Azərbaycan polisinin yaranmasının 96-cı ildönümü təntənəli mərasimlə qeyd edilib
03.07.2014 [10:16]
İyulun 2-də Azərbaycan polisi yaranmasının 96-cı ildönümünü qeyd edib. Bu münasibətlə Daxili İşlər Nazirliyinin rəhbərliyi, baş idarə, idarə və xidmət rəisləri, məsul əməkdaşları Fəxri xiyabana gələrək Ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə tər çiçək dəstələri qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra Şəhidlər xiyabanında Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi yad olunub, “Əbədi məşəl” abidəsi önünə gül dəstələri qoyulub.
Daha sonra Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Azərbaycan polisinin peşə bayramına və 2013/2014-cü tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.
Milli Məclisin deputatlarının, yerli icra və hüquq mühafizə orqanları rəhbərlərinin, Olimpiya Oyunlarının, dünya çempionatlarının mükafatçıları olan daxili işlər orqanları əməkdaşlarının, məzunların valideynlərinin, ictimaiyyət və kütləvi informasiya vasitələri nümayəndələrinin də iştirak etdikləri tədbirdə nazir müavini, polis general-leytenantı Əsgər Ələkbərov şəxsi heyətin təntənəli mərasimə hazır olması barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubova raport verib.
Sonra nazir Polis Akademiyasının sıra meydanında təntənəli mərasimlə əlaqədar düzülmüş müəllim və müdavim heyətini əlamətdar hadisələr - Azərbaycan Polisi Günü və tədris ilinin buraxılışı münasibətilə təbrik edib.
Nazir, general-polkovnik Ramil Usubov təntənəli mərasimdə çıxış edərək deyib ki, demokratik prinsiplərin və ənənələrin varisliyinə əsaslanan Ümummilli liderimiz Heydər Əliyev 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-ni Azərbaycan Polisi Günü elan edib. Çoxminli asayiş keşikçiləri nəslinin Vətənə və xalqa xidmətlərini özündə əks etdirən, mərdlik, şücaət və qəhrəmanlıqlarla zəngin olan bu tarix 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti Daxili İşlər Nazirliyinin tərkibində asayişi mühafizə dəstələrinin yaradılması ilə başlanıb, həmin dövrdə polis Cümhuriyyətin formalaşmasında, milli mənafelərin qorunmasında xüsusi rol oynayıb, sovet hakimiyyəti dönəmində isə ictimai-siyasi quruluşun bütün ziddiyyətlərinə baxmayaraq, böyük inkişaf yolu keçib, faşizmə qarşı müharibədə fəal iştirak edib.
Qeyd edilib ki, bu dövrün ən əhəmiyyətli mərhələsi Ulu öndərimizin Azərbaycana rəhbərlik etdiyi illər olub. Daxili İşlər Nazirliyi təşkilati cəhətdən möhkəmlənib, şəxsi heyət yüksək peşə hazırlığı əldə edib.
Sabitliyin etibarlı qorunmasının həyati vacibliyini xüsusi vurğulayan Ulu öndər Heydər Əliyev deyirdi: “1995-ci ildən bu yana cinayətkarlıqla mübarizə aybaay, ilbəil güclənib, genişlənibdir. İndi Azərbaycanda insanlar əmin-amanlıq, rahatlıq şəraitində yaşayırlar. Bu, bizim dövlətimizin siyasətinin, ardıcıl surətdə həyata keçirilən tədbirlərin nəticəsidir. Bu, eyni zamanda, hüquq mühafizə orqanlarının, o cümlədən Daxili İşlər Nazirliyinin gördüyü işlərin, fəaliyyətinin nəticəsidir”.
Respublikamızın ərazi bütövlüyü uğrunda mübarizədə Azərbaycan polisinin 1695 əməkdaşı və hərbi qulluqçusu şəhid olub, 1710 nəfər yaralanıb, 68 nəfər “Milli Qəhrəman” adına layiq görülüb. Bununla bərabər, müstəqillik illərində cinayətkar qrup və dəstələrə qarşı mübarizədə, asayişin qorunmasında 94 əməkdaşımızın həlak olması, 2405 nəfərin xəsarət alması da asayiş keşikçilərinin fədakarlığının və gərgin əməyinin əyani təsdiqidir.
Nazir qeyd edib ki, Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyev 2003-cü ilin oktyabrında prezident seçildikdən sonra Azərbaycanda başlanmış yeni inkişaf mərhələsi Daxili İşlər Nazirliyinin, onun struktur və qurumlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi və müasirləşdirilməsi ilə nəticələnib.
Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq həyata keçirilən kompleks tədbirlər, o cümlədən vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində sistemli fəaliyyət struktur qurumlarda və hissələrdə qanunçuluğu əhəmiyyətli dərəcədə möhkəmləndirib.
Qeyd olunub ki, Azərbaycan Prezidentinin yüksək diqqət və qayğısı sayəsində nazirlik sistemində gedən inkişaf proseslərinə paralel olaraq, xüsusi təyinatlı təhsil müəssisələri də beynəlxalq təcrübəyə uyğun təkmilləşib. Ötən il polisin yaranmasının 95-ci ildönümünə həsr olunmuş təntənəli mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Mən çox şadam ki, polis orqanlarında islahatlar uğurla gedir, peşəkarlıq artır. Əminəm ki, Polis Akademiyasında hazırlanan kadrlar əsl peşəkarlar olacaqlar”.
Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov əlamətdar hadisələr - Azərbaycan Polisi Günü və tədris ilinin buraxılışı münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təbriklərini və ən xoş arzularını mərasim iştirakçılarına çatdırıb.
Fuad Ələsgərov qeyd edib ki, polis orqanları 96 illik şanlı tarixi ərzində şərəfli yol keçərək dövlətçiliyimizin əsas dayaqlarından birinə çevrilib, ölkəmizdə müstəqilliyin və daxili sabitliyin təmin olunmasında mühüm rol oynayıb. Bu dövr ərzində Azərbaycan polisi cinayətkarlığa qarşı mübarizədə qətiyyətli addımlar atıb, qanunun aliliyinin, insanların təhlükəsizliyinin təmin olunması, ictimai asayişin qorunması kimi çətin vəzifənin öhdəsindən layiqincə gəlib.
Prezident Administrasiyasının şöbə müdiri 1990-cı illərin ortalarından ölkəmizdə həyata keçirilən islahatların və quruculuq işlərinin 2003-cü ildən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni, daha təkmil və sürətlə davam edən mərhələsinin başlandığını bildirib. Müasir dövrün çağırışlarına cavab olaraq nazirliyin üzərinə qoyulan vəzifələrin dairəsinin genişləndiyini qeyd edən Fuad Ələsgərov polisin inkişafına dövlət qayğısının daha da artdığını, cinayətkarlığa qarşı mübarizənin və asayişin mühafizəsinin yeni formalarının tətbiq edilməsi üçün informasiya-kommunikasiya texnologiyaları ilə təminatın gücləndirildiyini bildirib.
Akademiyanı fərqlənmə ilə bitirmiş polis baş leytenantı Xosrov Şükürov müdavimlərə olan diqqət və qayğıya, aldıqları mükəmməl təhsilə görə nazirliyin rəhbərliyinə, professor-müəllim heyətinə təşəkkür edib, onlara göstərilən yüksək etimadı öz fəaliyyətləri ilə doğruldacaqlarını bildirib.
Tədbirin sonunda daxili işlər naziri Polis Akademiyasını fərqlənmə ilə bitirmiş məzunlara xüsusi rütbələrinin paqonlarını təqdim edib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43

