Siyavuş Novruzov: Müxalifət “müdafiə komitəsi”nin arxasındakı maddi marağı güdür
19.08.2014 [09:45]
“Bir neçə hüquq müdafiə təşkilatını çıxmaq şərtilə, qalanları insan hüquqlarının müdafiəsi ilə məşğul deyillər. Onlar sadəcə olaraq bu adı alver predmetinə çeviriblər”. Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov müxalifət düşərgəsində yaradılan “hüquq müdafiə komitələri”nin fəaliyyətinə münasibətini bildirərkən deyib.
Siyavuş Novruzovun fikrincə, belələri həbs olunanların valideyinlərindən, yaxud da onların yaxın ətraflarından pul alaraq, ayrı-ayrı instansiyalara “siyasi məhbus” siyahıları təqdim edirlər. Baxmayaraq ki, onlar konkret olaraq cinayət törətmiş şəxslərdir: “Onlar özlərinə sərf etməyən adamları deyil, məhz sərf edən adamları, yəni maliyyə baxımından maraqlarına cavab verən şəxsləri dərhal “siyasi məhbus” adlandırırlar”.
YAP İcra katibinin müavini həmçinin qeyd edib ki, bu gün “siyasi məhbus” anlayışını izah edə biləcək qurum yoxdur: “Siyasi məhbus” anlayışının özünü ortaya qoya biləcək hər hansı bir dövlət və ya qeyri-dövlət orqanı yoxdur ki, bunun xarakteristikasını versin, onu izah edə bilsin. İzah olunsun ki, bu nədir və nə deməkdir”.
Siyavuş Novruzov eyni zamanda vurğulayıb ki, “hüquq müdafiəçiləri” yalnız özlərinə sərf edənləri, o cümlədən cinayətkarları “siyasi məhbus” kimi tanıtmağa çalışırlar: “Yəni burada özlərinə sərf edən adamlara deyirlər ki, kimlər “siyasi məhbusdur”. Biz dəfələrlə şahidi olmuşuq ki, “siyasi məhbus” məsələsi ətrafında manipulyasiya edənlər vergidən yayınanlara, konkret cinayət törədən şəxslərə bu donu geyindirirlər. Hansı ki, məhkəmə hökmü olmadan, istintaqın gedişinə təsir edərək prosesi məqsədli şəkildə yönəltməyə çalışırlar. Təbii ki, bu, qanunla qadağandır. “Siyasi məhbus” siyahısını hazırlayanlar müəyyən təşkilatların, dövlətlərin tapşırıqlarını yerinə yetirərək onların göndərdikləri pullar müqabilində Azərbaycanda dövlətçilik əleyhinə, anti-milli fəaliyyət göstərirlər”.
Siyavuş Novruzov bu halın birinci dəfə baş vermədiyini də xatırladıb: “Hələ Azərbaycanda siyasi partiyalar yeni-yeni formalaşanda da biz bunun şahidi olmuşuq. Bəzi siyasi partiyaların rəhbərləri siyasi fəaliyyətini bir kənara qoyub, təbii ki, müəyyən maraqlar xatirinə, məhkəmənin hökmü ilə həbs edilmiş cinayətkarları, separatçılıqla məşğul olanları, metro partlayışında iştirakı sübuta yetirilənləri, adam oğurluğunda günahkar bilinərək həbs olunanları “siyasi məhbus” adlandıraraq onların hüquqlarının “müdafiəçisinə” çevrilirlər. Əgər həbs olunan imkanlı adamdırsa həm də onun pulundan yararlanmağa başlayırlar”.
Siyavuş Novruzov daha bir məqama toxunaraq bildirib ki, həbs edilənə qədər vaxtilə dövlətdə müəyyən vəzifə tutan, müxalifəti ən sərt tonda tənqid edənlər belə, sonradan müxalifətyönlü “hüquq müdafiəçiləri” tərəfindən “siyasi məhbus” elan edilirlər: “Məsələn, görmüşük ki, cinayət əməllərinə görə həbs olunmuş bəzi məmurlar, baxmayaraq ki, həbs olunan günə qədər həmin partiyaların rəhbərlərini, funksionerlərini ən sərt şəkildə tənqid edirdilər, həbs olunduqdan sonra sözügedən partiya rəhbərləri onların hüquqlarını müdafiə komitələri yaradırdılar. Eyni zamanda, müxalifət mətbuatı da həbs olunmuş nazirləri reklam edərək, gündəlik şəkildə müdafiə xarakterli yazılar dərc edirdilər. Təbii ki, bunun arxasında da maddi maraq məsələsinin dayanması şübhəsizdir”.
“İndi bəzi partiyalar arasında ikitirəli münasibətlər yaranıb” - deyə vurğulayan Siyavuş Novruzov həmin tərəflərə ayrı-ayrı xarici təşkilatlar tərəfindən təlimatların verildiyi qənaətindədir: “Onlara müxtəlif xarici təşkilatlardan ayrı-ayrılıqda tapşırıqlar gəlir. Məsələn, AXCP bütövlükdə Leyla və Arif Yunusun müdafiəçisinə çevrilibdir. Çünki həmin mənbələrdən onlar kifayət qədər maliyyə dəstəyi alırlar. Beləliklə, onlar təşkilatların adı fərqli olsa da, eyni mənbədən eyni məqsəd güdən tapşırıqlar alırlar və bu tapşırıqlara da xidmət edirlər”.
Xəbər lenti
Hamısına baxXəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36
İqtisadiyyat
11 İyun 10:13
YAP xəbərləri
11 İyun 09:40
Analitik
11 İyun 09:33
Analitik
11 İyun 09:17
Sosial
11 İyun 08:54
Mədəniyyət
11 İyun 08:30
Daxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17

