq etiraz deyil, müharibədir” ifadələri yer alıb. Ordunun gücü ilə bərpa olunan sabitlik cəmi bir neçə gün davam edib və avqustun əvvəlindən iğtişaşlar yenidən alovlanıb.
Ölkədə “Dayan” inqilabının başlamasına bahalı keçinin səbəb olduğu bildirilir. Hadisə belə baş verib. Məmurlardan birinin oğlu sosial şəbəkələrdə bahalı keçi ilə öyünərək korrupsiya qalmaqalına səbəb olub. “bdnews24” saytı xəbər verir ki, iyun ayında 24 yaşlı Müşfiqur Rəhman İfat adlı şəxs “Facebook”da Qurban bayramı üçün 1.5 milyon Banqladeş takası (təxminən 21.7 min manat) qarşılığında qurbanlıq keçi alması barədə yazıb. Bu alqı-satqıdan xəbər tutan ölkə sakinləri onun gəlir mənbəyi ilə maraqlanıblar və məlum olub ki, İfatın atası Milli Gəlir Şurasının (MGŞ) Gömrük, Aksiz və ƏDV üzrə Apellyasiya Məhkəməsinin sədri Motiur Rəhmandır.
Həmin məmur dövlət televiziyasındada çıxış edərək, İfatla qohum olduğunu inkar etsə də, necə deyərlər, cidanı çuvalda gizlətmək mümkün olmayıb. Məlumatı Banqladeş parlamentinin deputatlarından biri təsdiqləyib. Reputasiyasına görə qorxan Motiur Rəhman ölkə ictimaiyyətini korrupsiya sxemlərində iştirak etmədiyinə inandırmağa cəhdlər göstərib. “Korrupsiyaya Qarşı Mübarizə Komissiyası mənim fəaliyyətimi 4 dəfə araşdırıb və belə nəticəyə gəlib ki, mən heç bir korrupsiya ilə məşğul olmamışam”, - deyə o qeyd edib.
Lakin tezliklə məlum olub ki, məmur bizneslə məşğul olub və birjaya pul yatırıb. Nəticədə, Rəhman əvvəlki tutduğu vəzifədən azad edilib və ona yeni vəzifə verilməyib. Məhz həmin korrupsiya qalmaqalından bir neçə gün sonra tələbələr 1971-ci il İnqilab Müharibəsində vuruşanların qohumları üçün dövlət işlərinə kvota verilməsinə etiraz etməyə başlayıblar.
Əlbəttə, “Facebook” sosial şəbəkəsində bahalı keçi paylaşımının ölkədə geniş inqilab dalğası yaratdığını düşünmək sadəlöv?lük olardı. Banqladeş iqtisadi göstəricilərin aşağı, işsizliyin və inflyasiyanın yüksək olduğu bir ölkədir. Elə “Dayan” inqilabının təməlində də məhz çeşidli sosial amillər dayanır. Bahalı keçi paylaşımı sadəcə səbr kasasını daşdıran son damcı olub.
İstefa verən baş nazir ölkədən gedib
Banqladeşdə iğtişaşların gedişində 94-ü bazar günü olmaqla, azı 300 nəfər həlak olub. Bu barədə Banqladeşin Daily Star nəşri səhiyyə, polis və hakimiyyət orqanlarına istinadla məlumat yayıb. Həlak olanlardan 14-nün polis işçisi olduğu bildirilir. “Banqladeşdə hökumət əleyhinə həftələr boyu davam edən nümayişlərin ən qanlı günü olan bazar günü 94 nəfərin öldürülməsindən sonra toqquşma qurbanlarının ümumi sayı azı 300 nəfərə çatıb”, - deyə agentlik bildirib.
Banqladeşin paytaxtı Dəkkədə və bütün ölkə daxilində etirazlar və nümayişlər bazar günü tələbə hərəkatının hakimiyyətlə əməkdaşlıqdan imtina etməsindən sonra başlayıb. Tələbələrin polis və hökumət tərəfdarları ilə toqquşmaları iğtişaşlara çevrilib.
Etirazçılar Şerpur rayon həbsxanasına soxularaq məhbusları azad ediblər. “Dhaka Tribune” nəşrinin yaydığı məlumatda bildirilib ki, yürüş zamanı etirazçılardan ibarət izdiham həbsxananın qapılarını sındıraraq yanğın törədib və 500-ə yaxın məhbus həbsxanadan qaça bilib. İğtişaşçılar,həmçinin polis məntəqəsini yandırıb, bir sıra ticarət və hökumət binasına ziyan vurublar.
İğtişaşların genişləndiyini görən baş nazir Şeyx Hasinan istefa verib və ölkədən gedib. Banqladeş ordusunun qərargah rəisi general Vaqar-uz-Zaman baş nazirin ölkədən çıxdığını təsdiqləyib. General xalqa televiziya vasitəsi ilə müraciətində qeyd edib ki, ölkədə müvəqqəti hökumət qurulacaq. Qərargah rəisi bütün ölüm hallarının araşdırılacağını deyib və xalqı orduya etimad göstərməyə çağırıb.
Bununla belə, baş nazirin istefasından sonra da etirazlar səngiməyib. Minlərlə insan ölkə paytaxtının küçələrinə çıxıb. Etirazçılar baş nazirin iqamətgahını, ölkənin qurucusu Şeyx Mucibur Rəhmanın heykəlini dağıdıb və onun muzeyini yandırıblar. Hakim “Avami Liqası” partiyasının ofisi də hücuma məruz qalıb. Etirazçılar hakim partiya nümayəndələrinin evlərinə, polis məntəqələrinə, aparıcı telekanalların ofislərinə hücum çəkiblər. Ölkədə iğtişaşlar başlayandan bəri 10 min adam həbs edilib.
Banqladeş prezidenti geri çəkildi - keçmiş baş nazir azadlıqda
Yerli mətbuatın yazdığına görə, Banqladeş prezidenti Şahabuddin Çuppu geri çəkilərək etirazçıların bəzi tələblərini ödəmək məcburiyyətində qalıb. O, keçmiş baş nazir və müxalifət lideri Xalid Ziyanın ev dustaqlığından azad edilməsi barədə göstəriş verib. Ölkə prezidenti, həmçinin tələbə etirazlarının iştirakçılarının da həbsdən azad edilməsinə dair göstəriş verib.
Bildirilir ki, prezidentin sədrliyi ilə keçirilən iclasdan sonra Banqladeş Milliyyətçi Partiyasının (BMP) sədri Xalid Ziya və tələbə nümayişləri zamanı həbs olunan bütün şəxslərin dərhal azad edilməsi barədə yekdil qərar qəbul edilib.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxMədəniyyət
10 Avqust 13:07
İqtisadiyyat
10 Avqust 12:45
Sosial
10 Avqust 12:44
Sosial
10 Avqust 12:08
İqtisadiyyat
10 Avqust 12:06
Elm
10 Avqust 11:53
Sosial
10 Avqust 11:50
İdman
10 Avqust 11:50
Dünya
10 Avqust 11:30
Dünya
10 Avqust 10:53
Dünya
10 Avqust 10:20
Dünya
10 Avqust 09:50
Dünya
10 Avqust 09:30
Dünya
10 Avqust 08:55
Sosial
10 Avqust 08:30
Dünya
10 Avqust 08:15
Dünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17

