/ / 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması tarixi keçmişimizə verilən dəyərdir
2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması tarixi keçmişimizə verilən dəyərdir
13.01.2018 [01:13]
Ekspertlər ölkə Prezidentinin bununla bağlı Sərəncamının dövlətçilik tariximizin təbliğində mühüm rola malik olacağı fikrindədirlər
Azərbaycan Xalq Cümhuriyyəti (AXC) ölkəmizin dövlətçilik tarixinin mühüm bir səhifəsini təşkil edir. Cəmi 23 ay yaşayan AXC həmin dövrdə müsəlman Şərqinin ilk demokratik respublikası olaraq insan hüquq və azadlıqlarının qorunması, eləcə də digər istiqamətlərdə mühüm qərarlar qəbul etmişdi.
Vurğulamaq lazımdır ki, AXC-nin süqutundan 71 il sonra yenidən müstəqillik əldə edən Azərbaycan xalqı 1993-cü ilin iyununda Ümummilli liderimiz Heydər Əliyevi Azərbaycan siyasi hakimiyyətinə dəvət etməklə tarixin təkrarlanmasına imkan vermədi. Beləliklə, Azərbaycan dövlətçiliyini, milli maraqlarımızı hər şeydən üstün tutan böyük siyasi xadim, xalqımızın Ümummilli lideri Heydər Əliyev sayəsində ölkəmiz öz müstəqilliyini qoruyub saxlamağa və möhkəmləndirməyə nail oldu. Hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin müstəqillik tarixində mühüm yerə malik olduğunu bildirən Ulu öndərimiz Heydər Əliyev AXC-nin 85 illiyi münasibətilə xalqa müraciətində müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi kimi xarakterizə edirdi.
AXC-yə münasibətdə göstərilən dərin ehtiram və diqqət Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. 2007-ci ildə Bakıda “İstiqlaliyyət Bəyannaməsi” abidəsinin açılışı oldu. Açılış mərasimində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev 1918-ci il mayın 28-də Tiflisdə elan edilən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını dünya miqyasında tarixi hadisə adlandırdı. 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncam imzalaması isə bir daha AXC-yə yüksək ehtiramın göstəricisidir. Vurğulayaq ki, Sərəncamda 1918-ci il mayın 28-də qurulan və müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyduğu, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırladığı önə çəkilib. Sərəncamda həmçinin AXC-nin yaranmasının 100-cü ildönümünün dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılıb.
2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunmasına münasibət bildirən millət vəkili Elman Məmmədov bu qərarı tariximizə verilən yüksək dəyər kimi qiymətləndirib. Millət vəkili bildirib ki, Prezident İlham Əliyev hər zaman tariximizə, keçmişimizə xüsusi diqqətlə yanaşır və bu addım bir daha təsdiqləyir ki, ölkəmizin gələcək demokratik inkişafının təməlində məhz zəngin milli dövlətçilik ənənələrimiz dayanır. Millət vəkili onu da deyib ki, məhz Prezident İlham Əliyevin Sərəncamı ilə paytaxtımızda Xalq Cümhuriyyəti ilə bağlı abidə qoyulub və hər il mayın 28-də Azərbaycan xalqı bu abidəni ziyarət edir: “Prezidentimizin 2018-ci ilin “Xalq Cümhuriyyəti İli” elan olunması ilə bağlı imzaladığı Sərəncamda da göstərilir ki, müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti cəmi iki ilə yaxın yaşasa da, zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tariximizdə silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb. Ulu öndərimiz Heydər Əliyev müasir Azərbaycan Respublikasının məhz Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bildirirdi. Fikrimcə, imzalanan bu Sərəncam ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi dövlətçilik tariximizdə mühüm mərhələ olan ilk demokratik respublikanın əhəmiyyətini bir daha ortaya qoyur, xalqımızın öz tarixi keçmişinə yanaşmasını özündə əks etdirir. Bu qərar zəngin dövlətçilik tariximizin təbliğində də misilsiz rola malik olacaq”.
Millət vəkili Tahir Rzayev də 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsini yüksək qiymətləndirib. Millət vəkili bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti hələ ötən əsrin əvvəllərində Azərbaycan xalqının demokratik, insan hüquq və azadlıqlarına hörmətlə yanaşan bir xalq olduğunu ortaya qoya bilmişdi: “Azərbaycanda qadınlar bir sıra Avropa ölkələrindən daha əvvəl seçki hüququ əldə ediblər. Bizim fəxr edə biləcəyimiz bir keçmişimiz və dövlətçilik ənənəmiz var. Ulu öndərimiz Heydər Əliyev müasir dövlətimizin məhz Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bildirirdi. Biz bu gün bir daha öz keçmişimizə sahib çıxdığımızı ortaya qoyuruq. Prezident İlham Əliyevin məlum Sərəncamı Azərbaycanın demokratik inkişafının dünyaya daha geniş təbliğ olunmasına yaxından kömək göstərəcək. İnanıram ki, bu il ərzində mühüm tədqiqatların, elmi işlərin şahidi olacağıq və xaricdə keçiriləcək tədbirlərdə Azərbaycan həqiqətləri, Dağlıq Qarabağla bağlı məsələlər yenidən aktuallıq kəsb edəcək”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25
Dünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23
Dünya
11 Sentyabr 16:19
Siyasət
11 Sentyabr 16:16
Elm
11 Sentyabr 16:04
Dünya
11 Sentyabr 16:03
YAP xəbərləri
11 Sentyabr 15:59
YAP xəbərləri
11 Sentyabr 15:53
Sosial
11 Sentyabr 15:49
Dünya
11 Sentyabr 15:32
YAP xəbərləri
11 Sentyabr 15:01
Dünya
11 Sentyabr 14:19

