Ford Fusion (Mondeo)
24.04.2012 [21:01]
2013-cü model ilinin avtomobili Ford Mondeo üç növ mühərrik versiyaları ilə təklif olunur: benzin mühərriki, hibrid (Hybrid) və elektrik şəbəkəsi vasitəsilə enerji yığan hibrid (Energi). Benzin mühərrikləri dörd silindrli EcoBoost motorları ilə təmsil olunub. Onlardan biri 1,6 litr həcmə və 179 at gücünə, digəri isə 2,0 litr həcmə və 237 at gücünə malikdir (3,0 litr həcmli altı silindrli mühərrik artıq tarixə qovuşub). Hibrid mühərrikləri isə 2,0 litr həcmə və 185 at gücünə malik motorlarla (Atkinson tsikli ilə) təmsil olunacaq. Yeri gəlmişkən, Energi versiyası təkcə elektrik mühərriki ilə də hərəkət edə biləcək. Hibrid aqreqatlı avtomobil həm də tam ötürücü ilə təklif olunacaq. Qeyd edək ki, amerikanlar üçün Fusion modelinin əvvəlki versiyaları da tam ötürücülü idi.
Zahirən sedan olduqca cazibədar görkəm alıb və idman cizgiləri əldə edib, iri radiator barmaqlığı, daraldılmış əsas faralar, kuzovun iti və dəqiq xətləri, güclü kapot buna əyani sübutdur. Bu avtomobildə ötən il ictimaiyyətə təqdim edilmiş Evos konseptinin cizgiləri sezilir. Yeni Fusion bütün müasir tələblərə cavab verir. Mərkəzi konsol sensor displeylə təchiz olunub, əsas idarəetmə düymələri sükana keçirilib. MyFordTouch sistemini səs göstərişləri vasitəsilə də idarə etmək olar.
Avtomobil kifayət qədər zəngin elektronika paketi əldə edib: dayandırıcı əyləcin elektrik ötürücüsü, hərəkət zolağına nəzarət edən sistem, parkinqə yardım edən sistem, görünməyən zonalara nəzarət edən sistem, adaptiv kruiz-kontrol və əlbəttə ki, təhlükəsizlik yastıqları. Bütün bunlar artıq baza komplektasiyasına daxildir. Yeri gəlmişkən, 1,6 litr həcmli mühərriki olan Fusion 2013 avtomobili avtomat transmissiyalı ilk Ford modelidir ki, Auto-Start-Stop sistemi ilə təchiz olunub. Bu sistem atmosferə buraxılan zərərli tullantıların miqdarını azaldır və yanacağa 3,5% qənaət edir.
Avropada yeni avtomobilin premyerası payızda baş tutacaq. Hibrid motorların Avropa bazarına ixrac edilməsi hələlik planlaşdırılmır. Buna görə də Ford alternativ variant qismində dizel modifikasiyalarını nəzərdə tutub.
Mənbə: Avtomobil.az
Xəbər lenti
Hamısına baxİdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29

