İsa Qəmbər-Əli Kərimli savaşı yeni mərhələyə qədəm qoyub
04.10.2012 [02:42]
Son dövrlərdə radikal müxalifət daxilində baş verənlər bu düşərgədə yeni proseslərin başlanmasının göstəricisidir. Bu düşərgədə “vahid namizəd” məsələsi ətrafında aparılan spekulyasiyalardan əldə olunan yeganə “dividend” isə partiyaların birliklə bağlı nağıllarına son verilməsi oldu. Bu addımla pafos dolu birlik mahnılarının yalan olduğunu cəmiyyətə bir daha nümayiş etdirən düşərgə rəhbərləri göstəridilər ki, onlar üzdə “müttəfiqlikdən” dəm vursalar da, daxildə sağlam olmayan rəqabət üsullarına əl atırlar.
Digər tərəfdən, bu yalanların ifşa edilməsi, Müsavat Partiyası ilə AXCP-nin nəzarətində olan İP-in fəaliyyətinə də qeyri-rəsmi xitamın verilməsi kimi dəyərləndirilməlidir. Yəni ki, İP-in əsas funksiyası Əli Kərimli-İsa Qəmbər “müttəfiqliyinin” vahid namizədlə sonuc tapmasında idisə, onların hər birinin ayrı-ayrılıqda özünü “vahid namizəd” elan etməsi, bir daha bu qurumun mənasızlığını ortaya qoymuş oldu. Bu baxımdan da artıq həm İsa Qəmbər, həm də Əli Kərimli fərqli planlara əl atmağa məcbur qalıblar.
Belə ki, İP yaranan dövrdə bu quruma daxil olmayan KAXCP az müddətdən sonra Müsavat və AXCP-nin təmsil olunmadığı Məşvərət Məclisi yaratdı. Ardından isə KAXCP sədri Mirmahmud Mirəlioğlu prezident seçkilərində namizəd olacağını bəyan etdi. Elə ən maraqlı olaylar da bundan sonra baş verdi.
Belə ki, bir müddət öncə KAXCP ilə AXCP-nin birləşməsi iddiası ilə çıxış edən bir neçə şəxs tez-tələsik KAXCP-nin tərkibində fraksiya da yaratdılar. Təbii ki, bu iki partiyanın arasındakı düşmənçilik dərəcəsinin necə yüksək həddə olduğu hər kəsə bəllidir və buna görə də qəfildən belə bir müzakirənin meydana atılması maraq doğurdu. Amma proseslər göstərdi ki, bu, məhz Əli Kərimli tərəfindən hazırlanan bir oyun idi. Məqsəd isə KAXCP-dən AXCP-yə transferlər gerçəkləşdirmək, bununla da, Ə.Kərimlinin İ.Qəmbər üzərindəki üstünlüyünü nümayiş etdirməkdən ibarət idi. Daha dəqiq desək, KİV səhifələrində gedən müzakirələrdə hətta KAXCP sədri dəfələrlə bu oyunun hansı partiyalar tərəfindən hazırlanıb idarə olunmasına eyhamlar da vururdu.
Yeri gəlmişkən, AXCP-nin ardından Müsavat da analoji plana baş vurmuş kimi görsənir. Belə ki, İP-də KAXCP-nin yeganə təmsilçisi (partiya təmsilçisi deyil) Ədalət Yusibov KXCP sədrinin müavinliyindən istefa verib və bildirib ki, bu addımının səbəbləri barədə yaxın günlərdə açıqlama verəcək: “Ola bilər 7 oktyabrda keçiriləcək Ali Məclisin toplantısında bu barədə açıqlama verəcəm. Lakin bu açıqlamanı verməyim tezləşə də bilər”.
Qeyd edək ki, Ədalət Yusibov hazırda “İctimai Palata”nın Koordinasiya Şurasının üzvüdür və İsa Qəmbərə yaxınlığı ilə seçilir. Bununla da, İ.Qəmbər KAXCP-dən gözlənilən mümkün qopmalardan Ə.Kərimlidən daha tez yararlanmaq niyyətindədir. Çünki Ə.Yusibovun partiya daxilində nüfuzu digər qiyamçı müavinlərdən daha çoxdur. Bir sözlə, bununla da, İ.Qəmbər Ə.Kərimliyə yenidən “yaylıq” atdı və duelin bitmədiyini elan etdi.
Xatırladaq ki, yarandığı gündən yalnız radikal düşərgənin inhisarı uğrunda mübarizə ilə yadda qalan, şəxsi maraqların vasitəçisinə çevrilən İP-dəki fikir ayrılığı artıq tam aydınlığa qovuşduğu üçün keçmiş “müttəfiqlər” bu cür açıq savaşa başlamaq məcburiyyətindədirlər. Çünki hansısa əməkdaşlıq nağılı artıq partiya üzvlərinə belə inandırıcı görünmür. Çünki mübarizə o qədər açıq müstəvidə gedir ki, İ.Qəmbərlə Ə.Kərimlinin biri-birilərinə qarşı apardıqları kampaniya sıravi partiya üzvləri tərəfindən də seyr edilir. Sosial şəbəkələrdə müsavatçıların Əli Kərimli haqqında, cəbhəçilərin isə İsa Qəmbər haqqında “meyxana” qoşması, ən təhqiramiz ifadələrdən istifadə etməsi artıq adi hal alıb. Hətta bəzi partiya rəsmiləri bu məsələdən kampaniya şəklində istifadə olunduğunu belə etiraf etmişdi. Qeyd edək ki, bir müddət öncə Müsavat Partiyasının üzvü Mustafa Hacıbəyli bildirmişdi ki, sosial şəbəkələrdə Müsavat rəhbərinə qarşı təhqir dolu fikirlərin səsləndirilməsi kampaniyasının arxasında Əli Kərimli dayanır. Başqa-başqa adlar altında aparılan bu qarşılıqlı kampaniya isə hələ də davam edir.
Göründüyü kimi, artıq qarşılıqlı ittihamlarla, təhqirlərlə müşayiət olunan polemikalar, qeyri-sivil rəqabət yolunun seçilməsi, müxtəlif yollara əl atılması radikal düşərgənin reallığını bir daha çılpaqlığı ilə nümayiş etdirir. Yaranan birliklərin, partiyalar arasındakı müttəfiqliklərin maddi maraqdan başqa bir şey kəsb etməməsi, aparılan “müzakirələrin” isə yalnız xarici əmi-dayılardan alınası ianələrə yiyələnməkdən başqa bir məna daşımaması onların hansı mənəviyyata malik olduqlarını bir daha ortaya çıxarır. Özünə “demokrat” adı verənlərin bu durumu isə onlara qarşı olan etinasızlığın daha da güclənməsinə yol açır...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

