/ / Seth Onyanqo: COP29-da aparılan müzakirələr nəticəsində real nəticələrin əldə olunacağına ümidvaram
Seth Onyanqo: COP29-da aparılan müzakirələr nəticəsində real nəticələrin əldə olunacağına ümidvaram
19.11.2024 [23:47]
COP29 iqlim konfransının belə yüksək səviyyədə təşkil olunmasından heyrətə gəldim. Bu tədbirin olduqca səliqəli və gözəl təşkil edildiyini düşünürəm. Bakı inanılmaz dərəcədə gözəl şəhərdir. Bura məndə böyük təəssürat yaratdı. Azərbaycanın Bakı şəhəri gözəl, əhalisi isə çox mehriban və qonaqpərvərdir. Burada insanların gülümsəməsi diqqətimi çəkdi, çünki Almaniyada bu qədər gülümsəyən insanlar görmək çətindir. Ümid edirəm ki, konfransda danışıqların sonunda real nəticələr əldə olunacaq.
Bu sözləri COP29-da iştirak etmək üçün Almaniyadan ölkəmizə gələn jurnalist, “Foundation Philanthropy Advices” təşkilatının nümayəndəsi, “Bed Star Agency”nin redaktoru, əslən keniyalı olan Seth Onyanqo AZƏRTAC-a açıqlamasında deyib.
“Təmsil etdiyim təşkilatın əsas məqsədi Afrikaya dair mövcud stereotipləri dəyişmək və qitəni dünyaya daha obyektiv təqdim etməkdir. Biz Afrikanı daim böhran və zorakılıq xəbərləri ilə gündəmə gətirən media yanaşmasından fərqli olaraq, sadə, rasional, bəzən isə gündəlik çətinliklər və gözəlliklərlə yaşayan insanların vətəni kimi təsvir etməyə çalışırıq. Keniyada iqlim dəyişikliyi ilə bağlı ciddi problemlər var. Məsələn, ölkəmizdə rekord səviyyədə daşqınlar baş verir, bəzi bölgələrdə isə əksinə, quraqlıq müşahidə edilir. Əkinçiliklə məşğul olan insanlar artıq əvvəlki kimi məhsul əkə bilmirlər, çünki hava şəraiti tamamilə dəyişib. Bu, birbaşa iqlim dəyişikliyinin nəticəsidir. Ümid edirəm ki, liderlər bu problemləri həll etmək üçün vəsait ayıracaq və insanların uyğunlaşmasına dəstək olacaqlar. Bu kimi çətinliklərin qarşısını almaq üçün müvafiq tədbirlərin görülməsi çox vacibdir”.
Xəbər lenti
Hamısına baxHadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59

