COP29 Azərbaycan Əməliyyat Şirkəti beynəlxalq ISO 450001 sertifikatına layiq görülüb
04.10.2024 [11:35]
COP29 Azərbaycan Əməliyyat Şirkəti müstəqil nəzarət, audit, sertifikatlaşdırma və risklərin idarə olunması sahəsində ixtisaslaşmış qlobal “Bureau Veritas Certification Holding SAS” şirkətinin apardığı xarici audit prosesi nəticəsində beynəlxalq ISO 45001 idarəetmə sistemi sertifikatını əldə edib. AZƏRTAC xəbər verir ki, bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkətinin (ƏŞ) mətbuat ofisindən məlumat verilib.
Sertifikat oktyabrın 2-də Azərbaycanda səfərdə olan “Bureau Veritas” şirkətinin rəsmisi Nahla Abid tərəfindən COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova ilə görüş zamanı təqdim olunub.
Görüşdə tərəflər təhlükəsiz iş mühitinin qurulmasının əhəmiyyəti barədə müzakirələr aparıb. N.Abid sözügedən beynəlxalq sertifikatın əldə edilməsinin COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən dayanıqlı strateji yanaşma və əməyin mühafizəsi tədbirlərinin yüksək səviyyədə təmin olunmasının nəticəsi olduğunu qeyd edib. O, Əməliyyat Şirkətinin bu sahədə beynəlxalq standartlara uyğun fəaliyyət göstərməsinin təqdirəlayiq olduğunu bildirib. N.Carçalova bu nailiyyətin davamlı olaraq iş şəraitinin təkmilləşdirilməsinə və təhlükəsizliyin daha da artırılmasına töhfə verəcəyini vurğulayıb.
Qeyd edək ki, ISO 45001 standartı müəssisələrdə qəzaların qarşısının alınması, əməyin mühafizəsi və işçilər üçün təhlükəsizlik şəraitinin təmin olunması məqsədilə tətbiq edilən qlobal səviyyəli idarəetmə sistemidir. Bu standartın məqsədi iş mühitinin sağlam və təhlükəsiz olmasını təmin etməklə yanaşı, əməyin təhlükəsizliyini artırmaq və mümkün riskləri minimuma endirməkdir. Bu sertifikatla COP29 Azərbaycan Əməliyyat Şirkəti işçilərinin sağlamlığını və təhlükəsizliyini təmin etmək üçün beynəlxalq standartlara uyğun sistemlər tətbiq etdiyini bir daha təsdiq edir.
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16

