Siz kimsiniz, Ərəstun Oruclu?
22.09.2012 [15:24]
Məlum olduğu kimi, Avropa Parlamentinin Azərbaycan zabiti Ramil Səfərovun azadlığa çıxması ilə əlaqədar qəbul etdiyi qeyri-obyektiv sənəd cəmiyyətimizdə ciddi narazılıqla qarşılanıb. Sənəddə Ramil Səfərovun azadlığa buraxılmasının Azərbaycanla Ermənistan arasında gərginliyi artırdığı bildirilir. Eyni zamanda, iddia olunur ki, guya qətldə ittiham olunmuş zabitin ekstradisiyası ilə əlaqədar rəsmi Bakı Macarıstan qarşısında diplomatik öhdəlikləri pozub və s. Səsləndirilən bütün ittihamlara, qərəzli fikirlərə cavab olaraq, Azərbaycan rəhbərliyi Ramil Səfərovun azadlığa çıxmasının beynəlxalq və yerli hüquqa əsaslandığını göstərib, ölkəmizə ittihamlar irəli sürən dövlətlərin əsl cinayətkarlara, təhlükəli terrorçulara bəraət qazandırması hallarını faktlar əsasında onların diqqətinə çatdırıb.
Onu da deyək ki, hakim Yeni Azərbaycan Partiyası (YAP) da bu hadisəyə dərhal reaksiya verdi. YAP ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalara müraciət edərək, onları məsələyə münasibət bildirməyə, qəbul olunmuş qərarla əlaqədar Avropa Parlamentinə birgə etiraz müraciəti ünvanlamağa çağırdı. Siyasi mövqeyindən asılı olmayaraq, istər iqtidaryönlü, istərsə də müxalifət mövqeyində olan partiyalar bu çağırışa səs verərək onu dəstəklədilər. Belə ki, bu həmrəyliyi nümayiş etdirmək üçün sentyabrın 14-də iqtidaryönümlü, konstruktiv və radikal müxalifət partiyalarının nümayəndələri Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında toplaşaraq Avropa Parlamentinə etiraz müraciəti imzaladılar. Bu fakt isə ümummilli məsələlərdə birlik və həmrəyliyin nə qədər zəruri olduğunu bir daha təsdiqlədi.
Dağlıq Qarabağ məsələsində xalqın vahid mövqe nümayiş etdirməsi Ərəstun Oruclunu niyə narahat edir?
Ümumiyyətlə, bu gün Azərbaycanın sürətlə inkişaf etməsi, müstəqil siyasət yürütməsi beynəlxalq aləmin də qəbul etdiyi reallıqdır. Ramil Səfərovun azadlığa çıxması da bilavasitə ölkəmizin nüfuzunun ifadəsidir. Təbii ki, bu inkişafımıza sevinən dostlarımız çox olsa da, bunu həzm edə bilməyən xarici qüvvələr də az deyil. Bu qüvvələr başda işğalçı Ermənistan olmaqla, dünyadakı erməni lobbisi və bölgədə maraqları olan bəzi beynəlxalq güclərdən ibarətdir. Həmin qüvvələr hər zaman ölkəmizdə problemlərin yaranmasında maraqlıdırlar, dünyada Azərbaycan haqqında mənfi rəy formalaşdırmağa çalışırlar və hər vəchlə inkişafımızın qarşısını almağa cəhd göstərirlər. Əsas məqsəd isə Dağlıq Qarabağ probleminin həllindən diqqəti yayındırmaq və bu münaqişənin uzun müddət həll edilməməsinə nail olmaqdır. Çünki dünya erməniliyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar status-kvonu saxlamaq istəyir ki, bununla da heç cür razılaşmaq mümkün deyil.
Ona görə də, həmin qüvvələr imkan olan kimi Azərbaycana arxadan zərbə vurmuğa çalışırlar. Elə Ramil Səfərovun azadlığa çıxması ilə əlaqədar onların təşkil etdiyi şou da buna növbəti misaldır. Amma bu məsələdə bütün xalqımız və siyasi qurumlarımız həmrəylik nümayiş etdirir. YAP-ın çağırışı ilə iqtidaryönlü və müxalifət partiyalarının bir araya gəlməsi də ölkəmizdəki böyük həmrəyliyin ifadəsidir.
Bununla belə, təəssüflər olsun ki, müxalifət düşərgəsini təmsil edən bəzi şəxslər siyasi partiyaların Avropa Parlamentinə etiraz müraciətini imzalamalarını əsassız olaraq tənqid edirlər. Onlar xüsusilə sözügedən müraciəti imzalayan müxalif partiyaları hədəfə alaraq həmin partiyaların bu hərəkətləri ilə iqtidara dəstək verdiklərini iddia edirlər. Onlardan biri də İctimai Palatanın üzvü, Şərq-Qərb Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Orucludur. Ə.Oruclu mətbuata verdiyi müsahibəsində iddia edib ki, guya Avropa Parlamentinin qətnaməsi Ramil Səfərov haqqında deyil, Azərbaycan hakimiyyəti ilə bağlıdır. Və o, öz fikirlərini əsassız “arqument”lərlə əsaslandırmağa çalışır. Amma təkcə, Avropa Parlamentinin qətnaməsinin adı hər şeyi açıq şəkildə ifadə edir. Sənədin adı belədir: “Avropa Parlamentinin Azərbaycan haqqında Qətnaməsi: Ramil Səfərov məsələsi”. Yəni, qətnamənin adında söhbətin açıq-aşkar Ramil Səfərovdan getdiyi özünü göstərirsə, bu haqda yanlış fikir yürüdüb, ictimai rəyi çaşdırmaq mümkün deyil.
Ümumiyyətlə, bu fikir hər zaman əsaslı şəkildə vurğulanıb ki, Ramil Səfərov məsələsinə Dağlıq Qarabağ problemi kontekstindən yanaşılmalıdır. Qeyd etdiyimiz kimi, hazırda işğalçı Ermənistan bu məsələdən sui-istifadə edərək özünün işğalçılıq siyasətini davam etdirməyə çalışır. İqtidar və müxalifət partiyalarının Avropa Parlamentinə etiraz müraciəti isə Qarabağ məsələsində milli həmrəyliyin ifadəsini özündə əks etdirir. Bu iradədən kənara çıxanlar isə yalnız və yalnız erməni dəyirmanına su tökənlərdir.
Elə Ə.Oruclunun bu mövqeyi də yalnız düşmənlərimizin maraqlarına xidmət edir. Demək ki, Ə.Oruclu hesab edir ki, vətəndaşlıq mövqeyi Avropa Parlamentinin qərəzli sənədinin qarşılığında susqunluq nümayiş etdirməkdir. Və ya qanuni ekstradisiya prosesinə qarayaxmaların qarşılığında Avropa Parlamentinə Azərbaycan xalqının mövqeyi çatdırılmamalıdır?
Almaniyanın Fridrix Nauman Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri olan Ə.Orculu, bəlkə də, “gözdən qaçırıb”, amma istər Azərbaycan hakimiyyətinin nümayəndələri, istərsə də Almaniyanın, Böyük Britaniyanın və başqa ölkələrin tanınmış siyasətçiləri, parlament üzvləri bu məsələyə münasibətdə reallığı səsləndiriblər. Bildiriblər ki, ekstradisiya məsələsi hüquqi çərçivədə baş tutub. Yəni, R.Səfərovun azadlığa çıxması məsələsində heç bir qanun pozuntusu yoxdur. Elə isə Ə.Oruclunun psevdoAvropa sevgisinin arxasında nə dayanır? Bəlkə, bu məsələdən ermənilərin rəncidə düşməsi Ə.Oruclunun könlünə yatmayıb. Axı...
Fridrix Nauman Fondunun Azərbaycan nümayəndəliyinin rəhbərinin psevdoerməni sevgisinin tarixi qədimdir...
Yuxarıdakı “axı..” səbəbsiz deyil. Belə ki, bu şəxsin “erməni sevgisi”, özü mühafizəkar, “milliyyətçi” yönümlü bir partiyanın üzvü olsa da, “Avropa dəyərləri” eşqi indi yox, hələ bir neçə il öncədən cəmiyyətimizə məlumdur. Xatırlatmaq yerinə düşər ki, Ərəstun Oruclunun oğlu Turan 2009-cu ildə Moskvada keçirilən “Eurovision-2009” yarışmasında Azərbaycan mahnısını təhrif edən, Azərbaycanın musiqi alətini mənimsəməyə çalışan, belə demək mümkündürsə, həm də mədəniyyət təcavüzkarı olan ölkənin-Ermənistanın təmsilçiləri İnqa və Anuş Arşakyan bacılarına səs vermişdi. Həmin vaxt bu faktı Ə. Oruclunun özü də təsdiqləmiş və bildirmişdi ki, oğlunun erməni təmsilçiləri dəstəkləmək üçün onların SMS nömrəsinə səs göndərməsindən bir gün sonra xəbər tutub: “Oğlum səhəri günü bildirdi ki, məktəbdən bir neçə uşaqla birlikdə erməni müğənnilərə səs göndəriblər. Mən də dedim: “Göndərmisiniz, göndərmisiniz də”. Bunu biləndə oğluma heç irad da tutmadım”...
Göründüyü kimi, bu, həmin Ə.Orucludur ki, övladı erməniyə səs verib və özü isə bu addımı dəstəkləyib. Təbii ki, Azərbaycan azad, hüquqi bir dövlətdir və Ə.Oruclunun, yaxud onun oğlunun ermənilərə olan “simpatiya”sına kimsənin etiraz etmək fikri belə yoxdur, bu, Oruclunun şəxsi düşüncəsidir. Ölkəmizin hüdudları daxilində yaşayan, onun vətəndaşlığını daşıyan hər bir şəxs-dinindən, dilindən, millətindən və irqindən asılı olmayaraq, eyni konstitusion hüquqa malikdir. Bu gün Azərbaycanda yaşayan, sayından asılı olmayaraq, bütün millətlər seçib-seçilmək hüququna malikdirlər. Hətta Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll edildikdən sonra Azərbaycanın Qarabağ ərazisində yaşamaq istəyən erməni vətəndaşlarımız da analoji hüquqa malik olacaqlar...
Amma bu gün təcavüzkar bir dövlətin təmsilçisinə, Xocalıda törədilən soyqırımını “yaxşı etmişik” şəklində izah edən bir dövlətin nümayəndəsinə səs verən bir şəxsin vətəndaş mövqeyindən danışmağa mənəvi haqqı çatırmı? Bu gün həmin şəxs hansı haqla müxalifət nümayəndələrini Ramil Səfərovu “cinayətkar” adlandıran Avropa Parlamentinə etiraz etməkdə günahlandırır? Budurmu, vətənpərvərlikdən dəm vuran Oruclunun “vətəndaşlıq mövqeyi”?..
Əslən işğal olunmuş bir rayondan olan Ərəstun Oruclunun “vətəndaşlıq mövqeyi” təfəkkürü...
Digər tərəfdən, nəzərə alsaq ki, bu şəxs özü əslən qarabağlıdır, o zaman əlavə şərhə belə ehtiyac qalmır. İşğal altında olan bir rayondan olan Ramil Səfərovun Qarabağa deyilən həqarətlərin, bayrağımıza qarşı hörmətsizliyin qarşılığında atdığı addımla, başqa bir işğal altında olan rayonumuzdan olan Ə.Oruclunun Ramili ittiham edən Avropa Parlamenti sevgisini necə müqayisə etmək olar? Bu, o deməkdir ki, doğmalarını, əzizlərini ermənilərlə döyüşlərdə itirən birisi 2009-cu ildə beynəlxalq yarışmada onun əzizlərini, doğmalarını qətlə yetirən bir dövlətin nümayəndəsini dəstəkləyirdi, bu gün isə Ramili müdafiə edən müxalifət nümayəndələrinin ittihamçısına çevrilib.
Bir sözlə, Ə.Oruclunun fəaliyyətindən də görünür ki, o, hər zaman milli maraqların əksinə hərəkət etməkdən dividend qazanmağa çalışıb. Elə, əslində, SMS məsələsində də ucuz şou düzəldərək özünü reklam etmək istəyini ortaya qoyurdu. Amma nəzərə alınmalıdır ki, torpaqlarımızın 20 faizinin işğal olunması, 1 milyondan çox insanın öz yurdlarından didərgin düşməsinin baiskarı Ermənistandır. Ə.Oruclunun Ramil Səfərovu müdafiə edənləri “qınaması” isə bir daha bəzi mətləblərə aydınlıq gətirir. Necə deyərlər, hər bir təsadüfün arxasında zərurət dayandığı yenidən təsdiq olunur...
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
01 Noyabr 11:28
Analitik
01 Noyabr 10:53
Siyasət
01 Noyabr 10:38
Sosial
01 Noyabr 10:16
Analitik
01 Noyabr 09:52
Analitik
01 Noyabr 09:35
Sosial
01 Noyabr 09:13
MEDİA
01 Noyabr 08:59
Ədəbiyyat
01 Noyabr 08:24
Dünya
31 Oktyabr 23:46
Siyasət
31 Oktyabr 23:41
Daxili siyasət
31 Oktyabr 23:32
YAP xəbərləri
31 Oktyabr 23:27
Siyasət
31 Oktyabr 23:22
Dünya
31 Oktyabr 23:18
Dünya
31 Oktyabr 22:51
Dünya
31 Oktyabr 22:45
Dünya
31 Oktyabr 22:17
Dünya
31 Oktyabr 21:59
Dünya
31 Oktyabr 21:26
YAP xəbərləri
31 Oktyabr 21:05
Dünya
31 Oktyabr 20:58
Hadisə
31 Oktyabr 20:35
Sosial
31 Oktyabr 20:19
İqtisadiyyat
31 Oktyabr 19:46
Dünya
31 Oktyabr 19:31
Sosial
31 Oktyabr 19:11
Siyasət
31 Oktyabr 18:33
YAP xəbərləri
31 Oktyabr 18:14
YAP xəbərləri
31 Oktyabr 18:02
YAP xəbərləri
31 Oktyabr 17:53
YAP xəbərləri
31 Oktyabr 17:50
İqtisadiyyat
31 Oktyabr 17:25
Hadisə
31 Oktyabr 17:09
Dünya
31 Oktyabr 16:41
Siyasət
31 Oktyabr 16:19
Sosial
31 Oktyabr 16:18
Hadisə
31 Oktyabr 16:13
Dünya
31 Oktyabr 15:32
Dünya
31 Oktyabr 15:06
Hadisə
31 Oktyabr 14:53
Sosial
31 Oktyabr 14:52
Dünya
31 Oktyabr 14:20
Dünya
31 Oktyabr 13:53
Dünya
31 Oktyabr 13:30
Dünya
31 Oktyabr 13:19
Dünya
31 Oktyabr 12:46
YAP xəbərləri
31 Oktyabr 12:33
Siyasət
31 Oktyabr 12:25
Elanlar
31 Oktyabr 12:07
Sosial
31 Oktyabr 11:52
Elm
31 Oktyabr 11:50
Hadisə
31 Oktyabr 11:37
Siyasət
31 Oktyabr 11:20
Siyasət
31 Oktyabr 11:08
Hadisə
31 Oktyabr 11:07
İqtisadiyyat
31 Oktyabr 10:53
İqtisadiyyat
31 Oktyabr 10:52
İqtisadiyyat
31 Oktyabr 10:49
MEDİA
31 Oktyabr 10:30
Analitik
31 Oktyabr 10:16
Analitik
31 Oktyabr 09:52
Siyasət
31 Oktyabr 09:48
Ədəbiyyat
31 Oktyabr 09:34
Analitik
31 Oktyabr 09:15
Sosial
31 Oktyabr 08:57
Sosial
31 Oktyabr 08:31
Hadisə
31 Oktyabr 08:12
Mədəniyyət
31 Oktyabr 08:11
Mədəniyyət
31 Oktyabr 08:10
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |

