/ / Ramin Məmmədov: "Dini mövzuda seminarın işğaldan azad olunmuş ərazilərimizdə təşkil olunması təsadüfi deyil"
Ramin Məmmədov: "Dini mövzuda seminarın işğaldan azad olunmuş ərazilərimizdə təşkil olunması təsadüfi deyil"
23.09.2024 [17:17]
"Azərbaycanın mədəniyyət paytaxtında - qədim və əsrarəngiz Şuşada Sizinlə birlikdə belə bir vacib tədbirdə iştirak etmək qürurvericidir! Bu kürsüdən sizləri yalnız Dövlət Komitəsinin sədri kimi deyil, həm də 30 il öncə bu möhtəşəm şəhərdə uşaqlığını itirmiş Şuşa sakini kimi salamlayıram. Xoş gəlmisiniz! Dəvətimizi qəbul etdiyinizə görə hər birinizə ayrı-ayrılıqda təşəkkürümü bildirirəm. Biz hamımız böyük bir tarixi mərhələnin şahidləriyik. 4 il bundan öncə Azərbaycan ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında bütün Cənubi Qafqazın tarixində yeni bir səhifə açmağa müvəffəq oldu".
Bu fikirləri “İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusunda seminarın çıxışında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov deyib.
O, çıxışında həmçinin bildirib ki, bir il öncə ölkəmiz öz suverenliyini tam şəkildə bərqərar etməklə, dünyaya güc və müdrikliyin vəhdətindən doğan unikal bir nümunə göstərdi: "Tarixi yenidən yazdıq. 30 il ərzində ədalət umduğumuz dünyaya sübut etdik ki, ağıl, iradə, qətiyyət və cəsarət bu mürəkkəb, ziddiyyətli zamanda ayağa qalxmağın, gələcəyə doğru addımlamağın yeganə düsturudur. 30 il çağırışlarımıza laqeyd bir sükutla cavab verən beynəlxalq ictimaiyyətə göstərdik ki, Azərbaycan xalqı nəinki özünün, həm də bütün bölgənin tarixini dəyişməyə qadir möhtəşəm bir xalqdır. Bu gün fərqli coğrafiyalarda baş verən toqquşmalar ümumilikdə beynəlxalq təhlükəsizlik arxitekturasını dəyişir, ikitərəfli və çoxtərəfli münasibətlərdə yeni tendensiyaların, davranış qaydalarının formalaşmasına səbəb olur. Lakin bu ziddiyyətlər bizi həm də baş verən proseslərin tarixi və ideoloji məzmununa daha çox diqqət yetirməyə sövq edir".
Media nümayəndələri ilə dini mövzuda seminarın işğaldan azad olunmuş ərazilərimizdə təşkil olunmasının təsadüfi olmadığını qeyd edən R. Məmmədov, bunun düşünülmüş bir seçim olduğunu bildirib: "Bu torpaqlarda Azərbaycan xalqına məxsus yüzlərlə dini və tarixi abidə məhv edilib. Məscidlərimiz təhqir olunub, dini məbədlərimizin tarixinin saxtalaşdırılmasına cəhd edilib. Ancaq bu gün dövlətimiz tərəfindən dini və mədəniyyət abidələrimiz bərpa olunur. Heydər Əliyev Fondunun həyata keçirdiyi bərpa-quruculuq işləri bizim öz tariximizə, milli-mənəvi dəyərlərimizə münasibətimizin ən gözəl ifadəsidir".
Havar Şəfiyeva
Xəbər lenti
Hamısına baxXəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46

