Ötən il 59 mikro və kiçik sahibkar innovativ layihələr üzrə vergi güzəştləri əldə edib
27.01.2026 [19:32]
2025-ci ildə 125 mikro və kiçik sahibkarlıq subyekti “Startap” şəhadətnaməsi almaq üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edib.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, Nazirlər Kabinetinin 2021-ci il 29 yanvar tarixli Qərarı ilə təsdiq edilmiş “Startapın müəyyən olunması meyarları”na əsasən Ekspertlər Şurası tərəfindən 59 KOB subyektinə “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul olunub. Şəhadətnamə almış sahibkarların 48-i hüquqi, 11-i fiziki şəxs olmaqla, 53-ü mikro və 6-sı kiçik sahibkardır. 44 startap Bakı şəhərindən, 15-i isə regionlardandır. Şəhadətnamə almış sahibkarların 10-u qadın sahibkardır. Layihələrin 4-ü “yaşıl layihə”dir. “Startap” şəhadətnaməsi almış biznes subyektləri istehsal və xidmət sektorlarında fəaliyyət göstərir, startapların əsas istiqamətləri maliyyə, təhsil və səhiyyə texnologiyaları, e-ticarət və rəqəmsal marketinq, rəqəmsal ödəniş sistemləri və s. sahələrdə innovativ həlləri özündə ehtiva edir.
Ümumilikdə “Startap” şəhadətnaməsinin verilməsinə başlanıldığı 2021-ci ildən 2026-cı ilin 1 yanvar tarixinə KOBİA-ya 493 müraciət daxil olub ki, onlardan 247-nə “Startap” şəhadətnaməsi verilib.
Qeyd edək ki, “Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edir. “Startap” şəhadətnaməsinin verilməsi, yaxud imtina edilməsi haqqında qərar KOBİA tərəfindən Ekspertlər Şurasının rəyi əsasında verilir. Ekspertlər Şurası Agentliyin nəzdində 12 nəfərdən ibarət olan müxtəlif dövlət qurumlarının nümayəndələrindən və müstəqil ekspertlərdən ibarətdir. Mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Ətraflı məlumat üçün: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi
Xəbər lenti
Hamısına baxDünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09

