Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar Avropa Parlamentinə etiraz məktubu göndərdilər
15.09.2012 [16:41]
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların toplantısı keçirilib. YAP-ın mərkəzi qərargahında keçirilən toplantı Avropa Parlamentinin sentyabrın 13-də Azərbaycan zabiti Ramil Səfərovun azad olunmasına dair qəbul etdiyi qətnamə ilə bağlı olub.
YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov bildirib ki, bu məsələ əqidəsindən və baxışlarından asılı olmayaraq, eyni milli maraqlar ətrafında toplaşmaq istəyən hər bir vətəndaşın və ya siyasi, ictimai təşkilatların münasibət bildirməli olduğu problemdir. Əli Əhmədov qeyd edib ki, məhz bu toplantı ölkəmizdə milli maraqlar uğrunda mübarizə aparmağa hazır olan siyasi təşkilatların iradəsini, istəyini və qətiyyətini ifadə edir. Onun sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən Azərbaycan zabiti Ramil Səfərovun əfv olunması cəmiyyətimiz tərəfindən rəğbətlə qarşılanıb: “Azərbaycan cəmiyyəti dövlət başçısının qərarını birmənalı şəkildə dəstəkləyib və bu dəstəyin mahiyyətinin arxasında dayanan reallıq var. Çünki zabitimizin əfvi haqqında dövlət başçısının Sərəncamı bütövlükdə 9 ilə yaxın davam edən böyük bir ədalətsizliyin aradan qaldırılması məqsədi daşıyıb. Azərbaycan Prezidentinin imzaladığı əfv Sərəncamı cəmiyyətimizin, əslində erməni təcavüzünün, bu təcavüz nəticəsində yaranmış haqsızlığa etirazının ifadəsidir. Buna hər hansı başqa don geyindirmək düzgün olmazdı. Macarıstanda bir neçə il öncə baş vermiş hadisə Ermənistanın ölkəmizə qarşı təcavüzünün ortaya çıxartdığı xoşagəlməyən gerçəklikdir. Nə qədər beynəlxalq təşkilatlar bu münaqişənin həlli istiqamətində ciddi, təsirli və ədalətli addımlar atmayacaqlarsa, belə xoşagəlməz hadisələrin yaranması ehtimalı da qalacaq. Ona görə də, bütün beynəlxalq təşkilatlar bölgəmizlə bağlı həssas problemləri həm müzakirə edəndə, həm də qərarlar qəbul olunanda, sadəcə, ayrıca götürülmüş bir faktı deyil, bu faktın meydana gəlməsi üçün səbəb olmuş reallıqları mütləq şəkildə nəzərə almalıdırlar. Bundan kənarda obyektiv, qərəzsiz, düzgün mövqeyin ortaya qoyulması qeyri-mümkündür”.
Əli Əhmədovun sözlərinə görə, xoşagəlməz hadisə baş versə də, Budapeşt məhkəməsi tərəfindən Ramil Səfərov haqqında həddindən artıq ədalətsiz qərar qəbul olunmuşdu. Amma, bütün bunlara rəğmən, Avropa Parlamenti bu sənədi qəbul etməklə obyektivliyini qoruya bilməyib.
“Təşkilat bu problemin meydana gəlməsinə səbəb olmuş detalların qulaqardına vurulmasına, həssas bölgəmizdə proseslərin bundan sonra da gərginləşməməsinə xidmət edə bilməyəcək qərar qəbul edib. Avropa strukturlarının çoxu kimi, Avropa Parlamenti də belə bir reallığa göz yummaqda davam edir ki, Azərbaycanla Ermənistan arasında gərginliyin yeganə səbəbi məlum münaqişə və Azərbaycan torpaqlarının 20 ildən artıq işğal altında olmasıdır. Avropa Parlamentinin yaşadığımız bölgədə gərginliyin artmasından narahatlıq keçirməsi özlüyündə təqdirəlayiq sayılmalıdır. Lakin onların narahatlıq keçirmələri səmimi olsaydı, 20 il ərzində münaqişənin aradan qaldırılması üçün təsirli addımlar atardılar. Ermənistanın təcavüzünü aradan qaldırmaq yönündə real bir iş görmədən gərginliyin artmasından narahatlıq ifadə etmək qeyri-səmimilikdir”, - deyə YAP Sədrinin müavini vurğulayıb.
Əli Əhmədov xatırladıb ki, artıq Xarici İşlər Nazirliyi məsələyə rəsmi mövqeyini bildirib. Bu da ondan ibarətdir ki, Avropa parlamentariləri məsələni dərindən öyrənmədən, mövzuya səthi yanaşaraq, mahiyyət etibarilə qeyri-obyektiv, birtərəfli, Azərbaycana qarşı çevrilmiş sənəd qəbul ediblər. YAP Sədrinin müavini məsələ ilə bağlı siyasi partiyaların Avropa Parlamentinə etiraz müraciətinin göndərilməsinin zəruriliyini vurğulayıb.
Bu təklif toplantıda iştirak edən bütün siyasi partiyaların nümayəndələri tərəfindən dəstəklənib və müraciətlə əlaqadar öz fikirlərini bildiriblər. Azərbaycan Sosial Rifah Partiyasının sədri, millət vəkili Xanhüseyn Kazımlı Avropa Parlamentinin qəbul etdiyi sənədin qərəzli olduğu bildirib. Onun sözlərinə görə, beynəlxalq qurumlar hər bir məsələyə obyektiv yanaşmalıdır.
Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan YAP-ın bu təşəbbüsünü müsbət qiymətləndirib. O, bildirib ki, Azərbaycana qarşı ədalətsiz qərarlar pislənməlidir: “Ən yaxşı müdafiə hücumdur. Ermənistan bizim torpaqlarda insanlığa qarşı cinayətlər törədiblər. Minlərlə dinc insan girovluqdadır ki, bu da bütün bəşəri, humanizm prinsiplərinə ziddir. Bütün bu faktları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıyıq. Ramil Səfərovun azad olunmasına gəlincə, bu, beynəlxalq hüquqa və qanunlara uyğundur”.
Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı Avropa Parlamentinin ikili standartlardan çıxış etdiyini deyib. O, qeyd edib ki, belə qurumlar məsələnin mahiyyətindən yayınaraq qərəzli mövqe nümayiş etdirirlər: “Beynəlxalq qurumlar və dövlətlər İranı terroru dəstəkləyən dövlət kimi sanksiyalara məruz qoyurlarsa, Ermənistana qarşı da eyni addımlar atmalıdırlar”.
BAXCP sədri Qüdrət Həsənquliyev, AXCP sədrinin nümayəndəsi Razi Nurullayev, Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı, ADP sədrinin birinci müavini Həsrət Rüstəmov və başqaları çıxış edərək Avropa Parlamentinin qərarını pisləyiblər. Bildirilib ki, Azərbaycan cəmiyyətinin zabitimiz Ramil Səfərovun azadlığa çıxması ilə bağlı mövqeyini dəstəkləyir və siyasi partiyalar olaraq bu hadisəni yüksək qiymətləndirirlər. Bütün çıxışlarda qeyd olunub ki, ümummilli məsələlərdə cəmiyyətimiz, o cümlədən, siyasi partiyalar vahid mövqe nümayiş etdirməlidir. Bu toplantı bu həmrəyliyi təsdiq edən faktdır.
Toplantının sonunda siyasi partiyalar tərəfindən Avropa Parlamentinə etiraz müraciəti qəbul olunub. Müraciətdə qeyd olunur ki, BMT, ATƏT, Avropa Şurası və bir sıra nüfuzlu qurumlarda layiqincə təmsil olunmuş, həmin qurumların qəbul etdiyi konvensiyalara və digər hüquqi sənədlərə qoşulmuş Azərbaycan bu gün Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığında fəal iştirak etməklə və Avropa İttifaqının Cənubi Qafqaz ölkələri ilə Assosiativ sazişə sadiqliyini bəyan edir.
Müraciət müəllifləri qeyd ediblər ki, Avropa Parlamenti Cənubi Qafqaz və Azərbaycanla bağlı dəfələrlə müxtəlif xarakterli qətnamə və qərarlar qəbul edib. Qəbul edilən sənədlərdə Azərbaycanın üzləşdiyi əsas problem - Ermənistanın təcavüzü, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar, obyektiv fikirlər də özünə yer tapıb. Lakin bəzi hallarda Avropa Parlamentində təmsil olunan deputat qrupları bu və ya digər maraqlar naminə, xüsusilə erməni lobbisinin təsiri altında reallığı təhrif edən sənədlər qəbul edib. Təbii, bu cür sənədlərin qəbulu Azərbaycan ictimai rəyində və siyasi mühitində birmənalı qarşılanmır.
“Azərbaycan ordusunun zabiti Ramil Səfərovun Azərbaycana ekstradisiyası və ölkə Prezidenti tərəfindən əfv olunması məsələsi ilə bağlı qəbul olunmuş qətnamə, bütövlükdə, qeyri-obyektiv olmaqla, Ermənistanın və erməni lobbisinin maraqlarına xidmət edir”-müraciətdə belə bildirilir.
Müraciətdə daha sonra qeyd olunur ki, Azərbaycanın 20 faiz torpaqlarını işğal edərək bir milyona yaxın insanı qaçqına çevirən təcavüzkar Ermənistanın törətdiyi hərbi cinayətləri, işğal faktını və dalana dirənən sülh danışıqları prosesində tutduğu qeyri-konstruktiv mövqeyi ört-basdır etmək cəhdindən başqa bir şey deyildir. Öz yaxın tarixi ərzində dəfələrlə dünyanın müxtəlif yerlərində qanlı terror əməlləri törətmiş caniləri (ASALA terror təşkilatının üzvləri: Monte Melkonyan, Vazgen Sislyan, Varujan Karapetyan və s.) Ermənistana gətirərək onlara vətəndaşlıq pasportu verən bir ölkənin indiyədək Avropanın heç bir beynəlxalq qurumu tərəfindən qınağa məruz qalmaması faktı, Azərbaycan ictimai rəyində hiddət və təəssüf doğurmuşdu. Halbuki, bu terrorçular Ermənistana ekstradisiya edildikdən sonra bu ölkənin hərbi birləşmələri tərkibində Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində dinc əhaliyə qarşı bir sıra ağır hərbi cinayətlər, o cümlədən, Xocalı soyqırımını törətmişlər. Hesab edirik ki, Avropa Parlamenti kimi nüfuzlu beynəlxalq təşkilatlar Ermənistanın təcavüzkarlığına rəvac verən qərarlar qəbul etmək əvəzinə, iki ölkə arasında olan konfliktin sülh yolu ilə həlli istiqamətində ardıcıl addımlar atsaydılar, daha məqsədəuyğun olardı.
Siyasi partiyaların Avropa Parlamentinə müraciətində son olaraq bildirilir: “Biz, siyasi yönümündən asılı olmayaraq, müraciəti imzalayan partiyalar Azərbaycan cəmiyyətinin bu mövzudakı həssaslığını və narahatlığını ifadə edərək, bir daha Avropa Parlamentinin qəbul etdiyi məlum qətnaməyə öz qəti və birmənalı etirazımızı bildirir, bu sənəddə əks olunan müddəaları qeyri-obyektiv və ikili standartların növbəti təzahürü hesab edirik”.
Müraciəti müzakirələrdə səslənmiş əlavə və dəyişikliklərlə bağlı təkliflər nəzərə alınmaqla,
Yeni Azərbaycan Partiyası
Ana Vətən Partiyası
Sosial Rifah Partiyası
Müsavat Partiyası
Azərbaycan Xalq Partiyası
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası
Azərbaycan Xalq Cəbhəsi Partiyası
Böyük Quruluş Partiyası
Vətəndaş və İnkişaf Partiyası
Azərbaycan Liberal Partiyası
Azərbaycan Demokrat Partiyası
Azərbaycan Milli İstiqlal Partiyası
Milli Dirçəliş Hərəkatı Partiyası
Ədalət Partiyası
imzalayıblar.
Müraciət digər siyasi partiya və ictimai təşkilatlar tərəfindən imzalanmaq üçün açıqdır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
31 Oktyabr 23:46
Siyasət
31 Oktyabr 23:41
Daxili siyasət
31 Oktyabr 23:32
YAP xəbərləri
31 Oktyabr 23:27
Siyasət
31 Oktyabr 23:22
Dünya
31 Oktyabr 23:18
Dünya
31 Oktyabr 22:51
Dünya
31 Oktyabr 22:45
Dünya
31 Oktyabr 22:17
Dünya
31 Oktyabr 21:59
Dünya
31 Oktyabr 21:26
YAP xəbərləri
31 Oktyabr 21:05
Dünya
31 Oktyabr 20:58
Hadisə
31 Oktyabr 20:35
Sosial
31 Oktyabr 20:19
İqtisadiyyat
31 Oktyabr 19:46
Dünya
31 Oktyabr 19:31
Sosial
31 Oktyabr 19:11
Siyasət
31 Oktyabr 18:33
YAP xəbərləri
31 Oktyabr 18:14
YAP xəbərləri
31 Oktyabr 18:02
YAP xəbərləri
31 Oktyabr 17:53
YAP xəbərləri
31 Oktyabr 17:50
İqtisadiyyat
31 Oktyabr 17:25
Hadisə
31 Oktyabr 17:09
Dünya
31 Oktyabr 16:41
Siyasət
31 Oktyabr 16:19
Sosial
31 Oktyabr 16:18
Hadisə
31 Oktyabr 16:13
Dünya
31 Oktyabr 15:32
Dünya
31 Oktyabr 15:06
Hadisə
31 Oktyabr 14:53
Sosial
31 Oktyabr 14:52
Dünya
31 Oktyabr 14:20
Dünya
31 Oktyabr 13:53
Dünya
31 Oktyabr 13:30
Dünya
31 Oktyabr 13:19
Dünya
31 Oktyabr 12:46
YAP xəbərləri
31 Oktyabr 12:33
Siyasət
31 Oktyabr 12:25
Elanlar
31 Oktyabr 12:07
Sosial
31 Oktyabr 11:52
Elm
31 Oktyabr 11:50
Hadisə
31 Oktyabr 11:37
Siyasət
31 Oktyabr 11:20
Siyasət
31 Oktyabr 11:08
Hadisə
31 Oktyabr 11:07
İqtisadiyyat
31 Oktyabr 10:53
İqtisadiyyat
31 Oktyabr 10:52
İqtisadiyyat
31 Oktyabr 10:49
MEDİA
31 Oktyabr 10:30
Analitik
31 Oktyabr 10:16
Analitik
31 Oktyabr 09:52
Siyasət
31 Oktyabr 09:48
Ədəbiyyat
31 Oktyabr 09:34
Analitik
31 Oktyabr 09:15
Sosial
31 Oktyabr 08:57
Sosial
31 Oktyabr 08:31
Hadisə
31 Oktyabr 08:12
Mədəniyyət
31 Oktyabr 08:11
Mədəniyyət
31 Oktyabr 08:10
İdman
31 Oktyabr 08:08
Sosial
31 Oktyabr 08:01
Gündəm
31 Oktyabr 07:42
Dünya
30 Oktyabr 23:55
İdman
30 Oktyabr 23:31
YAP xəbərləri
30 Oktyabr 23:14
Dünya
30 Oktyabr 22:52
YAP xəbərləri
30 Oktyabr 22:35
Dünya
30 Oktyabr 22:10
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |

