/ / Prezident Administrasiyasında növbəti görüş Azərbaycan Yüksəliş Partiyasının sədri ilə keçirilib
Prezident Administrasiyasında növbəti görüş Azərbaycan Yüksəliş Partiyasının sədri ilə keçirilib
14.05.2022 [14:59]
Ölkəmizdə həyata keçirilən iqtidar-müxalifət dialoqunun davamı olaraq, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev mayın 14-də Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli ilə görüşüb.
Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı şöbə müdiri Ədalət Vəliyev vurğulayıb ki, siyasi partiyaların cəmiyyətdə artan nüfuzu Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan köklü siyasi islahatların nəticəsidir. Yeni siyasi konfiqurasiyanın uğurla inkişaf etdirilməsi, iqtidar-müxalifət dialoqunun təşviqi bu islahatların tərkib hissəsidir.
Qeyd edilib ki, yeni siyasi konfiqurasiyanın və aparılan islahatların strateji hədəfləri ölkədə dayanıqlı demokratik ənənələrin dərinləşməsi, cəmiyyətin inkişafı naminə iqtidar-müxalifət münasibətlərinin konstruktiv əməkdaşlıq formatına transformasiyasıdır. Siyasi partiyaların cəmiyyətin siyasi həyatında vacib rol oynadığını vurğulayan Administrasiya rəsmisi qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə Ermənistanın insanlıq əleyhinə törətdiyi cinayətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün siyasi partiyalar beynəlxalq əlaqələrini inkişaf etdirməlidirlər.
Siyasi partiyalar arasında sağlam münasibətlər mühitinin yaradılmasının vacibliyini vurğulayan şöbə müdiri bildirib ki, Vətən müharibəsi dövründə əldə edilmiş siyasi həmrəylik, siyasi partiyaların Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olmasının, bununla bağlı birgə bəyanat və müraciətlərin imzalamasının iqtidar-müxalifət dialoqunun nə qədər önəmli olmasını bir daha sübut edib.
Həmçinin İkinci Qarabağ müharibəsi, Qələbə və yeni siyasi reallıqlar mövzusunda aparılan müzakirələr zamanı regionda sülhün möhkəmləndirilməsi, işğal nəticəsində Azərbaycana dəymiş ziyanın kompensasiyası, Ermənistanın mina xəritələrini təqdim etməməsi, Qarabağda maddi-mədəni irs nümunələrinin bərpası, Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarının inkişafı barədə söhbət aparılıb.
Şöbə müdiri siyasi sabitliyin əhəmiyyəti barədə danışaraq bildirib ki, radikal siyasi meyillər dövlətçiliyə olan təhdid kimi qiymətləndirilməlidir. Bu səbəbdən hər bir siyasi partiya buna qarşı mübarizə aparmalı və cəmiyyətin ümumi inkişafına öz töhfəsini verməlidir.
Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli ölkəmizdə aparılan siyasi islahatları yüksək qiymətləndirib. Siyasi partiyaların fəaliyyəti üçün bütün imkanların dövlət tərəfindən təmin edildiyi bildirilib. Qeyd olunub ki, məhz bu səbəbdən, yeni qeydiyyatdan keçmiş Azərbaycan Yüksəliş Partiyası öz siyasi fəaliyyətini uğurla apara bilir.
Partiya sədri qeyd edib ki, yeni siyasi konfiqurasiyanın inkişafı, ölkədə sağlam siyasi mədəniyyətin yaradılması, iqtidar-müxalifət dialoqunun aparılması ölkəmizdə güclü siyasi sistemin yaradılmasına dəlalət edir. Bu səbəbdən Azərbaycan Yüksəliş Partiyası həmin istiqamətdə sağlam münasibətlərin qurulmasında maraqlıdır.
Sonda Anar Əsədli dövlət qeydiyyatına alınmış ən gənc partiya kimi qəbul edilməsinə görə təşəkkürünü bildirib.
Xəbər lenti
Hamısına baxDünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10

