Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Daxili siyasət / Prezident İlham Əliyevin “Jurnalistlərin dostu” seçilməsi tam obyektiv və doğru qərardır

Prezident İlham Əliyevin “Jurnalistlərin dostu” seçilməsi tam obyektiv və doğru qərardır

07.10.2013 [09:42]

Xəbər verdiyimiz kimi, “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin “Jurnalistlərin dostu” mükafatı laureatının kimliyini müəyyənləşdirmək üçün keçirdiyi sorğunun nəticələrinə əsasən, Prezident İlham Əliyev ümumi səslərin 89 faizini toplayaraq növbəti dəfə “Jurnalistlərin dostu” seçilib. Qeyd edək ki, sorğu qəzetlər, informasiya agentlikləri, jurnallar, jurnalist təşkilatları və internet media resursları arasında keçirilib. Ümumilikdə, 100 respondent-media qurumunu əhatə edən sorğuda rəyi soruşulanlara bir sual ünvanlanıb: “Hansı ictimai-siyasi xadimi, vəzifəli şəxsi jurnalistlərin dostu hesab edirsiniz?”. Sorğu anketinə üç şəxsin adını yazmaq imkanı olub. Rəyi soruşulanların yalnız 20 faizi sualı cavablandırarkən 1-dən artıq şəxsin adını qeyd edib. 
Əlavə edək ki, “RUH” AJMK-nın “Jurnalistlərin dostu” mükafatının təsisində məqsəd cəmiyyətdə söz və mətbuat azadlığı prinsiplərini təbliğ və inkişaf etdirmək, media ilə dövlət qurumlarının, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin və siyasi partiyaların əlaqələrinin möhkəmləndirilməsinə kömək göstərmək, kütləvi informasiya vasitələrinə qayğı ənənələrini stimullaşdırmaqdır. Azərbaycan Respublikasının vətəndaşı olan, ölkədə kütləvi informasiya vasitələrinin inkişafında müstəsna xidmətləri ilə seçilən ictimai-siyasi xadimlər, vəzifəli şəxslər mükafatın laureatı ola bilərlər.
Vurğulamaq yerinə düşər ki, dövlət başçısı İlham Əliyevin yenidən “Jurnalistlərin dostu” seçilməsi tamamilə qanunauyğundur. Bu seçim ölkə Prezidentinin respublikamızda demokratiyanın, fikir plüralizminin dərinləşməsinə, azad mətbuatın inkişafına, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə göstərdiyi qayğıya çoxsaylı mətbuat orqanlarının və media təmsilçilərinin verdiyi qiymət kimi dəyərləndirilir. “RUH” AJMK-nın keçirdiyi sorğunun nəticələrinə münasibət bildirən həmkarlarımız da bu qənaətdədirlər.
“Modern.az” saytının baş redaktoru, Tərəfsiz (Parlament) Jurnalistlər Birliyinin rəhbəri Elşad Eyvazlı bildirib ki, sözün həqiqi mənasında Prezident İlham Əliyev jurnalistlərin dostu seçilməyə layiq bir dövlət başçısıdır. Çünki Onun jurnalistika sahəsində xidmətləri ölçüyəgəlməz dərəcədə çoxdur. Dünyada elə bir dövlət başçısı tapılmaz ki, cəmiyyətin ən həssas təbəqəsi hesab olunan jurnalistlərə İlham Əliyev qədər diqqət ayırsın: “Dövlət başçısı bunu əməli fəaliyyəti ilə sübut edib. Prezident İlham Əliyevin mütəmadi olaraq jurnalistikanın inkişafı, bu sahədə çalışan insanların sosial-məişət problemlərinin həlli istiqamətində imzaladığı sərəncamların özü hər şeyi deyir. 3 il öncə Prezident İlham Əliyev jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması barədə Sərəncam imzaladı. Etiraf edilməlidir ki, jurnalistika sahəsinin üzləşdiyi maliyyə sıxıntıları dönəmində belə bir Sərəncamın imzalanması bu sahənin inkişafına əvəzsiz töhfə oldu. Nəhayət, bu il Azərbaycanda 156 jurnalistə Prezident tərəfindən mənzil hədiyyə edildi. Həmin vaxt xaricdən jurnalist qonaqlarımız var idi. Onlar buna həsəd aparırdılar. Deyirdilər ki, kaş bizim də jurnalistlərə dövlət başçısı belə hədiyyə versin”.
E.Eyvazlı əlavə edib ki, dövlət başçısının jurnalistlərə qayğısı bununla bitmir. Məlum olduğu kimi, Prezidentin şəxsi təşəbbüsü ilə Azərbaycanda “Əməkdar jurnalist” fəxri adı bərpa edilib. Jurnalistikanın inkişafına dəstək məqsədilə 5 il öncə Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Artıq Fondun ayırdığı maliyyə yardımı hesabına çap və internet mediasının da imkanları genişlənir. Ümumilikdə qeyd edilməlidir ki, Azərbaycan Prezidenti İlham Əliyevin mediaya qayğısı Onun jurnalistlərin dostu seçilməsini labüd edir.
“Avrasiya” İA-nın rəhbəri Cavid Şahverdiyevin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin “Jurnalistlərin dostu” seçilməsini şərtləndirən bir neçə amil var. Onlardan biri jurnalistlərə dövlət səviyyəsində diqqət və qayğının göstərilməsidir. KİVDF-nin yaradılması, ildə iki dəfə müsabiqələrin keçirilməsi, eyni zamanda, müsabiqə yolu ilə qəzetlərin maddi-texniki bazalarının inkişafı ilə bağlı yardımların ayrılması və s. amillər Prezidentin jurnalistlərin dostu seçilməsini şərtləndirən amillərdir: “Bu il Milli Mətbuatımızın yaranmasının 138-ci ildönümü günündə jurnalistlərə 156 mənzilli binanın tikilib təhvil verilməsi, bundan başqa imkansız jurnalistlərə maddi və mənəvi dəstəyin göstərilməsi, jurnalist Nicat Dağların müalicəsinin xaricdə təşkilinə göstərişin verilməsi də bu qəbildəndir. Daha mühüm fakt isə azad mətbuata yaradılan şəraitdir. “Mətbuatın dostu” adını Prezident İlham Əliyev Öz fəaliyyəti ilə çoxdan qazanıb. Bunun üçün hansısa sorğunun keçirilməsinə ehtiyac da yox idi”.
Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə hesab edir ki, jurnalistlərin öz dostlarını müəyyənləşdirməsi müsbət ənənədir: “Mən, bu ənənənin uzunömürlü olmasını arzulayıram. Hesab edirəm ki, jurnalistlərin doğru seçim etməsi mətbuatla əməkdaşlığa meyil edən, dövlət xadimləri, məmurlar üçün müsbət stimul ola bilər. Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da jurnalistlərin çoxlu sayda dosta ehtiyacı var. Jurnaslitlərin dostluq etdiyi adamların sırasına ölkə Prezidentinin rəhbərlik etməsi ölkədə fərqli situasiya yaradır, mətbuatı haqsız hücumlardan və yad təsirlərdən qoruyur. “RUH” AJMK-nın açıqladığı nəticələr mənim üçün gözlənilməz olmadı. Son bir neçə ildə mətbuatın inkişafı istiqamətində görülən işlər media ictimaiyyətində ölkə başçısına rəğbət yaradıb. Bu il Milli Mətbuat Günündə jurnalistlər üçün dövlət vəsaiti hesabına tikilmiş çoxmərtəbəli binanın media ictimaiyyətinin ixtiyarına verilməsi Prezident İlham Əliyevin jurnalistlərin dostu seçilməsini qaçılmaz etmişdi. Mənzil şəraiti ağır olan mətbuat nümayəndələri üçün yeni çoxmərtəbəli binanın təməlinin qoyulması media ictimaiyyəti tərəfindən böyük minnətdarlıq hissi ilə qarşılandı. Hesab edirəm ki, Prezident İlham Əliyevi özlərinin dostu seçən jurnalistlər məmur ordusunu da mətbuatla sıx əməkdaşlığa həvəsləndirə biləcəklər”.
Oktay

Paylaş:
Baxılıb: 1568 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Siyasət

Siyasət

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Noyabr 08:24  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30