Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Daxili siyasət / Siyavuş Novruzov: Görünür müxalifətin pulu qurtarıb, aksiya keçirmək istəyir

Siyavuş Novruzov: Görünür müxalifətin pulu qurtarıb, aksiya keçirmək istəyir

10.10.2012 [23:39]

Müxalifətin aksiyaları mövsümi xarakter daşıyır. Bunu Trend-ə hakim Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov İctimai Palatanın oktyabrın 13-nə planlaşdırdığı yürüş aksiyasına münasibət bildirərkən deyib.
“Misal üçün, görürsünüz aksiyalar yazda, payızda keçirilir. Görünür pulları qurtarıb, beynəlxalq təşkilatlardan bir az pul almaq lazımdır, çünki qarşıdan qış tətili gəlir, ona hazırlıq görürlər. Yazda aksiya keçirib sanatoriyalara gedirlər, indidə qışın tədarükünü görmək istəyirlər”, - S.Novruzov bildirib.
Onun sözlərinə görə, ümumiyyətlə, onların sosial bazası, elektoratı yoxdur, onlar aksiyalar keçirməklə özlərinin beynəlxalq təşkilatlar qarşısında lüzumlu olduqlarını göstərmək istəyirlər. Ancaq Azərbaycanda artıq onların lüzumsuz olduğu bütün xalqa bəllidir.
S.Novruzov onu da qeyd edib ki, aksiya sərbəst toplaşma azadlığının tələblərinə uyğun olmalıdır. “Bakı şəhər İcra Hakimiyyəti hansı yeri müəyyənləşdirəcəksə, onlar da aksiyanı orada keçirməlidirlər. Digər halda qeyri-qanuni aksiya keçirilərsə, bunun qarşısı alınacaq”, - YAP rəsmisi bildirib.
Paylaş:
Baxılıb: 2285 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31