/ / Ermənistanın üzləşdiyi problemlərin miqyasını genişləndirən səbəblər arasında korrupsiyanın böyük rolu var
Ermənistanın üzləşdiyi problemlərin miqyasını genişləndirən səbəblər arasında korrupsiyanın böyük rolu var
04.10.2012 [02:29]
Məlumdur ki, “məqsədyönlü” işğalçı siyasət Ermənistanın geosiyasi baxımdan öz-özünü blokadaya salmasına, bütün sahələrdə iflasına gətirib çıxarıb. Digər tərəfdən, o da məlumdur ki, işğalçı ölkə iqtisadiyyatının iqtidardakı məmurların nəzarət etdikləri ailə-tayfa şirkətlərinə verilməsi istisnasız olaraq bütün sahələrin inhisarlaşdırılması, konkret və effektiv iqtisadi inkişaf konsepsiyasının yoxluğu vəziyyəti bir qədər də ağırlaşdırıb. Artıq işğalçı ölkənin özündə də açıq etiraf edilir ki, hadisələrin belə gedişi Ermənistanın bir dövlət kimi məhvini şərtləndirir.
Bir sözlə, Sarkisyan hakimiyyətinin idarəetmə qaydalarının məntiq və demokratiya prinsiplərindən uzaq olması ilə yanaşı, bütünlüklə ölkənin sərvətlərinin talanması çıxılmaz vəziyyət yaradıb. Bütün bu səbəblərdən inkişaf göstəriciləri baxımından MDB məkanında son pillələrdə yer alan Ermənistanın sosial-iqtisadi sahədə üzləşdiyi problemlərin miqyasını genişləndirən səbəblər arasında korrupsiyanın da böyük rolu var.
Sirr deyil ki, korrupsiya Ermənistanın bütün həyat sferalarında kifayət qədər dərin kök salıb. Belə vəziyyət sadə vətəndaşların mövcud hakimiyyətdən duyduğu narazılığın daha kəskin xarakter almasına, hətta sosial partlayış həddinə qədər yüksəlməsinə gətirib çıxarıb. Ermənistanın bütün məmur ordusu korrupsiya piramidasında yer aldığından bu problemə qarşı mübarizə yalnız kağız üzərindədir və vaxtaşırı verilən quru vədlərdən ibarətdir. Ümumiyyətlə, korrupsiyaya görə, Ermənistanda yüksək vəzifəli məmurların istefa verdiyi və vəzifədən azad edildiklərini görmək olmaz.
Qeyd etmək lazımdır ki, dövlət səviyyəsində açıq etiraf olunur ki, təkcə vergi sistemində korrupsioner, rüşvətxor məmurların sayı iki min nəfərdən artıqdır. Yerli KİV isə bildirir ki, vergilər naziri korrupsiya piramidasının əsas fiqurlarından biridir.
Ermənistan parlamentində təmsil olunan deputatlar da korrupsionerlər ordusunun ön sıralarında yer alırlar. Digər tərəfdən, deputat mandatı alanların böyük əksəriyyəti ölkənin tanınmış biznesmenləri sayılır, onlardan bir çoxu, hətta konkret sahələr üzrə ən iri inhisarçılardır. Ermənistanın hüquq-mühafizə orqanları rüşvət və korrupsiyanın miqyasına görə seçilənlər cərgəsindədir. İctimaiyyət arasında ölkənin baş korrupsionerləri qismində isə həmişəki kimi sabiq prezident Robert Koçaryan və onun xələfi Serj Sarkisyanın adı çəkilir. Xatırlatmaq yerinə düşərdi ki, bundan əvvəl Rusiya mətbuatında yer alan məlumatlara görə, korrupsiya, rüşvət, cinayətkarlıq nəticəsində təkcə R.Koçaryanın malik olduğu sərvətin həcmi 4 milyard ABŞ dollarını keçir və indinin özündə də o, Ermənistanda əsas biznes sahələrinə nəzarət edir.
Təsadüfi deyil ki, bu günlərdə işğalçı ölkənin müstəqilliyinin iyirmi bir illiyi münasibəti ilə İrəvanın Saryan parkında keçirilən bayram mitinqində Ermənistan Milli Konqresinin (EMK) lideri Levon Ter-Petrosyan çıxışında korrupsiya məsələsi ətrafında sərt bəyanat səsləndirib. Belə ki, Ter-Petrosyan çoxlarının gözlədiyinin əksinə olaraq, prezident seçkilərində namizədliyini irəli sürəcəyini bildirməyib. O, ölkəsinin qarşısında duran 5 problemə toxunaraq bildirib ki, Ermənistanın güclü dövlət olması üçün hökumət Türkiyə ilə münasibətləri normallaşdırmalı, Dağlıq Qarabağ problemini həll etməli və korrupsiyanı aradan qaldırmalı, qanunvericiliyin bərpasına çalışmalıdır: “Burada tapmaca tapmağa ehtiyac yoxdur. Sadaladığım problemləri həll edin, görün Ermənistan necə dövlət olacaq”.
Ter-Petrosyan öz çıxışında sərt şəkildə Ermənistanın hazırki prezidenti Serj Sarkisyanı ittiham edərək bildirib ki, ölkədə korrupsiya, rüşvətxorluq və xalqın qanını içən məmur və hakim təbəqənin oğurluğunun qarşısını almaq üçün siyasi iradənin olması vacib və lazımdır: “Əgər Sarkisyan bacarırsa, əlini stola vurub desin ki, “bu gündən oğurlamağı dayandırırıq”.
SEVİNC
Xəbər lenti
Hamısına baxDünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27
YAP xəbərləri
06 May 16:26
YAP xəbərləri
06 May 16:12
YAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13
Elanlar
06 May 15:03
Hadisə
06 May 14:39
YAP xəbərləri
06 May 14:10
Sosial
06 May 14:05
Dünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
06 May 02:56
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16

