Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti ölkəmizə böyük miqdarda zərər vurub
04.02.2015 [10:13]
Fevralın 3-də Atatürk Mərkəzində Azərbaycan Sosial Rifah Partiyası, Mətbuat Şurası və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Müasir Azərbaycanın nadir inkişaf modeli və tarixi erməni təcavüzünün beynəlxalq qiymətləndirilməsi reallıqları” mövzusunda konfrans keçirilib.
AzərTAc xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabanda Ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üstünə tər çiçəklər düzülüb. Sonra iştirakçılar Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anaraq, məzarları üzərinə güllər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Konfransda çıxış edən Azərbaycan Sosial Rifah Partiyasının sədri, Milli Məclisin deputatı, erməni təcavüzü nəticəsində Azərbaycanın məruz qaldığı itki və tələfatların hesablanması üzrə İşçi Qrupun rəhbəri Xanhüseyn Kazımlı Ermənistanın yürütdüyü işğalçılıq siyasəti ilə ölkəmizə vurduğu ziyanın qiymətləndirilərək beynəlxalq təşkilatlar qarşısında təqdimatların keçirilməsinin zəruriliyini qeyd edib. Bildirib ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti ölkəmizə böyük miqdarda zərər vurmaqla yanaşı, Cənubi Qafqaz regionunda sülhün pozulmasına gətirib çıxarıb. İşğal nəticəsində çoxçeşidli təbii sərvətlərimiz, fauna və floramız ermənilər tərəfindən talan edilib. Bu kimi təcavüz hallarının cəzasız qalması və ikili standartlar hazırda dünyanın əziyyət çəkdiyi terrorizmin artmasına rəvac verib.
Sonra Azərbaycan xalqının genetik fonduna qarşı Ermənistan tərəfindən törədilmiş terror hadisələrindən bəhs edən qısametrajlı film göstərilib.
İşçi Qrupun üzvü Nüsrət İbrahimov deyib ki, Dağlıq Qarabağ regionunun və ətraf 7 rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi ilə ölkəmizin tarixi və mədəniyyət abidələrinə dəyən zərər 177 milyard dollar təşkil edir. Əhalinin mülkiyyətinə isə 55,4 milyard dollar məbləğində ziyan vurulub. Bildirilib ki, Azərbaycanın yerüstü və yeraltı təbii sərvətlərinin ermənilər tərəfindən talan edilməsi nəticəsində dəymiş birbaşa və dolayı zərərin 190 milyard dollardan artıq olacağı şübhə doğurmur.
Müdafiə Nazirliyinin hərbi ekologiya şöbəsinin rəisi Adil Məmmədov ermənilərin Azərbaycana qarşı törətdikləri ekoloji terrordan danışıb. O, hər hansı ölkə, yaxud şəxslər tərəfindən bilərəkdən digər ölkənin təbiətinə, flora və faunasına zərər yetirməklə, təbii sərvətlərini məhv etməklə vurulan ziyanın ekoloji terror hesab edildiyini söyləyib. Diqqətə çatdırılıb ki, Azərbaycanın ermənilər tərəfindən işğal edilmiş ərazilərində döyüş mövqelərində hərbi hissələrin və hərbi texnikanın yerləşdirilməsi məqsədilə yollar çəkilən zaman ağaclar qırılır, yandırılır və torpaq qatları qazılaraq məhv edilir. Ümumilikdə Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan ordusunun əsgərləri tərəfindən qəsdən törədilmiş yanğınlar nəticəsində 96 min hektar otlaq, biçənək və yaşıllıqlar, həmçinin meşə sahələri yanaraq məhv olub, torpağın üst münbit qatı yararsız hala düşüb və yanğınlar zamanı ətraf mühitə milyonlarla manat məbləğində ziyan dəyib.
Mətbuat Şurasının sədri Əflatun Amaşov itki və tələfatların beynəlxalq standartlara uyğun olaraq qiymətləndirilməsinin vacib olduğunu söyləyib.
“Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin sədri Bayram Səfərov deyib ki, Ermənistan daim Azərbaycana maddi və mənəvi ziyanlar vurub. Zaman keçdikcə maddi ziyanları aradan qaldırmaq mümkündür, lakin mənəvi ziyanları heç cür unutmaq olmur.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Elman Paşayev bildirib ki, bu gün Azərbaycanın sosial-iqtisadi və digər sahələrdə inkişafında xüsusi bir sistem, təcrübə var ki, bu da inkişafın Azərbaycan modeli adlandırılır. Hazırda Azərbaycanda 13 min 700 şəhid ailəsi, 11 mindən çox Qarabağ müharibəsi əlili var. Ailələri ilə birgə götürdükdə təkcə müharibədə birbaşa ziyan görənlərin sayı 30 mindən çoxdur. Yetmiş minə yaxın isə müharibədə psixoloji və digər zərbələr alan veteranımız var. Bunlar böyük itkilərdir.
Tədbirdə mövzu ətrafında məruzələr dinlənilib və bir sıra təkliflər səsləndirilib.
Konfransın sonunda Prezident İlham Əliyevə təşəkkür xarakterli müraciət qəbul olunub.
Xəbər lenti
Hamısına baxDünya
23 Avqust 23:56
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57

