Ana səhifə »  Daxili siyasət »  Naxçıvanda 20 Yanvar faciəsinin 28-ci ildönümü qeyd edilib
A+   Yenilə  A-
Naxçıvanda 20 Yanvar faciəsinin 28-ci ildönümü qeyd edilib

Muxtar Respublikanın şəhər və rayonlardakı şəhidlər xiyabanlarını minlərlə insan ziyarət edib
Naxçıvan Muxtar Respublikasında 20 Yanvar faciəsinin 28-ci ildönümü qeyd olunub, şəhər və rayonlardakı şəhidlər xiyabanlarını minlərlə insan ziyarət edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yanvarın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərindəki Şəhidlər Xiyabanına gəlib, “Ana abidəsi”nin önünə əklil qoyub, şəhidlərin xatirəsinə ehtiramını bildirib.
Sonra Dövlət Himni səslənib.
Ali Məclisin Sədri şəhidlərin məzarlarını və 1918-1920-ci illərdə erməni daşnakları ilə mübarizədə Naxçıvanın köməyinə gələn qardaş Türk ordusunun şəhid olmuş əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək tər güllər qoyub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, nazirlik, komitə və digər mərkəzi təşkilatların, məhkəmə, hüquq-mühafizə orqanlarının, hərbi hissələrin, elm və təhsil müəssisələrinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, ictimai təşkilatların və yaradıcılıq birliklərinin, kütləvi informasiya vasitələrinin, mədəniyyət, səhiyyə və sağlamlıq müəssisələrinin kollektivləri, şəhər sakinləri şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.
20 Yanvar faciəsi müstəqillik uğrunda mübarizə tariximizin ən şanlı səhifəsi, qürur və şərəf tariximizdir. Vətən naminə, müstəqillik naminə şəhid olanlar insan mənəviyyatının ən yüksək zirvəsinə ucalırlar. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “20 Yanvar 1990-cı il Azərbaycanın tarixində ən faciəli gündür. Ancaq, eyni zamanda, o gecə, o gün Azərbaycan xalqı öz qəhrəmanlığını, rəşadətini və şəhidlik zirvəsinə qalxa bilməsini bütün dünyaya nümayiş etdirdi”.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusu tərəfindən Bakıda dinc əhaliyə qarşı dəhşətli qırğın törədilib. Faciə zamanı 147 Azərbaycan vətəndaşı şəhid olub, 744 nəfər yaralanıb və xəsarət alıb. Xalqın müstəqillik arzusunu boğmaq məqsədilə törədilən bu cinayətə ilk dəfə Ümummilli liderimiz Heydər Əliyev Öz etirazını bildirib, Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək bəyanatla çıxış edib, faciəni törədənləri kəskin ittiham edərək deyib: “Buraya ən əvvəl ona görə gəlmişəm ki, Azərbaycanın Moskvada kiçik parçası olan Daimi Nümayəndəliyində böyük itkilərə səbəb olmuş faciə ilə bağlı bütün Azərbaycan xalqına başsağlığı verim. İkinci tərəfdən, bu məsələyə öz münasibətimi bildirmək istəyirəm. Azərbaycanda baş vermiş hadisələri hüquqa, demokratiyaya, humanizmə və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm”.
20 Yanvar faciəsinin törədilməsində məqsəd bir tərəfdən xalqımızın gözünü qorxudaraq müstəqillik əzmini qırmaq idisə, digər tərəfdən də torpaqlarımızın ermənilər tərəfindən işğalına şərait yaratmaq idi. Ermənilərin faciədən bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasına hücumları bunu bir daha təsdiq edir. 1990-cı il yanvarın 18-də Kərki kəndi SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyi ilə ermənilər tərəfindən işğal olundu. Muxtar respublikanın ərazi bütövlüyü və vətəndaşlarının həyatı təhlükə altında qaldığından, beynəlxalq Qars müqaviləsinin şərtləri kobud surətdə pozulduğundan Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Soveti 1990-cı il yanvarın 19-da “Naxçıvan MSSR-də yaranmış ictimai-siyasi vəziyyət haqqında” tarixi qərar qəbul etdi. Bu qərara əsasən Naxçıvan MSSR Sovet imperiyasının tərkibindən çıxdı. Yanvarın 20-də Bakıda qanlı hadisələrin törədilməsindən bir neçə saat əvvəl isə ermənilər Sədərəyə və muxtar respublikanın digər sərhəd kəndlərinə silahlı hücum etdilər.
1990-1993-cü illərdə Ulu öndərin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası müdafiə olundu, bu qədim diyarın işğalının qarşısı alındı. Həmin dövrdə Ümummilli liderimiz Naxçıvan Muxtar Respublikasında milli dövlətçiliyimizin və müstəqilliyimizin əsaslarını işləyib hazırladı. Uğrunda şəhidlər verdiyimiz üçrəngli bayrağımız ilk dəfə Naxçıvanda qaldırıldı, milli birliyimizin və həmrəyliyimizin əsası qoyuldu. Həmçinin Ulu öndərin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi qiymət verildi.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il 21 noyabr tarixli sessiyasında “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” Qərar, 1992-ci il yanvarın 13-də isə “1990-cı ilin yanvar ayında Bakı faciəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Rəyasət Heyətinin bəyanatı” qəbul olundu. Həmin dövrdə ölkəmizə “rəhbərlik” edənlər isə xalqımıza qarşı törədilmiş qanlı cinayəti hər vəchlə gizlətməyə, təqsirkarların adlarının elan olunmasının, onların cəzalandırılmasının qarşısını almağa çalışırdılar.
Lakin Ümummilli liderimiz Heydər Əliyev xalqın təkidli tələbi ilə ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra faciəyə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. 1994-cü ilin fevral ayında keçirilən Milli Məclisin xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirildi, bu barədə qərar qəbul olundu.
Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban verənlərin xatirəsi bu gün də yüksək tutulur. “Ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirən Azərbaycan övladları 1990-cı ilin yanvarın 20-də xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar”, - deyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsini, adlarının uca tutulmasını, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir.
Müstəqil dövlətçilik ənənələrimizi bərpa etmək uğrunda aparılan mübarizənin mühüm mərhələsini təşkil edən 20 Yanvar faciəsi azadlığımızın rəmzi abidəsinə çevrilib. Azərbaycan gəncliyi xoşbəxtdir ki, güclü ordusu və qətiyyətli LİDERi olan ölkədə yaşayır. Bu isə xalqımızın bir daha faciələrlə, soyqırımlarla sınağa çəkilməyəcəyinə tam təminat verir. İllər keçsə də, şəhidlərimizin qanının hədər axmadığını, o qanlar bahasına bugünkü azadlığımızın, müstəqilliyimizin, dövlət quruculuğumuzun, tərəqqimizin bünövrəsinin qoyulduğunu gələcək nəsillər böyük ehtiramla xatırlayacaqdır. Çünki Ümummilli liderimiz Heydər Əliyevin də dediyi kimi: “Hər bir şəhid millətin mənəvi ucalığıdır. Şəhidlik milləti yüksəldən, milləti millət edən amillərdən biridir”.
Həmin gün saat 12:00-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 
  • Oxunub:  32940  |  
  • Tarix:  23-01-2018  |  
  •    Çap et   |  
Azərbaycan, Türkiyə və Pakistanın parlament sədrlərinin ikinci üçtərəfli görüşü gələn il İslamabadda keçiriləcək

28 İyul 22:15
Ceyhun Bayramov ABŞ rəsmisi ilə Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edib
28 İyul 21:42
Rusiya Prezidenti Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Azərbaycan-Ermənistan sərhədində vəziyyəti müzakirə edib
28 İyul 21:38
Azərbaycan-Çin əməkdaşlığının genişləndirilməsi perspektivləri müzakirə olunub
28 İyul 19:35
UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin diplomatik fəaliyyət müddəti başa çatır
28 İyul 19:33
Hesablama Palatası Dünya Bankının hesabatında
28 İyul 18:10
Azərbaycanda koronavirus infeksiyasına 750 yeni yoluxma faktı qeydə alınıb
28 İyul 18:08
Anar Məmmədov: Ermənistanın revanşist qüvvələri müharibədən nəticə çıxarmalıdırlar
28 İyul 18:02
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Moldova nümayəndə heyəti ilə görüş olub
28 İyul 17:58
ABŞ-ın Stirlinq Fondunun baş icraçı direktoru Azərbaycandakı tolerant mühit barədə məlumatlandırılıb
28 İyul 17:27
“Ehtiyat zabit hazırlığı kursu”na qəbul başlayır
28 İyul 17:22
Beynəlxalq münasibətlərdə Azərbaycanın sözü imzası qədər qüvvətlidir
28 İyul 17:20
“YAŞAT” düşərgəsinin ikinci həftəsi davam edir
28 İyul 17:14
Dövlət Miqrasiya Xidmətində bu ilin birinci yarısının yekunlarına həsr olunmuş onlayn mətbuat konfransı keçirilib
28 İyul 16:46
Azərbaycana ən çox Rusiya, Gürcüstan və Türkiyə vətəndaşları gəliblər
28 İyul 16:43
Müdafiə naziri ABŞ-ın Oklahoma ştatının nümayəndə heyəti ilə görüşüb
28 İyul 16:33
Özünüməşğulluq proqramına yeni iqtisadi fəaliyyət sahələri əlavə olunub
28 İyul 16:23
Prezident Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisinə10 milyon manat ayırıb
28 İyul 16:07
Gəncədə “Şuşa Bəyannaməsi: milli-mənəvi dəyərlərimizə sadiqlik və gələcək əməkdaşlıq üçün yeni çağırışlar” mövzusunda konfrans keçirilib
28 İyul 16:02
Azərbaycan dövləti əhalinin sağlamlığının qorunmasını özünün əsas vəzifəsi hesab edir
28 İyul 15:29
3 saylı “ASAN Kommunal” mərkəzinin açılış mərasimi keçirilib
28 İyul 15:25
Tərtərdə 5 yaşayış məntəqəsinin yolu əsaslı şəkildə yenidən qurulur
28 İyul 15:18
Azərbaycan Prezidenti keçirdiyi son görüşlərdə regionda yaranmış yeni reallıqlar barədə mühüm açıqlamalar verib
28 İyul 15:03
Bu ilin altı ayında ölkəmizdə müvəqqəti yaşama icazəsi ilə bağlı müraciətlərin sayı artıb
28 İyul 14:53
YAP və AK Parti Gəncədə birgə mətbuat konfransı keçirib
28 İyul 14:52
Dövlət Miqrasiya Xidmətində 2021-ci ilin altı ayının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilir
28 İyul 14:43
Casusluqda ittiham olunan ermənilərin cinayət işi üzrə məhkəmə iclası keçirilib
28 İyul 14:26
DİM tərəfindən I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçirilib
28 İyul 14:03
Hikmət Babaoğlu: Azərbaycan, Türkiyə və Pakistan parlamentləri arasında imzalanan Bakı Bəyannaməsi mühüm tarixi addım kimi səciyyələndirilməlidir
28 İyul 13:48
Malik Həsənov: İmzalanan Bakı Bəyannaməsi, 2022-ci il üçün qəbul olunan qərar hədəflərin təqdimatıdır
28 İyul 13:47
Səbinə Xasayeva: Vahid turizm məkanının yaradılması turistlərin Azərbaycana cəlb edilməsində əhəmiyyətli rol oynayacaq
28 İyul 13:44
Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı proqnozlaşdırılır
28 İyul 13:02
Ombudsman sərhəddə baş verən gərginliklə bağlı bəyanat verib
28 İyul 13:00
Oktyabrda Bakıda “Rebuild Karabakh 2021” sərgisi keçiriləcək
28 İyul 12:36
Zəfər Düşərgəsinin iştirakçıları qazilərimizlə görüşüblər
28 İyul 12:32
ANAMA mütəmadi olaraq maarifləndirici təlimlər keçirir
28 İyul 12:11
Azərbaycanda pandemiya dövründə heç bir layihənin təxirə salınmaması insanların rifahının yaxşılaşdırılmasının dövlətimiz üçün prioritet olduğunu göstərir
28 İyul 12:07
Azərbaycanın xarici işlər naziri Pakistan Milli Assambleyasının sədri ilə görüşüb
28 İyul 12:07
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın ilk iclası keçirilib
28 İyul 11:49
Ceyhun Bayramov: Bakı Bəyannaməsi ölkələrimiz və xalqlarımız arasında əlaqələrin inkişafına böyük töhfə verəcək
28 İyul 11:48
Bakı Ali Neft Məktəbində xaricdə təhsillərini davam etdirəcək məzunlarla görüş
28 İyul 11:27
Azərbaycanın Əfqanıstana yeni səfiri təyin olunub
28 İyul 11:05
Azərbaycan neftinin bir bareli 74,38 dollara satılır
28 İyul 11:01
İyulun 28-i Ümumdünya Hepatitlə Mübarizə Günüdür
28 İyul 10:49
XİN: Dövlət sərhədində vəziyyəti gərginləşdirməyin məsuliyyəti tam olaraq Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir
28 İyul 10:44
Ermənistan tərəfi atəşkəs rejiminin tələblərinə əməl etmir - MN
28 İyul 10:24
Avropa İttifaqı Azərbaycan üçün yaxın tərəfdaşdır
28 İyul 10:18
Mustafa Şəntop: Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə əlaqələri üçün çox əhəmiyyətlidir
28 İyul 10:14
Mustafa Şəntop: Ermənistan törətdiyi təxribatların nəticələrini nəzərə almalıdır
28 İyul 10:07
TBMM-in sədri: Azərbaycan-Türkiyə-Pakistan dostluğu böyük gələcək vəd edir
28 İyul 10:00
Mustafa Şəntop: Əminəm ki, aramızdakı dostluq və qardaşlıq daha da möhkəmlənəcək
28 İyul 09:23
Aztəminatlı gənclər üçün arıçılıq təsərrüfatı yaradılıb
28 İyul 08:58
Qənimət Zahid-Əli Kərimli cütlüyü yenə də erməni təxribatına dəstək verir
28 İyul 08:56
Ermənistanda parlamentə rəhbərlik məsələsində iqtidar və müxalifət arasında qarşıdurma yaranıb
28 İyul 08:54
Paytaxtda abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib
28 İyul 08:52
Analar övladlarını ən azı 6 aya qədər ana südü ilə qidalandırmalıdırlar
28 İyul 08:48
İnsan hüquq və azadlıqlarının qorunması Azərbaycanda həyata keçirilən dövlət siyasətinin əsas prioritetlərindəndir
27 İyul 21:57
Numan Kurtulmuş: Gəncədəki dağıntılar insanlıq əleyhinə cinayətlərin qurbanlarının xatirəsinə bir abidədir
27 İyul 21:24
Ombudsman AŞPA nümayəndələrini Ermənistanın cinayətləri barədə məlumatlandırıb
27 İyul 21:19
Dövlət Komitəsində AŞPA nümayəndə heyəti ilə görüş keçirilib
27 İyul 20:53
Türkiyənin Ədalət və İnkişaf Partiyasının nümayəndə heyəti Gəncədə Ermənistanın müharibə cinayətlərinin izləri ilə tanış olub
27 İyul 20:44
Azərbaycan, Türkiyə və Pakistanın parlament sədrlərinin ikinci üçtərəfli görüşü gələn il İslamabadda keçiriləcək
27 İyul 20:41
“İrəli” İctimai Birliyi “Marş irəli” layihəsinə start verib
27 İyul 20:06
Bakı Şəhər İcra Hakimiyyətində Vətən müharibəsi iştirakçıları və qazilərlə görüş keçirilib
27 İyul 20:00
Deputat: Qələbə və inkişafa yönəlmiş düzgün siyasət bizi vahid məqsədə çatdırdı
27 İyul 19:59
İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-ın Oklahoma Ştatının qubernatoru ilə görüşüb
27 İyul 19:49
Azərbaycanın xarici işlər naziri ABŞ-ın Oklahoma ştatının qubernatoru ilə görüşüb
27 İyul 18:57
Sahil Babayev: Azərbaycan-Serbiya əməkdaşlığı genişlənərək iqtisadiyyatın bir sıra sahələrini əhatə edəcək
27 İyul 18:40
Müdafiə Nazirliyi: Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətindəki mövqeləri atəşə tutulub
27 İyul 18:06
Azərbaycan-Serbiya biznes forumu keçirilib
27 İyul 17:38
Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi qaydası təsdiqlənib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+24 +26
gecə+20 +22