/ / Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı aparılan qarayaxma kampaniyası heç bir nəticə verməyəcək
Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı aparılan qarayaxma kampaniyası heç bir nəticə verməyəcək
09.06.2015 [09:44]
İyunun 6-da “Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək” Vətəndaş Cəmiyyəti Koalisiyası “İnsan hüquqlarına yanaşmada beynəlxalq təşkilatların ikili standartları” mövzusunda “dəyirmi masa” keçirib.
AZƏRTAC xəbər verir ki, “dəyirmi masa”da koalisiya anti-Azərbaycan kampaniyası ilə bağlı bəyanat qəbul edib.
Tədbiri açan koalisiyanın əlaqələndiricisi, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi İctimai Birliyinin sədri Rufiz Qonaqov bildirib ki, birinci Avropa Oyunları yaxınlaşdıqca Azərbaycana dost mövqeyində olmayan bəzi dairələrin narahatlığı artır. Son aylar ölkəmizə qarşı başlanmış qarayaxma kampaniyası daha da güclənməkdədir. Bir mərkəzdən idarə olunan bu qüvvələr Azərbaycanın regionda sülhün və təhlükəsizliyin möhkəmlənməsinə, bərabərhüquqlu tərəfdaşlığın genişlənməsinə yönəlmiş müstəqil siyasətini qəbul etmək istəmirlər. Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Muzinieksin, BMT-nin məruzəçisi Mişel Forstun və ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviçin iyunun 3-də “OpenDemocracy” internet portalında yayılmış birgə məqaləsi də anti-Azərbaycan şəbəkəsinin növbəti təxribatı olub və həmin məqsədə xidmət edir.
“Bakı xəbər” qəzetinin baş redaktoru, koalisiyanın əlaqələndiricisi Aydın Quliyev çıxış edərək bildirib ki, Azərbaycan Avropa Oyunlarına yüksək səviyyəli hazırlıq işləri aparanda ölkəmizə qarşı təzyiqlərin, qarayaxma kampaniyasının artacağını proqnozlaşdıranlar səhvə yol verməyiblər. “OpenDemocracy” internet portalında yayılmış məqalə də qarayaxma kampaniyasının tərkib hissəsidir. Bu, sübut edir ki, Azərbaycanın birinci Avropa Oyunlarına yüksək səviyyədə hazırlaşdığını görən bəzi dairələr ikili standartlardan çıxış edən fəaliyyətlərini artırıblar.
“İnsan Hüquqları və Maarifçilik” İctimai Birliyinin sədri Rəfail Becanov çıxış edərək bildirib ki, dəfələrlə beynəlxalq təşkilatların ikili standartlarla yanaşmasının şahidi olmuşuq. Azərbaycana qarşı qərəz hər kəsin gözü qabağındadır. O, Avropada baş verən korrupsiya faktlarına da nəzər salıb. Qeyd edilib ki, Avropa İttifaqı ölkələrində illik korrupsiya 323 milyard dollar təşkil edir və bu, hesabatlarda da öz əksini tapıb.
Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni deyib ki, illərdir beynəlxalq təşkilatlar Azərbaycana qarşı qarayaxma kampaniyası aparır. Birinci Avropa Oyunları ərəfəsində ölkəmizə qarşı ikili standartlarla yanaşma daha da artıb. Azərbaycanın müstəqil siyasət aparması, dünyada nüfuz sahibi olması, öz yolundan dönməyəcəyini bəyan etməsi bu təşkilatların ölkəmizə qarşı hücumlarını daha da artırır. Bu qüvvələrin səyləri hər dəfə boşa çıxır. Azərbaycan heç vaxt müstəqil siyasətindən geri çəkilməyəcək.
“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev qeyd edib ki, birinci Avropa Oyunları yaxınlaşdıqca belə halların artacağı istisna deyildi. Çünki Azərbaycana qarşı təşkilatlanmış müəyyən qüvvələr fəaliyyət göstərir və onlar bütün səylərinin boşa çıxdığını gördükcə daha da azğınlaşırlar.
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib ki, Azərbaycanın dünya birliyində nüfuzunun artması dostlarımız qədər düşmənlərimizin də ortaya çıxmasına səbəb olur. Bu, kimin kim olduğunu, kimin hansı məqsədə qulluq etdiyini ortaya qoyur. Bir sıra dövlətlər və beynəlxalq təşkilatlar Dağlıq Qarabağ məsələsində Azərbaycana qarşı obyektiv münasibət bəsləməkdə acizdir və bunu bilərəkdən edir. Təbii ki, bütün bu cəhdlər əbəsdir. Azərbaycan müstəqil siyasət yürüdür və inkişaf edir. Hər bir Azərbaycan vətəndaşı ölkəmizə qarşı aparılan bu qarayaxma kampaniyası ilə bağlı öz qətiyyətli mövqeyini ortaya qoymalıdır. Avropa ölkələrinin bir çoxunda olmayan demokratiya Azərbaycanda var. Həmin ölkələr öz daxillərindəki problemləri görmür, ancaq başqa ölkələrə təzyiq göstərmək üçün insan hüquqlarından istifadə edir. Bunlar qətiyyələ pislənməlidir. Azərbaycana qarşı ikili standartlara son qoyulması üçün sistemli şəkildə aidiyyəti təşkilatlara etirazlarımızı bildirməliyik.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru Elman Nəsirov bildirib ki, ilkin mərhələdə təzyiqlər Azərbaycanın qısa müddətdə birinci Avropa Oyunlarının təşkilinə hazırlaşa bilməyəcəyi istiqamətində idi. Ancaq görəndə ki, Azərbaycan Avropa Oyunlarını keçirməyə tam hazırdır təzyiq istiqaməti dəyişdirildi. Yayılan məqalədə də Azərbaycanın siyasəti hədəf seçilib. Biz “Eurovision” müsabiqəsi Bakıda keçiriləndə də belə təzyiqlərin şahidi olmuşduq. Əlbəttə, təzyiqlərin kökündə bir çox amillər dayanır. Əsas amil isə Azərbaycanın müstəqil siyasət yürütməsidir.
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu bildirib ki, Azərbaycanın siyasəti real nəticə verən siyasətdir. Azərbaycanın müstəqilliyi onun davamlı inkişafını ortaya qoyur. Bu gün Azərbaycana qarşı qarayaxma kampaniyasını ölkəmizi gözü götürməyən qüvvələr həyata keçirir. Əminik ki, bu çirkin kampaniya əvvəllər olduğu kimi, bu dəfə də heç bir nəticə verməyəcək.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu “OpenDemocracy” portalında birgə məqalənin yayılmasını Azərbaycanın artan gücünə qarşı təzyiqlərin birləşdirilməsi faktı kimi qiymətləndirib. O, Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının pislənməsinin zəruriliyini vurğulayıb.
“İctimai Problemlərin Tədqiqi Assosiasiyası” İctimai Birliyinin sədri Məhərrəm Zülfüqarlı, “Olaylar” İnformasiya Agentliyinin baş direktoru Yunus Oğuz, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İctimai Birliyinin sədri Sahib Məmmədov, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, Dünya Gənc Türk Yazarlar Birliyinin məsləhət şurasının sədri Əkbər Qoşalı, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli və başqaları çıxış edərək ölkəmizə qarşı aparılan bu cür əsassız kampaniyanın heç bir nəticə verməyəcəyini diqqətə çatdırıblar. Onlar bu qara piar kampaniyasının gündən-günə çiçəklənən Azərbaycanın apardığı müstəqil siyasətin bəzi dairələr tərəfindən qəbul edilməməsi ilə bağlı olduğunu söyləyiblər. Bu cür kampaniyaya qarşı ciddi fəaliyyət göstərilməsinin vacibliyi qeyd edilib. Vurğulanıb ki, heç bir təzyiq, qarayaxma kampaniyası Oyunların yüksək səviyyədə keçirilməsinə mane ola bilməyəcək.
Tədbirdə mövzu ətrafında müzakirələr aparılıb, təkliflər səsləndirilib.
Sonda “Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək” Vətəndaş Cəmiyyəti Koalisiyasının bəyanatı qəbul edilib.
Bəyanatda deyilir ki, Nils Muzinieksin, Mişel Forstun və Dunya Miyatoviçin “OpenDemocracy” internet portalında yayılmış birgə məqaləsi anti-Azərbaycan şəbəkəsinin növbəti təxribatıdır. Görünür, Avropa Oyunlarının əhəmiyyətini azaltmaq, Azərbaycan hökumətini və yarışların Təşkilat Komitəsini ruhdan salmaq, tədbiri boykot etmək kimi çirkin niyyətlərinə nail ola bilməyən anti-Azərbaycan şəbəkəsi bu dəfə özünün “ağır artilleriyası”nı işə salmaq həvəsinə düşərək həmin “üçlüyü” irəli verib. Bu “üçlük” guya orijinallıq göstərərək yeni üsul düşünüb, Avropa idmançılarını siyasi təzyiq alətinə çevirərək konkret cinayət əməllərinə görə mühakimə olunmuş bir neçə nəfəri dəstəkləmək üçün “ayağa qalxmağa” çağırıb.
“Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək” Vətəndaş Cəmiyyəti Koalisiyası hesab edir ki, Ermənistanın təcavüzü nəticəsində hüquqları pozulmuş bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün taleyi, Dağlıq Qarabağdakı quldur rejim tərəfindən girov götürülərək işgəncələrə məruz qalan və qanunsuz mühakimə edilən vətəndaşlarımızın hüquqları barədə indiyə qədər bir kəlmə də danışmayan beynəlxalq hüquq müdafiəçilərinin bu cür məsuliyyətsiz bəyanatlar səsləndirməyə və çağırışlar etməyə heç bir mənəvi haqqı yoxdur. Yaxşı olardı ki, onlar adından fəaliyyət göstərdikləri BMT, ATƏT və Avropa Şurası kimi təşkilatların fəaliyyətinin güclənməsi və məqsədlərinin həyata keçirilməsi sahəsində Azərbaycanın oynadığı sanballı rolu nəzərə alaraq şərin və böhtanın deyil, haqqın və ədalətin yanında yer alsınlar.
“Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək” Vətəndaş Cəmiyyəti Koalisiyası bir daha bəyan edir ki, Azərbaycan demokratiya və insan hüquqları sahəsində üzərinə götürdüyü bütün beynəlxalq öhdəlikləri layiqincə yerinə yetirir. Ölkəmiz vətəndaş cəmiyyətinin inkişafı, söz və mətbuat azadlığının səviyyəsinə görə keçmiş sovet respublikaları arasında qabaqcıl mövqedə durur və bir çox dövlətlərə nümunədir.
Bəyanat 77 QHT və KİV tərəfindən imzalanıb.
Xəbər lenti
Hamısına baxSosial
01 Noyabr 10:16
Analitik
01 Noyabr 09:52
Analitik
01 Noyabr 09:35
Sosial
01 Noyabr 09:13
MEDİA
01 Noyabr 08:59
Ədəbiyyat
01 Noyabr 08:24
Dünya
31 Oktyabr 23:46
Siyasət
31 Oktyabr 23:41
Daxili siyasət
31 Oktyabr 23:32
YAP xəbərləri
31 Oktyabr 23:27
Siyasət
31 Oktyabr 23:22
Dünya
31 Oktyabr 23:18
Dünya
31 Oktyabr 22:51
Dünya
31 Oktyabr 22:45
Dünya
31 Oktyabr 22:17
Dünya
31 Oktyabr 21:59
Dünya
31 Oktyabr 21:26
YAP xəbərləri
31 Oktyabr 21:05
Dünya
31 Oktyabr 20:58
Hadisə
31 Oktyabr 20:35
Sosial
31 Oktyabr 20:19
İqtisadiyyat
31 Oktyabr 19:46
Dünya
31 Oktyabr 19:31
Sosial
31 Oktyabr 19:11
Siyasət
31 Oktyabr 18:33
YAP xəbərləri
31 Oktyabr 18:14
YAP xəbərləri
31 Oktyabr 18:02
YAP xəbərləri
31 Oktyabr 17:53
YAP xəbərləri
31 Oktyabr 17:50
İqtisadiyyat
31 Oktyabr 17:25
Hadisə
31 Oktyabr 17:09
Dünya
31 Oktyabr 16:41
Siyasət
31 Oktyabr 16:19
Sosial
31 Oktyabr 16:18
Hadisə
31 Oktyabr 16:13
Dünya
31 Oktyabr 15:32
Dünya
31 Oktyabr 15:06
Hadisə
31 Oktyabr 14:53
Sosial
31 Oktyabr 14:52
Dünya
31 Oktyabr 14:20
Dünya
31 Oktyabr 13:53
Dünya
31 Oktyabr 13:30
Dünya
31 Oktyabr 13:19
Dünya
31 Oktyabr 12:46
YAP xəbərləri
31 Oktyabr 12:33
Siyasət
31 Oktyabr 12:25
Elanlar
31 Oktyabr 12:07
Sosial
31 Oktyabr 11:52
Elm
31 Oktyabr 11:50
Hadisə
31 Oktyabr 11:37
Siyasət
31 Oktyabr 11:20
Siyasət
31 Oktyabr 11:08
Hadisə
31 Oktyabr 11:07
İqtisadiyyat
31 Oktyabr 10:53
İqtisadiyyat
31 Oktyabr 10:52
İqtisadiyyat
31 Oktyabr 10:49
MEDİA
31 Oktyabr 10:30
Analitik
31 Oktyabr 10:16
Analitik
31 Oktyabr 09:52
Siyasət
31 Oktyabr 09:48
Ədəbiyyat
31 Oktyabr 09:34
Analitik
31 Oktyabr 09:15
Sosial
31 Oktyabr 08:57
Sosial
31 Oktyabr 08:31
Hadisə
31 Oktyabr 08:12
Mədəniyyət
31 Oktyabr 08:11
Mədəniyyət
31 Oktyabr 08:10
İdman
31 Oktyabr 08:08
Sosial
31 Oktyabr 08:01
Gündəm
31 Oktyabr 07:42
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |

