/ / Tolerantlıq nümunəsi olan Azərbaycan müxtəlif xalqlar və dinlərə mənsub insanların əmin-amanlıq şəraitində yaşadığı ölkədir
Tolerantlıq nümunəsi olan Azərbaycan müxtəlif xalqlar və dinlərə mənsub insanların əmin-amanlıq şəraitində yaşadığı ölkədir
19.09.2014 [09:52]
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Alban-Udi Xristian dini icmasının sədri Robert Mobiliyə “Şöhrət” ordeninin təqdim edilməsi mərasimi keçirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 avqust tarixli Sərəncamı ilə Alban-Udi Xristian dini icmasının sədri Robert Baqratoviç Mobili Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib. Dünən isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) ölkədə fəaliyyət göstərən dini konfessiyaların rəhbərlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Robert Mobiliyə “Şöhrət” ordeninin təqdim edilməsi mərasimi keçirilib.
“Şöhrət” ordenini Robert Mobiliyə DQİDK sədri Mübariz Qurbanlı təqdim edib. Tədbirdə çıxış edən Mübariz Qurbanlı bildirib ki, Azərbaycan tarixən müxtəlif xalqlar və dinlərə mənsub insanların qarşılıqlı hörmət və tolerant şəkildə birgə yaşadığı məkan olub: “Bu gün Azərbaycan sürətlə inkişaf edir. Bu inkişafa paralel olaraq, eyni zamanda, ölkəmizdə bütün sahələrdə, o cümlədən, dini tolerantlıq mövcuddur. Azərbaycan dünyada tolerantlıq nümunəsi kimi qəbul edilir”.
Dövlət Komitəsinin sədri qeyd edib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Robert Mobilinin “Şöhrət” ordeni ilə təltif edilməsi bir daha sübut edir ki, ölkəmizdə dinindən, milliyyətindən asılı olmayaraq bütün insanlar üçün bərabər şərait mövcuddur. “Robert Mobilinin ictimai fəaliyyəti Azərbaycan ictimaiyyəti tərəfindən təqdir edilir. Bununla yanaşı, işğalçı Ermənistanın xristian-alban abidələri ilə bağlı iddialarının ifşa olunması istiqamətində Robert Mobilinin rəhbərlik etdiyi icmanın töhfələrini xüsusi qeyd etmək istəyirəm. Eyni zamanda, Alban-Udi Xristian dini icmasının fəaliyyəti Azərbaycanda dini tolerantlığın qorunması baxımından da xüsusi əhəmiyyət kəsb edir”, - deyə Komitə sədri əlavə edib.
Mübariz Qurbanlı diqqətə çatdırıb ki, Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra Alban-Udi Xristian dini icmasının ilk addımı 2003-cü ildə dövlət qeydiyyatından keçməsi olub: “Bundan sonra kilsələrin bərpasında və dini ibadətlərin keçirilməsi istiqamətində dövlət tərəfindən işlər görülməyə başlanılıb. Bu çərçivədə 2003-cü ildə Qafqazın ən qədim kilsələrindən biri olan Şəki rayonundakı Kiş məbədi bərpa olunub, 2006-cı ildə isə Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən 3 xristian mədəbindən biri - Müqəddəs Yelisey adına Cotari Kilsəsi bərpa edilərək icmanın istifadəsinə verilib”.
Dövlət Komitəsinin sədri bildirib ki, hazırda udilərin kompakt şəraitdə yaşadığı Nic qəsəbəsində abadlıq və quruculuq işləri aparılır. Son 10 il ərzində Prezident İlham Əliyevin bu qəsəbəyə 2 dəfə səfər etməsi isə dövlət tərəfindən icmaya göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Çıxış edən Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili belə bir tədbirin təşkil olunmasına görə təşəkkürünü çatdırıb. O, Prezident İlham Əliyevin Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunmağından qürur hissi keçirdiyini diqqətə çatdırıb və ölkə Prezidenti İlham Əliyevə xüsusi minnətdarlığını bildirib: “Bu gün Alban-Udi Xristian dini icması Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideologiyası əsasında fəaliyyət göstərir. Udilər bu fəlsəfə ilə milli həmrəylik əsasında yaşayırlar”.
Robert Mobili bildirib ki, 170 il bundan əvvəl Rusiya çarı tərəfindən Alban Kilsəsi Erməni-Qriqorian Kilsəsinin birbaşa tabeçiliyinə verilib. Lakin udilər öz dili, mədəniyyəti və Alban Kilsəsinə etiqadını saxlamaq üçün bu tabeçilikdən imtina edərək kilsəyə getməyərək ibadətlərini evlərində ediblər: “Sovet dövründə isə dini ibadət prosesi müxtəlif təzyiqlər altında səngiyib və kilsələr başqa məqsədlər üçün istifadə olunub. Nəhayət, Azərbaycan müstəqillik qazandıqdan sonra udilər bu istiqamətdə əsaslı dirçəlişə nail olublar və bu gün onların ibadəti, fəaliyyəti üçün əlverişli şərait mövcuddur. Udilər Azərbaycanda sülh və əmin-amanlıq şəraitində, təhlükəsizlik mühitində firavan şəkildə yaşayırlar. Mövcud faktlar göstərir ki, tolerantlıq nümunəsi olan Azərbaycan bütün xalqlar və dinlərin nümayəndələrinin əmin-amanlıq şəraitində yaşadığı bir ölkədir”.
Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Salman Musayev və dini konfessiya rəhbərləri çıxış edərək Robert Mobilini təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıblar. Çıxışçılar Azərbaycanda dini azadlıqların təmin olunduğunu, din-dövlət münasibətlərinin qanunlar əsasında tənzimləndiyini vurğulayıblar. Diqqətə çatdırılıb ki, ölkədə icmaların fəaliyyətinə qanunlar əsasında sərbəst şərait yaradılıb.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18

