Dövlət müstəqilliyi günü Gədəbəy rayonunda da qeyd olunub
19.10.2013 [13:32]
Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatının və Gədəbəy rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 18 oktyabr - Dövlət Müstəqilliyi Gününə həsr edilmiş tədbir keçirilib. Tədbir iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.
Daha sonra rayon Mədəniyyət Evində davam etdirilən tədbirdə çıxış edən Gədəbəy rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Paşayev bildirib ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyi tarixi nailiyyətdir və xalqımızın qürur mənbəyidir. Müstəqilliyimizə gedən yolun çətinliyindən bəhs edən natiq bildirib ki, bu yola nur, işıq saçan Azərbaycanın böyük oğlu, Ümummilli liderimiz Heydər Əliyev olub: “Müstəqilliyimizin ilk illərindəki hərc-mərclik və xalqımızın maraqlarına zidd siyasət, iqtisadiyyatın zəiflədilməsi, milli sərvətlərin talan edilməsi dərin siyasi və sosial-iqtisadi böhranla nəticələndi. Ölkədə vətəndaş müharibəsi təhlükəsi yarandı. Bu təhlükəni aradan qaldırmaq üçün xalqımız Ümummilli lider Heydər Əliyevə müraciət etdi. Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayının 15-də siyasi hakimiyyətə qayıdışı ölkəmizdə xaos və anarxiyanı, vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”, Xəzər hövzəsində irimiqyaslı layihələrin həyat keçirilməsi, yeni neft və qaz kəmərlərinin çəkilib istifadəyə verilməsi isə Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasına yol açdı”.
Q.Paşayev qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti, zəngin dövlət idarəçiliyi təcrübəsi sayəsində Azərbaycan demokratik, hüquqi və dünyəvi dövlətə çevrilib. Natiq əlavə edib ki, Ümummilli lider Heydər Əliyevin siyasi kursu, dövlət quruculuğu siyasəti möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir və zənginləşdirilir: “Məlum olduğu kimi, oktyabrın 9-da keçirilən prezident seçkilərində xalqımız Ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevə səs verməklə növbəti dəfə Azərbaycanın sabit, stabil inkişafını dəstəklədi”.
Daha sonra tədbir geniş konsert proqramı ilə davam etdirilib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59

