Qubad İbadoğlu öz ampluasında...
10.08.2021 [08:45]
Xeyli vaxtdır ki, okeanın o tayında “lövbər” salan və yeri gəldi-gəlmədi özünü “iqtisadçı-alim” kimi təqdim edən Qubad İbadoğlu müxtəlif mövzularda manipulyasiya edir və ucuz populyarlıq qazanmağa çalışır. Açıq-aydın görünür ki, aldığı qrantların müqabilində qərəzli dairələrin sifarişlərini yerinə yetirən Qubad İbadoğlu sosial şəbəkələrdə yalanlar tirajlamaqla, absurd iddialar səsləndirməklə və reallıqları təhrif etməklə ictimai rəyi yanıltmağa çalışır.
Budur, Qubad İbadoğlu yenə də öz ampluasında qalaraq bu dəfə ölkəmizdə neft gəlirlərindən səmərəli istifadə olunması məsələsini manipulyasiya predmetinə çevirməyə çalışıb. Təbii ki, onun bu cəhdi də digərləri kimi iflasa məhkumdur. Çünki Qubad İbadoğlunun dediklərinə rəğmən, ölkəmizdə ötən müddət ərzində neft gəlirlərindən tam səmərəli istifadə olunub, “qara qızıl”ın intellektual kapitala çevrilməsi istiqamətində çox mühüm addımlar atılıb, əhəmiyyətli nəticələr əldə olunub. Yeni mərhələdə Azərbaycan iqtisadiyyatının uğurlu inkişafını təmin edən strateji amillərdən biri məhz neft gəlirlərindən müxtəlif sahələrdə səmərəli istifadə olunmasıdır. Paralel olaraq ölkədə institusional islahatların həyata keçirilməsi və uğurlu idarəçiliyin tətbiqi sahəsində beynəlxalq reytinq agentlikləri tərəfindən də yüksək dəyərləndirilən nailiyətlər qazanılıb. Təkcə belə bir faktı vurğulamaq kifayətdir ki, ölkəmiz “ASAN xidmət”ın timsalında intellektual məhsul ixracatçısına çevrilib. Müstəqillik illərində ölkəmizdə müasir təhsil infrastrukturu qurulub və təhsilin gənclər üçün inklüzivliyinin təmin olunması istiqamətində praktiki müstəvidə əməli tədbirlər görülüb. Bütün bunlar Azərbaycanın milli gücünün artmasını təmin edən əhəmiyyətli faktorlar sırasında yer alır.
Bunlarla yanaşı, Azərbaycan o ölkədir ki, pandemiya şəraitində respublika əhalisinin yarısını əhatə edən böyük sosial paket reallaşdırıb. Nəhayət, Azərbaycan böyük vəsait hesabına qurduğu müasir Ordusu ilə ötən il 44 günlük Vətən müharibəsində şanlı Qələbə qazanıb və üç onillik ərzində düşmənin nəzarəti altında qalan torpaqlarını işğaldan azad edib. Postmüharibə mərhələsinin ilk ilində isə ölkəmiz işğaldan azad edilən ərazilərdə görüləcək bərpa və infrastruktur quruculuğu işləri üçün 2,2 milyard manat həcmində büdcə ayırıb.
Beləliklə, sadalanan faktlar Qubad İbadoğlunun sosial şəbəkələrdə apardığı çirkin təbliğatı - uğursuz qara piar kampaniyasını tam ifşa edir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİdman
02 Oktyabr 23:56
İdman
02 Oktyabr 23:05
Elm
02 Oktyabr 22:39
İqtisadiyyat
02 Oktyabr 22:22
Sosial
02 Oktyabr 22:04
İqtisadiyyat
02 Oktyabr 21:43
Elm
02 Oktyabr 21:29
İqtisadiyyat
02 Oktyabr 21:27
Elm
02 Oktyabr 20:52
Sosial
02 Oktyabr 20:31
Siyasət
02 Oktyabr 20:19
Siyasət
02 Oktyabr 20:17
Elm
02 Oktyabr 19:06
Elm
02 Oktyabr 18:45
Dünya
02 Oktyabr 18:34
Mədəniyyət
02 Oktyabr 18:17
Siyasət
02 Oktyabr 18:13
Siyasət
02 Oktyabr 18:11
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:03
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:00
Sosial
02 Oktyabr 17:56
Dünya
02 Oktyabr 17:51
Sosial
02 Oktyabr 17:44
Sosial
02 Oktyabr 17:21
Gündəm
02 Oktyabr 16:14
Dünya
02 Oktyabr 16:12
Siyasət
02 Oktyabr 15:50
Sosial
02 Oktyabr 14:53
Siyasət
02 Oktyabr 14:32
Sosial
02 Oktyabr 14:32
Siyasət
02 Oktyabr 14:26
Mədəniyyət
02 Oktyabr 14:10
Siyasət
02 Oktyabr 13:49
İqtisadiyyat
02 Oktyabr 13:48
İqtisadiyyat
02 Oktyabr 13:27
Dünya
02 Oktyabr 12:53
Gündəm
02 Oktyabr 12:38
Dünya
02 Oktyabr 12:21
Sosial
02 Oktyabr 11:50
Sosial
02 Oktyabr 11:49
Siyasət
02 Oktyabr 11:45
Gündəm
02 Oktyabr 11:43
Siyasət
02 Oktyabr 11:42
Sosial
02 Oktyabr 11:36
Siyasət
02 Oktyabr 11:34
Siyasət
02 Oktyabr 11:31
Siyasət
02 Oktyabr 11:30
Siyasət
02 Oktyabr 11:27
Siyasət
02 Oktyabr 11:25
İqtisadiyyat
02 Oktyabr 11:24
Siyasət
02 Oktyabr 11:24
Siyasət
02 Oktyabr 11:22
Siyasət
02 Oktyabr 11:20
Sosial
02 Oktyabr 11:16
İqtisadiyyat
02 Oktyabr 10:58
Dünya
02 Oktyabr 10:55
İqtisadiyyat
02 Oktyabr 10:44
Daxili siyasət
02 Oktyabr 10:42
İqtisadiyyat
02 Oktyabr 10:26
Analitik
02 Oktyabr 10:17
Analitik
02 Oktyabr 09:45
Sosial
02 Oktyabr 09:34
YAP xəbərləri
02 Oktyabr 09:32
Analitik
02 Oktyabr 09:20
Sosial
02 Oktyabr 08:50
MEDİA
02 Oktyabr 08:37

