Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Bakı Fransa kolonializminə yox deyir

Bakı Fransa kolonializminə yox deyir

03.04.2024 [10:11]

Bu dövlətin müstəmləkəçilik siyasətinin ifşası davam edir

Afrikada olduğu kimi, dənizaşırı ərazilərdə yerləşən ada ölkələrinin də Fransanın qatı müstəmləkəçilik və sümürmə siyasətinə qarşı etirazları dönməz xarakter alır. Bu gün əksər müstəmləkə ölkələrində Fransanın mövcudluğu nifrətlə qarşılanır. Cəmiyyətlərin, müxtəlif xalqların və icmaların təpkiləri artır, hər yerdə “Rədd ol, Fransa” şüarları eşidilir. Prezident Emmanuel Makronun şəkillərinin ayaqlar altına atılaraq tapdanılması adi hala çevrilib. Son vaxtlarda Fransanın müstəmləkəçilik siyasətinə qarşı etiraz səsini ucaldan ölkələrdən biri də Yeni Kaledoniyadır.

Dəyişməyən siyasət

“Fransanın hazırda Sakit Okean regionunda siyasəti keçmişdəki, daha doğrusu, 1960-cı illərdəki fəaliyyətindən heç nə ilə fərqlənmir və o, Yeni Kaledoniyada eynən bu cür fəaliyyət göstərir”. Bu fikirləri Yeni Kaledoniya parlamentinin Ailə və Qadın Məsələləri üzrə Komissiyasının sədr müavini Mari-Lin Sakiliya KİV-ə açıqlamasında ifadə edib. O vurğulayıb ki, dövlətin suverenliyinin elan olunması əməkdaşlıq sazişlərinin imzalanmasına hazırlıqdır. Bu, Fransanın Sakit Okean regionunda Hindistan və Avstraliya kimi ölkələrlə imzalayacağı bir sıra ikitərəfli sazişlərin davamıdır.

Bəşəriyyət XXI əsrdə yeni inkişaf mərhələsinə daxil olub. İndi çağırışlar və düşüncə tərzi dəyişib. Ancaq transformasiyalar dövrünü yaşayan Avropada aparıcı dövlət iddialarından çıxış edən Fransa bir çox məsələlərdə açıq-aşkar mühafizəkarıq edir. Ölkənin təxminən beş yüz illik qanlı tarixə malik müstəmləkəçilk siyasətindən hələ də ciddi-cəhdlər göstərərək əl çəkməməsi buna əyani sübutdur. Prezident Emmanuel Makron və onun komandasında yer alan yüksəksəviyyəli rəsmilər Fransanı dünyaya necə müasir dövlət kimi təqdim edə bilərlər ki, burada hələ də keçmiş müstəmləkə ölkələrinə aşağılayıcı münasibət dəyişməyib?

Hazırda 13 dənizaşırı ərazini müstəmləkəsi kimi idarə edən, həmçinin dünyanın müxtəlif qitələrində yerləşən keçmiş müstəmləkələrinin daxili işlərinə qarışan Fransa beynəlxalq təşkilatların və müstəqillik uğrunda mübarizə aparan xalqların uzun illərdir tələblərinə baxmayaraq, neokolonializm siyasətini davam etdirir. Fransanın müstəmləkəçilik siyasəti həyata keçirdiyini təsdiqləyən faktların siyahısı çox uzundur. Əlcəzair, Mərakeş, Tunis, Mali, Cibuti, Nigeriya, Çad, Seneqal, Benin, Kot-d’İvuar, Mərkəzi Afrika Respublikası, Qabon, Toqo, Kamerun, Vyetnam, Qəmər Adaları İttifaqı, Haiti və digər ölkələrdə bir neçə milyon günahsız insan, o cümlədən qadınlar və uşaqlar Fransa tərəfindən qətlə yetirilib.

Təxminən 250 min əhaliyə və 20 min kvadratkilometr əraziyə malik olan Yeni Kaledoniya adası Sakit Okeanda Avstraliya ilə Yeni Zelandiyanın arasında yerləşir. Hələ 3500 il əvvəl məskunlaşmış bu adanın sakinlərini “melazeniyalılar” adlandırırlar. Ada 1774-cü ildə məşhur ingilis səyyahı Ceyms Kuk tərəfindən kəşf olunub və Kaledoniya adlandırılıb.

Parçala, hökm sür!

Fransız missionerlərinin adaya ayaq açması XIX əsrin ortalarına təsadüf edir. 1853-cü ildə isə Fransa adanı özünün müstəmləkəsi elan edib və həmin tarixdən də ada dövlətinin qara günləri başlayıb.

Ada sakinləri ötən əsrin 80-ci illərindən etibarən Fransanın ağır müstəmləkəçilik siyasətinə qarşı etirazlara başlayıblar. Onların yeganə məqsədi Fransanın sərhəd tanımayan zülmündən birdəfəlik qurtulmaqdır. Fransa isə hər vəclə bunun qaşısını almağa çalışır. E.Makron hakimiyyəti Yeni Kaledoniyanın müstəqilliyinin qəti əleyhinədir və bu məqsədlə “parçala, hökm sür” siyasəti həyata keçirir. Demoqrafik vəziyyətin dəyişdirilməsi Fransanın çirkin məqsədlərinin siyahısında yer alır. Bunun nəticəsidir ki, adanın aborogen sakinləri ilə gəlmələr arasında tez-tez ixtilaflar baş qaldırır. Fransa hakimiyyəti isə bundan sui-istifadə etməklə müstəqillik ideyalarını boğmağa çalışır.

Nəticə göz önündədir. Müstəqillik uğrunda keçirilən referendumlara qatılanların sayı getdikcə azalır və yerli əhalinin mövqeləri zəifləyir. Komissiya sədrinin müavininin sözlərinə görə, 2020-ci ildən Fransa dəfələrlə Yeni Kaledoniyanı öz tərkibində saxlamağa çalışıb. “Bu, üçüncü və sonuncu referendum rekord sayda iştirak etməyənlərlə yadda qalıb, hər ikinci seçicidən çoxu səsverməni boykot edib. Lakin nazirlər Sebastyen Lekorno və Jerald Darmanin “beləliklə yaranan vəziyyətə” cavab olaraq Yeni Kaledoniyanın institusional gələcəyinin müzakirəsinə başladılar. Onlar ikinci qanunvericilik referendumundan sonrakı gün 10-a qədər siyasi xadimin rəhbərliyi altında “Lepredour” qrupu yaradıldıqdan və imzalayanlar Komitəsini bağlı qapılar arxasında dialoqla əvəz etdikdən sonra müzakirələrin formatını dəyişərək, buraya vətəndaş cəmiyyəti və yerli iqtisadi aktorları da daxil etdilər”, - deyə Mari-Lin Sakiliya bildirib. 

Sərhəd tanımayan sümürmə siyasəti

Afrikada və digər dənizaşırı ərazilərdə olduğu kimi, Fransa Yeni Kaledoniyada da sərhəd tanımayan sümürmə siyasəti həyata keçirir. Paris ada  ölkəsində genişmiqyaslı iqtisadi məqsədlər güdür. İlk növbədə onu qeyd edək ki, bölgə balıq çeşidləri ilə zəngindir. Satış bazarı isə məhdudur. Bundan istifadə edən Fransa Yeni Kaledoniya vasitəsilə Sakit okeanın dəniz nemətlərindən gen-bol bəhrələnərək bundan böyük həcmlərdə gəlir qazanır.

Yeni Kaledoniya nikel ehtiyatları ilə zəngin bir diyardır. Mari-Lin Sakiliyanın verdiyi məlumata əsasən,  ada ölkəsi nikel hasilatına 1876-cı ildə başlayıb. Hasilat indiyədək davam edir. Ümumi istehsal (1876-2015) 6,21 milyon ton nikel olub. Bu, dünya üzrə nikel hasilatının 10,2 faizinə bərabərdir. Lakin nikel hasilatı da bütünlüklə Fransa şirkətlərinin inhisarındadır. Nikelin hasilatı və emalı üçün gərək olan investisiya və texnalogiya ada dövlətinin imkanı xaricindədir. Fransa da bundan sui-istifadə etməklə Nikel hasiatından gələn gəlirlərin böyük hissəsinə sahiblənir.

Parisin ada dövlətinin müstəqilliyinin əleyhinə çıxması və müxtəlif vasitələrlə referendumları baykot etməsi həm də Fransanın hərbi-siyasi məqsədləri ilə bağlıdır. Fransa bölgədə 8 min hərbçi yerləşdirib. Yeni Kaledoniya müstəqilliyini qazanarsa, Fransa həm bölgənin nemətlərindən bəhrələnə bilməyəcək, həm də hərbçiləri adaları tərk etmək məcburiyyətində qalacaq. Paris bunu istəmir.  Afrikada sıxışdırlan Fransa Yeni Kaledoniyada mövcudluğunun ömrünü hər vəchlə uzatmağa çalışır.

Kolonializm siyasətinin ifşasında Azərbaycanın minnətdarlıq doğuran fəaliyyəti

Azərbaycan özünün ardıcıl siyasətində haqq və ədalət prinsipinə əsaslanır. O cümlədən ölkəmiz XXI əsrin utanverici təzahürü olan Fransanın müstəmləkəçilk siyasətinin ifşasında mühüm rol oynayır ki, bu da həm Arikanın, həm də dənizaşırı ərazilərin müstəmləkə ölkələrinin xalqları tərəfindən minnətdarlıqla qarşılanır. Mari-Lin Sakiliya bildirib ki, Azərbaycan Fransa neokolonializmi ilə mübarizədə mühüm rol oynayır. Fikirlərinə davam edən komissiya sədrinin müavini vurğulayıb:  “Azərbaycanın sədrliyi altında Bakı Təşəbbüs Qrupunun fəaliyyəti beynəlxalq ictimaiyyətin Fransanın keçmiş müstəmləkələrində aktivliyini qoruyub saxlamaq istəyi barədə məlumatlılığının artmasına mühüm töhfə verib. Bu, həmçinin Avropanın xammal bazarına təsir etmək cəhdləri, xüsusən Fransanın aparıcı sənaye sahələrinin qarşısında duran problemlər barədə məlumatlılığı artırmağa kömək edir”.

Ölkəmizin Fransa müstəmləkəçiliyinin ifşası istiqamətində fəaliyyətləri ardıcıl səciyyə daşıyır. Xatırladaq ki, 2023-cü il iyulun 6-da Bakıda Azərbaycanın üzv olduğu Qoşulmama Hərəkatının Əlaqələndirmə Ofisinin Nazirlər Toplantısında Martinik, Qayana, Yeni Kaledoniya, Fransız Polineziyası, Uollis, Futuna və Solomon adalarının nümayəndələri də iştirak ediblər. Müzakirələr zamanı Qoşulmama Hərəkatının müstəmləkəçilik və yeni müstəmləkəçilik təcrübələrinə qarşı mübarizədə prinsipial mövqeyinin əsaslılığı və aktuallığı təsdiqlənib. İştirakçılar Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupunun yaradılması barədə razılığa gəlib, sonda yekun bəyannamə qəbul edilib.

Ötən il sentyabrın 22-də isə Azərbaycanın təşəbbüsü ilə ABŞ-ın Nyu-York şəhərində BMT-nin Baş qərargahında BMT Baş Assambleyasının ümumi müzakirələri çərçivəsində dənizaşırı ölkə nümayəndələrinin “Müstəmləkəçiliyə son qoyulması: Sakit inqilab” adlı konfransı təşkil edilib. Konfransda Fransanın müstəmləkəçilik siyasəti, insan azadlığı, ölkələrin müstəqilliyi əleyhinə addımları diqqətə çatdırılıb. Əlavə edək ki, Bakı Təşəbbüs Qrupu çərçivəsində müxtəlif səviyyədə tədbirlər davam etdirilir. 2023-cü il noyabrın 21-də Bakıda “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı” mövzusunda konfrans təşkil edilib. Bu və digər tədbirlərdə Azərbaycan dövlətinin və cəmiyyətinin Fransanın kolonializm siyasətinə kəskin etirazları ifadə olunub.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 228 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Maraqlı

Mədəniyyət

MEDİA

İqtisadiyyat

Xəbər lenti

Analitik

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31