/ / 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi dövlətçilik tariximizə verilən dəyərin göstəricisidir
2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi dövlətçilik tariximizə verilən dəyərin göstəricisidir
16.01.2018 [10:13]
Ekspertlərin fikrincə, müsəlman Şərqinin ilk demokratik respublikasının tarixinin araşdırılması vacibdir
Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib. Müsəlman Şərqində ilk demokratik respublika olan və cəmi 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyəti tariximizin ən əhəmiyyətli səhifələrindən biridir. Bu səbəbdəndir ki, Xalq Cümhuriyyətinin tarixi xalqımız tərəfindən öyrənilir, dəyərləndirilir. Ümummilli lider Heydər Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinə xüsusi ehtiram göstərib və Cümhuriyyət tarixinin, irsinin öyrənilməsini vacib sayıb. Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də Xalq Cümhuriyyəti irsinə xüsusi hörmət və ehtiram nümayiş etdirir. Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində də bu məqama toxunan dövlət başçısı bildirib ki, biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi. Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, öz praktiki fəaliyyətində onları təmin edib. Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaşadırıq”.
Beləliklə, sözügedən iclasda cari ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edən dövlət başçısı vurğulayıb ki, il ərzində həm ölkəmizdə, həm xaricdə bununla əlaqədar bir çox tədbirlər keçiriləcək.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov 2018-ci ilin Prezident İlham Əliyev tərəfindən ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunmasını çox böyük tarixi əhəmiyyətə malik bir qərar adlandırıb. Millət vəkili bildirib ki, Azərbaycan xalqı haqlı olaraq öz tarixi ilə fəxr edir: “Həmin dövrdə cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti çox tarixi bir missiyanı yerinə yetirdi, o dövrdə hətta bir sıra Qərb dövlətlərindən də əvvəl demokratik islahatlar həyata keçirdi. Azərbaycan Xalq Cümhuriyyəti qadınlara seçib-seçilmək hüququ verərək bu məsələdə də bir çox dövlətlərə öncüllük etdi”.
2018-ci il ərzində “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində mühüm tədbirlərin keçiriləcəyini deyən millət vəkili A.Hüseynov bildirib ki, bu tədbirlər Azərbaycanın dövlətçilik tarixinin, xalqımızın ənənələrinin öyrənilməsi və təbliğ olunmasına, o cümlədən gənc nəslin dövlətçilik şüurunun möhkəmlənməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunması işinə töhfə verəcək.
Aydın Hüseynov onu da deyib ki, Ulu öndər Heydər Əliyev Xalq Cümhuriyyətinin fəaliyyətini daim yüksək qiymətləndirərək bəyan edib ki, müasir müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. “Xatırlatmaq istərdim ki, Cümhuriyyətin 80 illiyinin dövlət tərəfindən yüksək səviyyədə qeyd olunması ilə bağlı Ümummilli liderin sərəncamları çox mühüm tarixi əhəmiyyətə malik idi. Hazırda isə Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətinə, fəaliyyətinə çox yüksək qiymət verir. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini Azərbaycan dövləti və xalqı yüksək qiymətləndirir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin demokratik ənənələrinə sadiq olduğunu və bu ənənələri uğurla yaşatdığını, demokratik inkişaf yolunda əmin addımlarla irəlilədiyini sübut edib”, - deyə Aydın Hüseynov qeyd edib.
Milli Məclisin üzvü Sevinc Hüseynova da bildirib ki, 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi olduqca mühüm bir tarixi hadisədir. Millət vəkili qeyd edib ki, bu Sərəncamın imzalanması və Xalq Cümhuriyyətinin 100 illiyinin təntənəli şəkildə keçirilməsi Azərbaycan dövlətinin tarixinə bağlılığını və bu tarixə yüksək dəyər verdiyini ortaya qoyur. Onun sözlərinə görə, Ulu öndər Heydər Əliyev hər zaman müasir Azərbaycan dövlətini Xalq Cümhuriyyətinin varisi sayıb və bu mənada imzalanan Sərəncam həm də tariximizə sahib çıxılmasıdır: “Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika olub. Bu mənada AXC-nin keçdiyi dövlətçilik yolu olduqca maraqlıdır və bu yolun araşdırılmağa ehtiyacı var. Şanlı Cümhuriyyət tarixi hər birimizin fəxarətidir. 1991-ci ildə dövlət müstəqilliyimiz bərpa edildikdə, xüsusilə 1993-cü il 15 iyundan - Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdandan sonra Azərbaycan həmin dövrün tarixini dərindən öyrənməyə, o dövrdə atılan demokratik addımların müasir dövrdə də davam etdirilməsinə başladı və Azərbaycançılığın əbədi yaşaması üçün müstəqil dövlətin möhkəmlənməsini əsas götürdü”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
01 Noyabr 15:37
Sosial
01 Noyabr 14:19
Dünya
01 Noyabr 13:45
YAP xəbərləri
01 Noyabr 13:28
Gündəm
01 Noyabr 12:48
İqtisadiyyat
01 Noyabr 12:31
Siyasət
01 Noyabr 12:19
İqtisadiyyat
01 Noyabr 11:57
Xəbər lenti
01 Noyabr 11:46
Gündəm
01 Noyabr 11:44
MEDİA
01 Noyabr 11:42
Siyasət
01 Noyabr 11:28
Analitik
01 Noyabr 10:53
Siyasət
01 Noyabr 10:38
Sosial
01 Noyabr 10:16
Analitik
01 Noyabr 09:52
Analitik
01 Noyabr 09:35
Sosial
01 Noyabr 09:13
MEDİA
01 Noyabr 08:59
Ədəbiyyat
01 Noyabr 08:24
Dünya
31 Oktyabr 23:46
Siyasət
31 Oktyabr 23:41
Daxili siyasət
31 Oktyabr 23:32
YAP xəbərləri
31 Oktyabr 23:27
Siyasət
31 Oktyabr 23:22
Dünya
31 Oktyabr 23:18
Dünya
31 Oktyabr 22:51
Dünya
31 Oktyabr 22:45
Dünya
31 Oktyabr 22:17
Dünya
31 Oktyabr 21:59
Dünya
31 Oktyabr 21:26
YAP xəbərləri
31 Oktyabr 21:05
Dünya
31 Oktyabr 20:58
Hadisə
31 Oktyabr 20:35
Sosial
31 Oktyabr 20:19
İqtisadiyyat
31 Oktyabr 19:46
Dünya
31 Oktyabr 19:31
Sosial
31 Oktyabr 19:11
Siyasət
31 Oktyabr 18:33
YAP xəbərləri
31 Oktyabr 18:14
YAP xəbərləri
31 Oktyabr 18:02
YAP xəbərləri
31 Oktyabr 17:53
YAP xəbərləri
31 Oktyabr 17:50
İqtisadiyyat
31 Oktyabr 17:25
Hadisə
31 Oktyabr 17:09
Dünya
31 Oktyabr 16:41
Siyasət
31 Oktyabr 16:19
Sosial
31 Oktyabr 16:18
Hadisə
31 Oktyabr 16:13
Dünya
31 Oktyabr 15:32
Dünya
31 Oktyabr 15:06
Hadisə
31 Oktyabr 14:53
Sosial
31 Oktyabr 14:52
Dünya
31 Oktyabr 14:20
Dünya
31 Oktyabr 13:53
Dünya
31 Oktyabr 13:30
Dünya
31 Oktyabr 13:19
Dünya
31 Oktyabr 12:46
YAP xəbərləri
31 Oktyabr 12:33
Siyasət
31 Oktyabr 12:25
Elanlar
31 Oktyabr 12:07
Sosial
31 Oktyabr 11:52
Elm
31 Oktyabr 11:50
Hadisə
31 Oktyabr 11:37
Siyasət
31 Oktyabr 11:20
Siyasət
31 Oktyabr 11:08
Hadisə
31 Oktyabr 11:07
İqtisadiyyat
31 Oktyabr 10:53
İqtisadiyyat
31 Oktyabr 10:52
İqtisadiyyat
31 Oktyabr 10:49
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |

