Azərbaycan mətbuatı ötən dövrdə şərəfli yol keçib və mətbuatımızda sağlam ənənələr qərarlaşıb
20.07.2013 [12:49]
YAP Milli Mətbuat Günü münasibətilə jurnalistləri mükafatlandırıb
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında Azərbaycan milli mətbuatının yaranmasının 138-ci ildönümü münasibətilə bir qrup jurnalistin mükafatlandırılması mərasimi keçirilib. Mərasimdə çıxış edən Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədov 22 iyul - Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib.
YAP-ın Sədr müavini müasir dünyada mətbuatın oynadığı önəmli roldan danışıb. Millət vəkilinin sözlərinə görə, ölkəmizdə Milli Mətbuat Gününün yüksək səviyyədə qeyd olunması ənənəsi formalaşıb. Mətbuatsız cəmiyyətin informasiya tələbatının ödənilməsinin mümkün olmadığını deyən Əli Əhmədov əlavə edib ki, bu tələbat daim həyatda özünü göstərir. Ölkəmizdə ənənəvi mətbuatla yanaşı, internet medianın da formalaşaraq inkişaf etdiyini deyən YAP-ın Sədr müavini - İcra katibi vurğulayıb ki, dövlət tərəfindən mətbuatın fəaliyyəti üçün hər cür şərait yaradılıb.
Azərbaycan dövlətinin mətbuatın inkişafına da xüsusi diqqət göstərdiyini deyən Əli Əhmədovun sözlərinə görə, bu, bir tərəfdən həmin sahəyə qayğının göstəricisidirsə, digər tərəfdən, demokratik dəyərlərin cəmiyyətimizdə daha da möhkəmlənməsi istiqamətində əhəmiyyətli amildir. “Ölkəmizdə KİV-in inkişafı üçün əlverişli şərait yaradılıb. Bunun bariz nümunəsi odur ki, Azərbaycanda say etibarilə kifayət qədər kütləvi informasiya vasitələri fəaliyyət göstərir. Bu sahədə çalışan şəxslərin problemlərinin həlli istiqamətində əhəmiyyətli addımlar atılır, KİV-lərin fəaliyyətinə dəstək verilir, bütövlükdə, Azərbaycan hökuməti öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Hökumətin ayırdığı vəsait hesabına jurnalistlər üçün yaşayış binası tikilib və bu günlərdə həmin bina istifadəyə veriləcək. Bu hadisə də hökumətimizin mətbuata ciddi dəstəyinin nümunəsidir. Dünyanın başqa ölkələrində belə bir fakta rast gəlmək mümkün deyil ki, hökumət öz hesabına mətbuat işçilərinə ev tiksin”, - deyə YAP-ın Sədr müavini-İcra katibi Əli Əhmədov vurğulayıb.
Onun sözlərinə görə, vaxtilə Ümummilli lider Heydər Əliyev, hazırda isə Prezident İlham Əliyev tərəfindən milli mətbuatın inkişafı üçün müvafiq addımlar atılıb: “Qeyd etdiyim kimi, mətbuatın maddi-texniki bazasının gücləndirilməsi, qəzetlərin dövlət nəşriyyatına olan borclarının ləğv olunması, onlara maliyyə dəstəyinin verilməsi və s. istiqamətində dövlət rəhbərliyi tərəfindən lazımi addımlar atılıb. Bütövlükdə, bu gün Azərbaycan mətbuatı sərbəstdir və ölkəmizdə azad söz və mətbuat üçün hər cür şərait yaradılıb. Lakin mətbuatın inkişafına lazımi şəraitin yaradılması, mətbuat orqanlarının sərbəst fəaliyyət göstərmək imkanına malik olması bəzi hallarda sui-istifadə hallarının yaranmasına səbəb olur. Elə mətbuat orqanları və ya jurnalistlər var ki, “azad söz” məfhumunun çətiri altında gizlənərək insanların haqqını tapdalayırlar, insanlara qarşı mənəvi terrora və təhqir hallarına yol verirlər. Bu cür mənfi hallar olsa da, hesab edirəm ki, bunlar, bütövlükdə, Azərbaycan mətbuatı üçün xarakterik deyil. Azərbaycan mətbuatı ötən dövrdə şərəfli yol keçib və mətbuatımızda sağlam ənənələr qərarlaşıb. Bugünkü mətbuatın da mütləq əksəriyyəti öz fəaliyyətində sağlam ənənələrə əsaslanır”.
Əli Əhmədov vurğulayıb ki, Yeni Azərbaycan Partiyası da daim mətbuata və mətbuat nümayəndələrinə xüsusi diqqətlə və həssaslıqla yanaşıb: “YAP-ın qazandığı uğurların çoxsaylı səbəblərindən biri də onun fəaliyyətinin kütləvi informasiya vasitələri tərəfindən geniş ictimaiyyətə çatdırılmasıdır. Biz mətbuatla əlaqələrimizə xüsusi diqqət yetiririk. Milli Mətbuat Günü ilə bağlı keçirdiyimiz görüşlər isə artıq ənənəyə çevrilib. Yeni Azərbaycan Partiyasının mətbuatla əməkdaşlığı çox etibarlı bir zəmin üzərində qərarlaşıb və əməkdaşlığımız bundan sonra da davam edəcək”.
Cari ilin oktyabr ayında keçiriləcək prezident seçkilərinə də toxunan YAP-ın Sədr müavini-İcra katibi qeyd edib ki, Yeni Azərbaycan Partiyası V Qurultayında öz namizədini müəyyənləşdirib: “Bu gün Azərbaycan cəmiyyətinin əksəriyyəti Prezident İlham Əliyevi dəstəkləyir və Onu növbəti dəfə Prezident kimi görmək istəyir. Xalqın bu istəyi təsadüfən yaranmamışdır. Ötən illər ərzində dövlətimizin başçısının həyata keçirdiyi sosial-iqtisadi siyasət vətəndaşların həyat səviyyəsini yüksəltmiş, Azərbaycanın beynəlxalq nüfuzunu artırmışdır. Ölkəmizin bütün regionlarında abadlıq və quruculuq işləri aparılır, insanların sosial rifah halı ildən-ilə daha da yaxşılaşır. Cənab İlham Əliyevin namizədliyinin Azərbaycan vətəndaşlarının əksəriyyəti tərəfindən dəstəklənməsi həm Azərbaycanın 10 illik tarixinə insanların verdiyi müsbət qiymətin ifadəsidir, digər tərəfdən isə, ölkəmizin növbəti beş illik həyatının və hər kəsin ümid etdiyi inkişafın İlham Əliyevin siyasəti ilə bağlanmasının birbaşa nəticəsidir”.
Mətbuat işçilərini peşə bayramı münasibətilə təbrik edən Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədov jurnalistlərə fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra Əli Əhmədov bir qrup jurnalistə mükafatlar təqdim edib. Mükafatlandırılanlar sırasında qəzetimizin əməkdaşı Nurlan Qələndərov da var.
Tədbirdə YAP İcra katibinin müavinləri, millət vəkilləri Siyavuş Novruzov və Mübariz Qurbanlı iştirak ediblər.
NURLAN QƏLƏNDƏROV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39

