/ / “Fərqlilikləri birləşdirən dəyər - Azərbaycan: müasir çağırışlar və tolerantlıq” mövzusunda seminar-treninqlərin ilk mərhələsinə yekun vurulub
“Fərqlilikləri birləşdirən dəyər - Azərbaycan: müasir çağırışlar və tolerantlıq” mövzusunda seminar-treninqlərin ilk mərhələsinə yekun vurulub
06.09.2014 [09:44]
Milli Tolerantlıq Mərkəzinin (MTM) Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə ölkə üzrə keçirdiyi silsilə seminar-treninqlərin ilk mərhələsinə yekun vurulub.
AzərTAc xəbər verir ki, bu münasibətlə sentyabrın 5-də Bakıda keçirilən tədbirdə DQİDK-nın, Milli Tolerantlıq Mərkəzinin, dini icmaların rəhbərləri və fəalları, habelə ilahiyyatçılar və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin müəllimi, fəlsəfə elmləri doktoru Aqil Şirinov Azərbaycanda dövlət - din münasibətləri, xüsusilə dini azadlıqların təminatı sahəsində olduqca münbit şəraitin yaradıldığını bildirib, dini icmaların sərbəst fəaliyyəti kimi məsələlərə xüsusi diqqət və qayğı göstərildiyini vurğulayıb.
MTM-nin direktoru Elmin Əliyev bildirib ki, “Fərqlilikləri birləşdirən dəyər - Azərbaycan: müasir çağırışlar və tolerantlıq” mövzusunda seminar-treninqlər Azərbaycanın tolerantlıq və dözümlülük ənənələrinin təbliği, dini dözümsüzlük və radikallığa qarşı maarifləndirmə işlərinin aparılması məqsədilə keçirilib. Dini radikalizmlə mübarizədə inzibati tədbirlər ən sonuncu mərhələ sayılmalı, ilk növbədə, problemin ideoloji müstəvidə çözülməsinə üstünlük verilməlidir. Ölkəmizdəki mövcud tolerantlığı qorumaq üçün bu sahədə dini ictimaiyyətin, xüsusilə də dini icmaların daha çox fəallıq göstərmələri vacibdir.
DQİDK sədrinin müavini Gündüz İsmayılov diqqətə çatdırıb ki, Azərbaycan bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının nadir nümunəsidir. Azərbaycanda tarixən heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma baş verməyib, qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi, milli-mədəni və dini münasibətlər mövcud olub. Prezident İlham Əliyev mütəmadi olaraq dini icmaların liderləri ilə görüşür, onların ehtiyac və problemləri ilə maraqlanır. Dövlətin bu sahədə yürütdüyü siyasət nəticəsində Azərbaycan cəmiyyətində dinlərarası münasibətdə dözümlülük özünü ən yüksək səviyyədə göstərir. Azərbaycan müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə mehriban yaşadığı bir ölkə, Şərqlə Qərb, Qərblə İslam dünyası arasında mühüm körpü olaraq mədəniyyətlər və sivilizasiyalararası dialoqa böyük önəm verir. Təsadüfi deyildir ki, son illərdə ölkəmizdə dini tolerantlıq mövzusunda bir sıra beynəlxalq tədbirlər keçirilir. Dövlət başçısının təşəbbüsü ilə Azərbaycan dünyada mədəniyyətlərarası dialoq üçün bir mərkəzə çevrilib.
Daha sonra tədbirdə “Hörmət naminə birləş” layihəsinin, eləcə də dini icmaların “Tolerantlıq şəbəkəsi”nin təqdimatları keçirilib, şəbəkə üzvlərinə sertifikatlar təqdim edilib.
Təqdimatlarda qeyd olunub ki, ölkədə fəaliyyət göstərən və müxtəlif məzhəb və dinləri təmsil edən 15 dini icma, Milli Tolerantlıq Mərkəzi ilə birgə 5 böyük sosial əhəmiyyətli layihənin icrasına cəlb olunur. Bu layihələr müxtəlif din və məzhəblərə aid dini icmaların əməkdaşlıq və işbirliyini artırmağa xidmət edəcək. Eləcə də müxtəlif dinləri təmsil edən 20 dini icmanın iştirakı ilə yaradılan “Tolerantlıq Şəbəkəsi” də bu istiqamətdə dini icmaların daimi əməkdaşlığının saxlanması və genişlənməsinə xidmət edəcəkdir.
Təqdimatlardan sonra milli-mənəvi dəyərlərimizin düzgün təbliği, ənənəvi dindarlıq anlayışının və Azərbaycan tolerantlıq modelinin mahiyyəti, müasir dünyada dini dözümlülüyün əhəmiyyəti, habelə dövlətçilik və vətənpərvərlik məfhumlarının dini təməlləri istiqamətində maraqlı məruzələr dinlənilib.
Tədbirdə, həmçinin dini icma nümayəndələri ilə radikal dini düşüncənin qlobal fəsadları, dini zəmində parçalanma, məzhəb ayrı-seçkiliyi probleminin səbəbləri və aradan qaldırılması mövzusunda müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35

