/ / Qubadlılar Azərbaycanın parlaq gələcəyinin Ulu öndər Heydər Əliyevin siyasi konsepsiyasının təntənəsi ilə bağlılığına tam əmindirlər
Qubadlılar Azərbaycanın parlaq gələcəyinin Ulu öndər Heydər Əliyevin siyasi konsepsiyasının təntənəsi ilə bağlılığına tam əmindirlər
27.07.2013 [13:25]
Rayon İcra Hakimiyyətində 2013-cü ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr edilən şura yığıncağı keçirilib
Sumqayıtda yerləşən Qubadlı rayon İcra Hakimiyyətinin inzibati binasının akt zalında cari ilin birinci yarısında sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclas keçirilib.
AzərTAc xəbər verir ki, rayon ictimaiyyətinin bütün təbəqələrindən nümayəndələrin təmsil olunduqları tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Malik İsaqov iyulun 18-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının proqram xarakterli nitqində irəli sürülmüş müddəa və göstərişləri bir daha diqqətə çatdırıb.
Sonra Qubadlı rayon İcra Hakimiyyəti başçının müavini Rasim Xalıqverdiyev cari ilin 6 ayında rayonun sosial-iqtisadi inkişafının mənzərəsini rəqəmlər və faktlarla diqqətə çatdırıb. Bildirib ki, ilin birinci yarısında ölkənin ayrı-ayrı rayonlarında məskunlaşmış məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilib, bir sıra tədbirlər həyata keçirilib. Hazırda 35 min 200 nəfər rayon əhalisi respublikanın 42 şəhər və rayonunda məskunlaşıb. Onların böyük əksəriyyəti, yəni 63 faizi Sumqayıt şəhərindədir.
Qeyd olunub ki, əvvəlki illərdə olduğu kimi, hesabat dövründə də rayon icra hakimiyyəti və yerli icra strukturları əhali ilə sıx təmasda işləyib, onların sosial, kommunal, təhsil və digər problemlərinin öyrənilməsi, üzləşdikləri çətinliklərin aradan qaldırılması istiqamətində iş aparıblar. Hazırda kənd rayonlarında 930 nəfər məskunlaşıb. Pərakəndə yaşayan məcburi köçkünlərin vəziyyəti daim icra hakimiyyətinin diqqət mərkəzindədir. Rayon icra hakimiyyətinin həyata keçirdiyi tədbirlər kompleksində yenə də başlıca yeri məcburi köçkünlərin yığcam məskunlaşdıqları ərazilərdə - yataqxana, pansionat, sanatoriya və digər binalarda kommunal şəraitinin yaxşılaşdırılması tutub.
Məruzədə, həmçinin deyilib ki, rayon icra hakimiyyətinin Sumqayıt şəhərində yerləşən inzibati binası müasir tələblərə cavab vermədiyinə görə bu istiqamətdə kompleks tədbirlərin həyata keçirilməsi zərurəti yaranıb. Bütün bunlar nəzərə alınaraq şəhərin İnşaatçılar qəsəbəsindəki keçmiş tikinti trestinin binasında əsaslı təmir və yenidən qurma işləri aparılıb. Artıq rayon icra hakimiyyəti aparatının fəaliyyəti üçün normal şərait yaradılıb. Elə həmin binada əlavə tikilmiş 3-cü mərtəbədə nəfis tərtibatlı 150 nəfərlik akt zalı və rayon tarix-diyarşünaslıq muzeyi üçün zal inşa edilib.
Bildirilib ki, rayon icra hakimiyyətinin yeni binasının həyətində abadlıq və yaşıllaşdırma işləri də başa çatdırılıb. Binaya gələn yollara və ətrafına 5000 kvadratmetr asfalt örtük döşənib. Rayon icra hakimiyyətinin köhnə binasının əsaslı təmirinə başlanılıb. Burada işlər sürətlə aparılır və yaxın aylarda rayonun bir neçə idarə və təşkilatları üçün həmin binada daha əlverişli iş şəraiti yaradılacaq.
Hesabat yığıncağında rayonun təhsil, səhiyyə, mədəniyyət sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, xidmətin səviyyəsinin artırılması, əhalinin təbii qaz və elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən də ətraflı danışılıb.
Məruzə ətrafında çıxış edənlər təmsil etdikləri sahələr üzrə görülmüş işlər barəsində məlumat verib, əldə olunmuş uğurlardan, mövcud problemlərin aradan qaldırılması yollarından danışıb, maraqlı təkliflər irəli sürüblər.
Bildirilib ki, qubadlılar qarşıya qoyulan vəzifələri vaxtında yerinə yetirəcək, ölkənin inkişafı, xalqın rifahı naminə əzmlə çalışacaqlar. Natiqlər Azərbaycanın əldə etdiyi nailiyyətlərdən qürur duyduqlarını bildirərək, məcburi köçkünlərə göstərilən böyük diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
İclasın iştirakçıları Qubadlı rayonunun əhalisi adından Ulu öndər Heydər Əliyevin siyasi xəttini böyük məharət və qətiyyətlə davam etdirən, Azərbaycanı sürətli inkişaf yoluna çıxaran, ötən 10 il ərzində onun beynəlxalq nüfuzunu, iqtisadi və hərbi qüdrətini durmadan möhkəmləndirən, ölkəmizi dünyaya mədəni, demokratik bir dövlət kimi tanıdan dövlətimizin başçısı İlham Əliyevin növbəti 5 ildə də Azərbaycana rəhbərlik etmək üçün qarşıdan gələn prezident seçkilərində xalqımız tərəfindən yekdilliklə dəstəklənəcəyinə əmin olduqlarını söyləyiblər.
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51

