Azərbaycanın dinamik inkişafı növbəti seçkilərin nəticələrini şərtləndirir
03.08.2013 [09:25]
Əli Əhmədov: Ölkəmizdə həyata keçirilən inkişaf siyasəti, yeni iş yerlərinin yaradılması, əhalinin həyat şəraitinin yaxşılaşdırılması insanları ölkənin aparıcı siyasi qüvvəsi olan YAP ətrafında daha sıx birləşdirir
Məlum olduğu kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan davamlı sosial islahatlar, hökumətin həyata keçirdiyi məqsədyönlü siyasət təkcə ölkə daxilində iqtisadi və siyasi sabitliyin möhkəmlənməsini deyil, eləcə də bölgədə sabitliyin qorunmasını şərtləndirib. Bu gün Azərbaycan dünyanın dinamik inkişaf edən dövlətinə çevrilib. Son dövrlərdə dünyada cərəyan edən qlobal proseslər, iqtisadi böhranlar fonunda Azərbaycanda əldə edilən tərəqqi ölkəmizin sabit, dayanıqlı iqtisadi inkişafının təzahürüdür.
Azərbaycanda həyata keçirilən məqsədyönlü siyasət respublikamızda bütün sahələrdə yüksək inkişaf göstəriciləri ilə müşayiət olunur. Ölkəmizin dinamik inkişafı həm də sosial məsələlərin həllinə əhəmiyyətli təsir edir. Həmçinin, əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır. Azərbaycanın iqtisadi imkanları ilə birbaşa əlaqəli olan sosial məsələlərin həlli bütün dövrlərdə olduğu kimi, bu gün də dövlətin diqqət mərkəzindədir. Azərbaycan bu gün inkişafının elə mərhələsindədir ki, qazanılmış makroiqtisadi nailiyyətlər cəmiyyət həyatının müxtəlif sahələrində tərəqqi və intibaha xidmət edən, hər bir vətəndaşın həyatında kardinal dəyişikliklərlə müşayiət olunan islahatları yüksək dinamizmlə gerçəkləşdirmək imkanı yaradıb. Nəticədə, respublikamızda nəzərdə tutulan bütün infrastruktur və sosial layihələr də uğurla icra edilir.
Əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində aparılan siyasət, həmçinin, paralel olaraq yoxsulluğun səviyyəsinin aşağı düşməsinə xidmət edir. Azərbaycanda yeni inkişaf strategiyasının başlıca istiqamətləri respublikanın bütün mövcud potensialından səmərəli istifadə etməklə yoxsul təbəqənin, işsizliyin səviyyəsinin minimuma endirilməsindən ibarətdir.
Məqsədyönlü sosial-iqtisadi siyasət, həmçinin, xarici tərəfdaşlarla səmərəli əməkdaşlıq regionda genişmiqyaslı enerji, nəqliyyat və informasiya dəhlizlərinin formalaşmasında da Azərbaycanın rolunu artırıb. Bir sıra iri regional və beynəlxalq enerji layihələrinə imza atan Azərbaycan bu istiqamətdə həyata keçirdiyi strategiyanı bu gün də uğurla davam etdirir. Hazırda Azərbaycan öz enerji ehtiyatları və marşrutları ilə Avropanın əsas enerji tərəfdaşına çevrilib. Rəsmi Bakının enerji siyasəti ölkəmizin regionda mövqeyini möhkəmləndirməklə yanaşı, həm də dünya dövlətləri və beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişafına müsbət təsir göstərir. Təsadüfi deyil ki, Azərbaycanın razılığı və iştirakı olmadan bölgədə iri regional layihələrin reallaşdırılması qeyri-mümkündür.
Bir sözlə, yuxarıda sadaladığımız uğurlar məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin nəticələridir. Bu mənada qarşıdan gələn prezident seçkilərində cənab İlham Əliyevin qələbəsi cəmiyyətimizdə heç bir şübhə doğurmur. Bununla belə, Yeni Azərbaycan Partiyası seçki prosesinə ciddi şəkildə hazırlaşır. Partiya rəhbərliyinin mütəmadi olaraq yerli təşkilatların fəalları ilə görüşləri də bu hazırlığın tərkib hissəsidir. Yeri gəlmişkən, YAP Gəncə şəhər təşkilatının VIII konfransında partiya Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov seçki prosesi ilə bağlı fikirlərini bildirərkən deyib ki, partiyamız öz fəaliyyətini Heydər Əliyev ideyaları əsasında qurub və daim bu ideyaların təbliğatçısı kimi çıxış edir. Əli Əhmədov, həmçinin, qeyd edib ki, ölkəmizdə həyata keçirilən inkişaf siyasəti, yeni iş yerlərinin yaradılması, əhalinin həyat şəraitinin yaxşılaşdırılması, bölgələrdə də insanları ölkənin aparıcı siyasi qüvvəsi olan YAP ətrafında daha sıx birləşdirir. Çünki bu inkişaf siyasətini partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyev həyata keçirir.
YAP Sədrinin müavini Gəncənin timsalında regionlarımızın da sürətlə inkişaf etdiyini və bu inkişafın Prezident İlham Əliyevin siyasəti nəticəsində baş verdiyini qeyd edib. Onun fikrincə, bu amil qarşıdan gələn seçkilərin nəticələrinə də öz təsirini göstərəcək. Əli Əhmədov seçki ilə əlaqədar danışarkən partiyanın yerli strukturlarının fəaliyyətinin də əhəmiyyətini qeyd edib. “İnanıram ki, qarşıdan gələn prezident seçkilərində partiyamızın Gəncə şəhər təşkilatının malik olduğu əzəmətli resursdan səmərəli şəkildə istifadə ediləcəkdir. Gəncədə müşahidə etdiyim əhval-ruhiyyə, ovqat qarşıdan gələn prezident seçkiləri kampaniyasının kifayət qədər səmərəli keçirilməsi üçün ciddi əsaslar yaradır. Bu şəhərdə gördüklərimiz Prezident İlham Əliyevin həyata keçirdiyi Azərbaycanın bütövlüyü, müasirləşməsi, yeniləşməsi strategiyasının Gəncə şəhərinin timsalında özünün bariz ifadəsini bilavasitə göstərir. Bu amil də, insanların ovqatının formalaşmasına təsir göstərir. Gəncədəki yenidənqurma, şəhərin simasının dəyişməsi hər şeydən əvvəl bir şəhər olaraq onun həyatında yeni bir başlanğıc deməkdir. Bu, Gəncədə insanların yaşayışı üçün daha rahat şəraitin yaradılması deməkdir”, - deyə YAP Sədrinin müavini vurğulayıb.
Ümumiyyətlə, siyasi mübarizə, seçkilərdə iştirak hər bir siyasi partiyanın başlıca fəaliyyət istiqamətidir. YAP-ın yarandığı vaxtdan Azərbaycanda keçirilən seçkilərdə qələbə qazanması hər kəsə bəllidir. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, hər seçkidən seçkiyə partiyamızın uğurlarının miqyası genişlənir və bu da seçkilərin nəticələrində özünü aydın şəkildə ifadə edir. 2003-cü və 2008-ci il prezident seçkiləri buna sübutdur. YAP bu uğurları və qələbələri 2004-cü və 2009-cu illərdə keçirilmiş bələdiyyə seçkilərində də təkrarlayıb. Əlbəttə ki, partiyamızın uğurları bununla bitməyib. YAP-ın əzəmətli qələbələri parlament seçkilərində də özünü göstərməkdədir. 2005-ci ildə 3-cü çağırış Milli Məclisə seçkilərdə 64 deputat mandatı qazanmaqla partiyamız öz rəqiblərini xeyli geridə qoydu. Məlumdur ki, 2010-cu il noyabrın 7-də Azərbaycanda 4-cü çağırış Milli Məclisə seçkilər keçirildi. Bu seçkilərdə də mütəşəkkil qaydada iştirak edən, güclü seçki kampaniyası aparan YAP əhəmiyyətli qələbə qazanaraq 70-dən çox deputat mandatı əldə edib. Bu qələbələri şərtləndirən mühüm amillərdən biri də YAP-ın daim yeni, müasir seçki texnologiyalarını tətbiq etməsidir.
Beləliklə, YAP-ın 21 illik fəaliyyətinə nəzər saldıqda, bu partiyanın yenilikçi və avanqard siyasi təşkilat olduğunu əminliklə söyləmək olar. Partiyamızın Sədri, Prezident İlham Əliyevin vurğuladığı kimi Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanda, bütövlükdə Cənubi Qafqaz regionunda ən böyük siyasi qüvvədir. Bu mənada qarşıdan gələn prezident seçkilərində də partiyamızın namizədinin möhtəşəm qələbəsinin şahidi olacağımıza şübhə yoxdur.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
01 Noyabr 14:19
Dünya
01 Noyabr 13:45
YAP xəbərləri
01 Noyabr 13:28
Gündəm
01 Noyabr 12:48
İqtisadiyyat
01 Noyabr 12:31
Siyasət
01 Noyabr 12:19
İqtisadiyyat
01 Noyabr 11:57
Xəbər lenti
01 Noyabr 11:46
Gündəm
01 Noyabr 11:44
MEDİA
01 Noyabr 11:42
Siyasət
01 Noyabr 11:28
Analitik
01 Noyabr 10:53
Siyasət
01 Noyabr 10:38
Sosial
01 Noyabr 10:16
Analitik
01 Noyabr 09:52
Analitik
01 Noyabr 09:35
Sosial
01 Noyabr 09:13
MEDİA
01 Noyabr 08:59
Ədəbiyyat
01 Noyabr 08:24
Dünya
31 Oktyabr 23:46
Siyasət
31 Oktyabr 23:41
Daxili siyasət
31 Oktyabr 23:32
YAP xəbərləri
31 Oktyabr 23:27
Siyasət
31 Oktyabr 23:22
Dünya
31 Oktyabr 23:18
Dünya
31 Oktyabr 22:51
Dünya
31 Oktyabr 22:45
Dünya
31 Oktyabr 22:17
Dünya
31 Oktyabr 21:59
Dünya
31 Oktyabr 21:26
YAP xəbərləri
31 Oktyabr 21:05
Dünya
31 Oktyabr 20:58
Hadisə
31 Oktyabr 20:35
Sosial
31 Oktyabr 20:19
İqtisadiyyat
31 Oktyabr 19:46
Dünya
31 Oktyabr 19:31
Sosial
31 Oktyabr 19:11
Siyasət
31 Oktyabr 18:33
YAP xəbərləri
31 Oktyabr 18:14
YAP xəbərləri
31 Oktyabr 18:02
YAP xəbərləri
31 Oktyabr 17:53
YAP xəbərləri
31 Oktyabr 17:50
İqtisadiyyat
31 Oktyabr 17:25
Hadisə
31 Oktyabr 17:09
Dünya
31 Oktyabr 16:41
Siyasət
31 Oktyabr 16:19
Sosial
31 Oktyabr 16:18
Hadisə
31 Oktyabr 16:13
Dünya
31 Oktyabr 15:32
Dünya
31 Oktyabr 15:06
Hadisə
31 Oktyabr 14:53
Sosial
31 Oktyabr 14:52
Dünya
31 Oktyabr 14:20
Dünya
31 Oktyabr 13:53
Dünya
31 Oktyabr 13:30
Dünya
31 Oktyabr 13:19
Dünya
31 Oktyabr 12:46
YAP xəbərləri
31 Oktyabr 12:33
Siyasət
31 Oktyabr 12:25
Elanlar
31 Oktyabr 12:07
Sosial
31 Oktyabr 11:52
Elm
31 Oktyabr 11:50
Hadisə
31 Oktyabr 11:37
Siyasət
31 Oktyabr 11:20
Siyasət
31 Oktyabr 11:08
Hadisə
31 Oktyabr 11:07
İqtisadiyyat
31 Oktyabr 10:53
İqtisadiyyat
31 Oktyabr 10:52
İqtisadiyyat
31 Oktyabr 10:49
MEDİA
31 Oktyabr 10:30
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |

