Ekoloq: Azərbaycan COP29-a ev sahibliyi etməklə qlobal liderlik missiyasını öz üzərinə götürüb
17.09.2024 [15:03]
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi iqlim dəyişikliyi probleminin həllində dünya ictimaiyyətinin səylərini birləşdirən əlamətdar hadisəyə çevrilə bilər.
Bunu AZƏRTAC-a açıqlamasında ekoloq, biologiya üzrə fəlsəfə doktoru Fikrət Cəfərov deyib.
O bildirib ki, iqlim dəyişikliyi probleminin həlli, ilk növbədə, inkişaf etmiş ölkələrin maksimum iştirakından asılıdır. BMT-nin İqlim Dəyişikliyi Konvensiyasının qəbul edilməsindən 30 ildən çox vaxt keçib və bu konvensiyaya qoşulan tərəflərin 29-cu konfransı keçirilir, lakin real nailiyyətlər çox azdır. Beynəlxalq ictimaiyyət Tokioda (Kyoto protokolu), Parisdə və Dohada keçiriləcək konfransların əsas problemləri həll edəcəyinə və ölkələrin real proqram qəbul edəcəyinə ümid bəsləyirdi. Lakin inkişaf etmiş ölkələr, ilk növbədə, ABŞ, Çin, Rusiya və Avropa İttifaqı razılığa gələ bilmədilər.
Bu məsələdə əsas problemin maliyyələşdirmə olduğunu qeyd edən F.Cəfərov deyib: “İqlim dəyişikliyi ilə mübarizədə 100 milyarddan çox vəsait tələb olunur. Bu vəsaitlər artıq iqlim dəyişikliyindən təsirlənmiş və aclıq, yoxsulluq, deqradasiya təhlükəsi altında olan ölkələrdə inkişaf proqramlarının uzunmüddətli maliyyələşdirilməsi üçün vacibdir. Bu problemi həll etmədən iqlim dəyişikliyi proseslərini dayandırmaq mümkün deyil. Alternativ enerji, yaşıl iqtisadiyyat və sair üzrə bütün real layihələr qlobal iqlim dəyişikliyi problemini həll edə bilməyəcək”.
Tərəflərin konfranslarının əsas hissəsinin inkişaf etmiş ölkələrdə təşkil olunduğunu diqqətə çatdıran ekoloq bunun az effektli olduğunu qeyd edib. Onun sözlərinə görə, bunun da səbəbi inkişaf etmiş ölkələrin qəbul olunmuş qərarların icrası proseslərinin əlaqələndirilməsi və bu prosesə nəzarət edilməsi məsələsində razılığa gələ bilməməsi idi.
“İqlim dəyişikliyinə faktiki olaraq heç bir mənfi təsiri olmayan Azərbaycan bu gün iqlim dəyişikliyindən əziyyət çəkən bütün ölkələrin adından çıxış edir və konkret həll yolları təklif edir. “İnkişaf etmiş ölkələr” sırasına daxil olmayan ölkə ilk dəfə olaraq regional deyil, qlobal liderlik missiyasını öz üzərinə götürüb. Azərbaycan iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal proqramı təmin etmək üçün böyük səylər göstərməyə (həm maliyyə, həm də bəşəri) hazırdır. Konkret nəticələr əldə etmək üçün real imkan var. Məhz bu, böyük və ağır yükü öz üzərinə götürən Azərbaycan Prezidenti İlham Əliyevin xidmətidir. Biz hamımız bir araya gəlib bu təşəbbüsləri dəstəkləməliyik. Biz yalnız birlikdə olaraq iqlim dəyişikliyini dayandıra bilərik”, - deyən Fikrət Cəfərov fikirlərini yekunlaşdırıb.
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43

