Ana səhifə »  Daxili siyasət »  Azərbaycan ombudsmanı 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar beynəlxalq qurumlara bəyanat ünvanlayıb
A+   Yenilə  A-
Azərbaycan ombudsmanı 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar beynəlxalq qurumlara bəyanat ünvanlayıb

Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova 1990-cı il 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar bəyanatla çıxış edib.
Ombudsman Aparatından AZƏRTAC-a verilən məlumata görə, bəyanat BMT-nin baş katibinə, Təhlükəsizlik Şurasına, insan hüquqları üzrə ali komissarına, İslam Əməkdaşlıq Təşkilatına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar institutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə, diaspor təşkilatlarına göndərilib.
Bəyanatda deyilir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun qoşunları qəfildən Bakı və Sumqayıt şəhərlərinə, habelə ölkəmizin bir çox digər şəhər və rayonlarına yeridilib, hərbi gəmilərlə gətirilmiş desant qrupları, tanklar və digər ağır hərbi texnikadan istifadə etməklə dinc əhalini atəşə məruz qoyub, bununla da beynəlxalq hüquq normaları, keçmiş SSRİ-nin və Azərbaycan SSR-nin konstitusiyalarının müvafiq müddəaları kobudcasına pozulub, doğma yurdunun azadlığının və öz hüquqlarının müdafiəsinə qalxmış çoxmillətli xalqımıza qarşı, insanlıq əleyhinə qatı cinayət törədilib.
Bakıya daxil olan silahlı qoşunlar milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq, 147 nəfər silahsız mülki şəxsi, o cümlədən yaşlıları, qadınları və uşaqları amansızcasına öldürüb, paytaxtda, şəhərətrafı qəsəbələrdə və rayonlarda 744 dinc, günahsız insan yaralanıb, yüzlərlə adam itkin düşüb, 841 nəfər qanunsuz həbs edilib. Hətta yaralıları çıxaran təcili tibbi yardım maşınlarına və həkimlərə də atəş açılıb, nəticədə tibb işçiləri şəhid olub, yaralanıblar. Yanvarın 20-də fövqəladə vəziyyət elan edildikdən sonra daha 21 nəfər öldürülüb. Hücum zamanı qadağan edilmiş silah və sursatdan istifadə olunub, ölçüyəgəlməz dağıntılar törədilib. Hadisə ilə bağlı məlumatın əhalidən gizlədilməsi məqsədilə respublika televiziyasının enerji bloku partladılıb.
O dövrdə bu qanlı hadisələrlə bağlı Azərbaycan xalqı adından Ulu öndər Heydər Əliyev sərt bəyanat verərək 20 Yanvar faciəsində xalqımıza qarşı törədilmiş qırğına siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb edib.
Bu qanlı hadisələr xalqımızın iradəsini qıra bilməyib və azadlıq mübarizəsi 1991-ci ildə Azərbaycanın müstəqilliyinin bərpası ilə nəticələnib. Prezident Heydər Əliyevin tövsiyəsi ilə Azərbaycan Respublikasının Milli Məclisi xüsusi sessiya keçirib və bu qanlı hadisəyə siyasi-hüquqi qiymət verilib. 20 Yanvar tarixi respublikamızda hər il ümumxalq hüzn günü kimi qeyd olunur və şəhidlər ehtiramla yad edilir.
Faciə zamanı qətlə yetirilmiş, müxtəlif millətlərdən olan Azərbaycan Respublikası vətəndaşlarına ölkə Prezidentinin müvafiq Fərmanına əsasən “20 Yanvar Şəhidi” fəxri adı verilib, habelə “1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə dövlət qayğısının artırılması haqqında” Sərəncama əsasən, müxtəlif tədbirlər həyata keçirilir, bu şəxslərə dövlət tərəfindən müavinət, şəhid ailələrinə isə Prezident təqaüdü verilir.
Hər il olduğu kimi, bu il də həmin qanlı hadisələrin dünya ictimaiyyətinin diqqətinə çatdırılması məqsədilə müvafiq Sərəncamla “20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiq edilib və icra olunur.
Dinc əhalinin qırılmasına səbəb olan bu dəhşətli faciə nəticəsində BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt və digər beynəlxalq hüquqi sənədlər kobud şəkildə pozulsa da, öz mahiyyətinə və miqyasına görə XX əsrdə törədilmiş ən dəhşətli cinayətlərdən olan 20 Yanvar hadisələrinə indiyədək beynəlxalq hüquqi qiymət verilməyib, qanlı aksiyanın sifarişçiləri və icraçıları cəzalandırılmayıb.
Beynəlxalq hüquqa əsasən, 20 Yanvar faciəsi insanlıq əleyhinə cinayət kimi tövsif edilməlidir. Belə ki, Beynəlxalq Cinayət Məhkəməsinin Statutunun 7-ci maddəsinə əsasən, insanların məhv edilməsi, məcburi yoxa çıxarılması, siyasi, irqi, etnik, mədəni və ya cinsi motivlərə görə təqib edilməsi, işgəncə, qəsdən güclü iztirablara səbəb olma və ya ağır bədən xəsarətləri, yaxud fiziki və ya psixi sağlamlığa mühüm ziyan vurmaqdan ibarət olan digər qeyri-insani hərəkətlər insanlıq əleyhinə cinayət kimi tövsif edilir.
O dövrdə sovet dövlətinin rəhbərliyi beynəlxalq hüquq normalarını kobudcasına pozaraq, həmin cinayətlə Ermənistana dəstək verib, nəticədə Azərbaycana qarşı uzunmüddətli erməni təcavüzü, etnik təmizləmə, soyqırımı baş verib, respublikamızın torpaqlarının 20 faizi zəbt edilib, Ermənistan ərazisindən, ölkəmizin ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ və ətraf yeddi rayondan əhali zorla qovulub, bu hadisələr kütləvi şəkildə dinc əhalinin fundamental hüquqlarının pozulması ilə nəticələnib və indiyədək bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün həyatı yaşayır.
Azərbaycan tərəfi bu münaqişənin sülh yolu ilə həllinə mütəmadi olaraq səylər göstərir, təşəbbüslər irəli sürür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmasının, zəbt edilmiş Azərbaycan torpaqlarından işğalçı qüvvələrin çıxarılmasının zəruriliyini dəfələrlə və qətiyyətlə nüfuzlu beynəlxalq qurumların, o cümlədən BMT Baş Məclisinin tribunalarından bəyan edib.
Yuxarıda qeyd olunan faktlar göstərir ki, 28 il əvvəl törədilmiş 20 Yanvar hadisələri beynəlxalq hüquqa əsasən, beynəlxalq cinayətlərin ən ağır növlərindən olan insanlıq əleyhinə cinayət kimi tövsif edilməsi üçün kifayət qədər hüquqi sənədlər, eyni zamanda, bu qətliamın icrasına əmr verənlərin və törədənlərin, ən əvvəl isə o vaxtki sovet dövləti rəhbərliyinin cinayət məsuliyyətinə cəlb olunması üçün yetərincə əsaslar mövcuddur.
Beynəlxalq qurumlar və dünya ictimaiyyəti Azərbaycan xalqının haqlı tələblərini dəstəkləməklə bu qanlı aksiyaya insanlıq əleyhinə cinayət kimi tezliklə beynəlxalq hüquqi qiymət verilməli və cinayətkarlar layiqincə cəzalandırılmalıdır.

 
  • Oxunub:  36450  |  
  • Tarix:  13-01-2018  |  
  •    Çap et   |  
Azərbaycan, Türkiyə və Pakistanın parlament sədrlərinin ikinci üçtərəfli görüşü gələn il İslamabadda keçiriləcək

28 İyul 22:15
Ceyhun Bayramov ABŞ rəsmisi ilə Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edib
28 İyul 21:42
Rusiya Prezidenti Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Azərbaycan-Ermənistan sərhədində vəziyyəti müzakirə edib
28 İyul 21:38
Azərbaycan-Çin əməkdaşlığının genişləndirilməsi perspektivləri müzakirə olunub
28 İyul 19:35
UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin diplomatik fəaliyyət müddəti başa çatır
28 İyul 19:33
Hesablama Palatası Dünya Bankının hesabatında
28 İyul 18:10
Azərbaycanda koronavirus infeksiyasına 750 yeni yoluxma faktı qeydə alınıb
28 İyul 18:08
Anar Məmmədov: Ermənistanın revanşist qüvvələri müharibədən nəticə çıxarmalıdırlar
28 İyul 18:02
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Moldova nümayəndə heyəti ilə görüş olub
28 İyul 17:58
ABŞ-ın Stirlinq Fondunun baş icraçı direktoru Azərbaycandakı tolerant mühit barədə məlumatlandırılıb
28 İyul 17:27
“Ehtiyat zabit hazırlığı kursu”na qəbul başlayır
28 İyul 17:22
Beynəlxalq münasibətlərdə Azərbaycanın sözü imzası qədər qüvvətlidir
28 İyul 17:20
“YAŞAT” düşərgəsinin ikinci həftəsi davam edir
28 İyul 17:14
Dövlət Miqrasiya Xidmətində bu ilin birinci yarısının yekunlarına həsr olunmuş onlayn mətbuat konfransı keçirilib
28 İyul 16:46
Azərbaycana ən çox Rusiya, Gürcüstan və Türkiyə vətəndaşları gəliblər
28 İyul 16:43
Müdafiə naziri ABŞ-ın Oklahoma ştatının nümayəndə heyəti ilə görüşüb
28 İyul 16:33
Özünüməşğulluq proqramına yeni iqtisadi fəaliyyət sahələri əlavə olunub
28 İyul 16:23
Prezident Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisinə10 milyon manat ayırıb
28 İyul 16:07
Gəncədə “Şuşa Bəyannaməsi: milli-mənəvi dəyərlərimizə sadiqlik və gələcək əməkdaşlıq üçün yeni çağırışlar” mövzusunda konfrans keçirilib
28 İyul 16:02
Azərbaycan dövləti əhalinin sağlamlığının qorunmasını özünün əsas vəzifəsi hesab edir
28 İyul 15:29
3 saylı “ASAN Kommunal” mərkəzinin açılış mərasimi keçirilib
28 İyul 15:25
Tərtərdə 5 yaşayış məntəqəsinin yolu əsaslı şəkildə yenidən qurulur
28 İyul 15:18
Azərbaycan Prezidenti keçirdiyi son görüşlərdə regionda yaranmış yeni reallıqlar barədə mühüm açıqlamalar verib
28 İyul 15:03
Bu ilin altı ayında ölkəmizdə müvəqqəti yaşama icazəsi ilə bağlı müraciətlərin sayı artıb
28 İyul 14:53
YAP və AK Parti Gəncədə birgə mətbuat konfransı keçirib
28 İyul 14:52
Dövlət Miqrasiya Xidmətində 2021-ci ilin altı ayının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilir
28 İyul 14:43
Casusluqda ittiham olunan ermənilərin cinayət işi üzrə məhkəmə iclası keçirilib
28 İyul 14:26
DİM tərəfindən I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçirilib
28 İyul 14:03
Hikmət Babaoğlu: Azərbaycan, Türkiyə və Pakistan parlamentləri arasında imzalanan Bakı Bəyannaməsi mühüm tarixi addım kimi səciyyələndirilməlidir
28 İyul 13:48
Malik Həsənov: İmzalanan Bakı Bəyannaməsi, 2022-ci il üçün qəbul olunan qərar hədəflərin təqdimatıdır
28 İyul 13:47
Səbinə Xasayeva: Vahid turizm məkanının yaradılması turistlərin Azərbaycana cəlb edilməsində əhəmiyyətli rol oynayacaq
28 İyul 13:44
Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı proqnozlaşdırılır
28 İyul 13:02
Ombudsman sərhəddə baş verən gərginliklə bağlı bəyanat verib
28 İyul 13:00
Oktyabrda Bakıda “Rebuild Karabakh 2021” sərgisi keçiriləcək
28 İyul 12:36
Zəfər Düşərgəsinin iştirakçıları qazilərimizlə görüşüblər
28 İyul 12:32
ANAMA mütəmadi olaraq maarifləndirici təlimlər keçirir
28 İyul 12:11
Azərbaycanda pandemiya dövründə heç bir layihənin təxirə salınmaması insanların rifahının yaxşılaşdırılmasının dövlətimiz üçün prioritet olduğunu göstərir
28 İyul 12:07
Azərbaycanın xarici işlər naziri Pakistan Milli Assambleyasının sədri ilə görüşüb
28 İyul 12:07
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın ilk iclası keçirilib
28 İyul 11:49
Ceyhun Bayramov: Bakı Bəyannaməsi ölkələrimiz və xalqlarımız arasında əlaqələrin inkişafına böyük töhfə verəcək
28 İyul 11:48
Bakı Ali Neft Məktəbində xaricdə təhsillərini davam etdirəcək məzunlarla görüş
28 İyul 11:27
Azərbaycanın Əfqanıstana yeni səfiri təyin olunub
28 İyul 11:05
Azərbaycan neftinin bir bareli 74,38 dollara satılır
28 İyul 11:01
İyulun 28-i Ümumdünya Hepatitlə Mübarizə Günüdür
28 İyul 10:49
XİN: Dövlət sərhədində vəziyyəti gərginləşdirməyin məsuliyyəti tam olaraq Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir
28 İyul 10:44
Ermənistan tərəfi atəşkəs rejiminin tələblərinə əməl etmir - MN
28 İyul 10:24
Avropa İttifaqı Azərbaycan üçün yaxın tərəfdaşdır
28 İyul 10:18
Mustafa Şəntop: Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə əlaqələri üçün çox əhəmiyyətlidir
28 İyul 10:14
Mustafa Şəntop: Ermənistan törətdiyi təxribatların nəticələrini nəzərə almalıdır
28 İyul 10:07
TBMM-in sədri: Azərbaycan-Türkiyə-Pakistan dostluğu böyük gələcək vəd edir
28 İyul 10:00
Mustafa Şəntop: Əminəm ki, aramızdakı dostluq və qardaşlıq daha da möhkəmlənəcək
28 İyul 09:23
Aztəminatlı gənclər üçün arıçılıq təsərrüfatı yaradılıb
28 İyul 08:58
Qənimət Zahid-Əli Kərimli cütlüyü yenə də erməni təxribatına dəstək verir
28 İyul 08:56
Ermənistanda parlamentə rəhbərlik məsələsində iqtidar və müxalifət arasında qarşıdurma yaranıb
28 İyul 08:54
Paytaxtda abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib
28 İyul 08:52
Analar övladlarını ən azı 6 aya qədər ana südü ilə qidalandırmalıdırlar
28 İyul 08:48
İnsan hüquq və azadlıqlarının qorunması Azərbaycanda həyata keçirilən dövlət siyasətinin əsas prioritetlərindəndir
27 İyul 21:57
Numan Kurtulmuş: Gəncədəki dağıntılar insanlıq əleyhinə cinayətlərin qurbanlarının xatirəsinə bir abidədir
27 İyul 21:24
Ombudsman AŞPA nümayəndələrini Ermənistanın cinayətləri barədə məlumatlandırıb
27 İyul 21:19
Dövlət Komitəsində AŞPA nümayəndə heyəti ilə görüş keçirilib
27 İyul 20:53
Türkiyənin Ədalət və İnkişaf Partiyasının nümayəndə heyəti Gəncədə Ermənistanın müharibə cinayətlərinin izləri ilə tanış olub
27 İyul 20:44
Azərbaycan, Türkiyə və Pakistanın parlament sədrlərinin ikinci üçtərəfli görüşü gələn il İslamabadda keçiriləcək
27 İyul 20:41
“İrəli” İctimai Birliyi “Marş irəli” layihəsinə start verib
27 İyul 20:06
Bakı Şəhər İcra Hakimiyyətində Vətən müharibəsi iştirakçıları və qazilərlə görüş keçirilib
27 İyul 20:00
Deputat: Qələbə və inkişafa yönəlmiş düzgün siyasət bizi vahid məqsədə çatdırdı
27 İyul 19:59
İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-ın Oklahoma Ştatının qubernatoru ilə görüşüb
27 İyul 19:49
Azərbaycanın xarici işlər naziri ABŞ-ın Oklahoma ştatının qubernatoru ilə görüşüb
27 İyul 18:57
Sahil Babayev: Azərbaycan-Serbiya əməkdaşlığı genişlənərək iqtisadiyyatın bir sıra sahələrini əhatə edəcək
27 İyul 18:40
Müdafiə Nazirliyi: Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətindəki mövqeləri atəşə tutulub
27 İyul 18:06
Azərbaycan-Serbiya biznes forumu keçirilib
27 İyul 17:38
Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi qaydası təsdiqlənib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA