Köhnə “müəlliflər”, köhnə “məktublar”...
10.10.2026 [11:16]
Ənənəvi konqresmenlərin ənənəvi “müraciət” cəhdi
Ötən ilin avqustunda Vaşinqtonda keçirilən ABŞ-Azərbaycan-Ermənistan üçtərəfli görüşü Cənubi Qafqazda sülhün təminatı, yeni təhlükəsizlik arxitekturasının yaradılması baxımından mühüm bir tarixi hadisə kimi yadda qaldı. Üçtərəfli görüşdə əldə olunan razılaşmalar, sülh sazişi layihəsinin paraflanması, imzalanan Birgə Bəyannamə Ermənistan ilə Azərbaycan arasında sülhün daha da yaxınlaşmasına rəvac verib - bu isə özlüyündə həm də prosesə beynəlxalq diqqəti cəlb edir. Vaşinqtonun yaxından iştirakı, ev sahibliyi ilə sülh prosesinə verilən dəstək vacib amil kimi ön plana çıxıb. Bu, həm də Azərbaycanın sülh təşəbbüslərinin Vaşinqton tərəfindən dəstəklənməsi, regionun yeni gələcək mərhələyə qədəm qoyması üçün bütün imkanların səfərbər olunması deməkdir.
Tramp administrasiyasının sülh məsələsindəki aktiv iştirakı, tərəflər arasında razılaşmaların əldə olunması istiqamətində səyləri isə bölgədə yeni reallıqların yaranmasına yol açır. Bu isə özlüyündə erməni lobbisinin maraqlarına cavab vermir - yaranan situasiya xüsusilə ABŞ-da yaşayan erməni lobbisini narahat edir. Bunun nəticəsidir ki, onlar Azərbaycana qarşı ənənəvi şər-böhtan və qarayaxma kampaniyasından əl çəkmək, ölkəmizə qarşı qərəzli mövqedən uzaqlaşmaq istəmirlər.
Rubioya “üz tutan” 101 konqressmen...
Erməni lobbisi və onların “himayəsində” olan bəzi siyasətçilər təxminən otuz ili əhatə edən işğal dövründə, postmüharibə mərhələsində dəfələrlə Azərbaycana qarşı qərəzli kampaniyalar təşkil ediblər, ölkəmiz əleyhinə həqiqətdən uzaq iddialar qaldırıblar. Bu dəfə yenə analoji mənzərənin şahidi oluruq - erməni lobbisinin anti-Azərbaycan kampaniyası səngimir. Ələbaxan konqresmenlər, pulla ələ alınırlar.
Yeri gəlmişkən, yayılan xəbərə görə, ABŞ Konqresinin 101 üzvü Azərbaycana hərbi yardımın dayandırılması tələbi ilə dövlət katibi Marko Rubioya müraciət ediblər. 26 senatorun və 75 Nümayəndələr Palatası üzvünün imzaladığı məktubda ənənəvi “təzyiq vasitəsi” ön plana çıxarılıb - ermənipərəst qrup Azərbaycanda həbsdə olan cinayətkarların azad edilməsi, guya Qarabağdakı dini-mədəni irs abidələrinin dağıdılması, hətta Ermənistan ərazisində Azərbaycan hərbçilərinin mövcudluğu kimi yalanlarla sülhə xələl gətirməyə çalışırlar. Təşəbbüsün arxasında isə hər zaman olduğu kimi erməni lobbisinin silueti görünür - məktubun təşviqində əsas rol oynayan qurumlardan biri Amerikanın Erməni Milli Komitəsidir (ANCA). Təşkilat oktyabrın 7-də yaydığı açıqlamada təşəbbüsü açıq şəkildə dəstəklədiyini bildirib.
Qeyd edək ki, təşəbbüsün əsas hədəflərindən biri ABŞ-ın “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişdir. Bəlli olduğu kimi, ötən ilin avqustunda Prezident Tramp özünün qanuni səlahiyyətlərindən istifadə edərək bu düzəlişin müvəqqəti dayandırılması üçün müvafiq qərar imzalamışdı. Artıq yeni dövr üçün düzəlişdən imtina məsələsinin gündəmə gəlməsi ermənipərəstləri “hərəkətə gətirib”. ANCA-nın açıqlamasında da məktubun əsas məqsədlərindən birinin 907-ci düzəlişlə bağlı məhdudiyyətin aradan qaldırılmamasıdır.
Ermənipərəst xor yenidən öz “ampluasındadır”
Məktubun təşəbbüskarları isə yenə də ənənəvi ermənipərəst deputatlardır. Senatorlar Qari Piters və Adam Şiff, Nümayəndələr Palatasının üzvləri Qas Bilirakis və Frank Pallone bu müraciətdə aktiv rol oynayıb. Məktuba Senatda demokratların lideri Çak Şumer də imza atıb.
İslamofob, türkofob, maliyyə fırıldaqçısı, korrupsioner kimi şöhrət qazanan konqresmen Frank Pallonenin erməni yandaşı olması sirr deyil. O, ABŞ-da “ermənidən betər erməni” kimi tanınan şəxslərdəndir - Pallonenin konqresdə ermənilərin çoxluq təşkil etdiyi Nyu-Cersi ştatını təmsil etməsi də bu faktı təsdiqləyir. Erməni təbliğatının sınıq təkəri olan Pallone var gücü ilə ölkəmizə qarşı aparılan antimilli kampaniyaları təşkil edir, dəstəkləyir. Onun xüsusilə, 44 günlük Vətən müharibəsi və 2023-cü il antiterror əməliyyatlarından sonra fəallaşması diqqəti cəlb edir - bu şəxs ermənilərin 30 ilə yaxın yürütdyü zorakılığı və işğalı dəstəkləyib. 1992-ci ildə qəbul edilmiş “Azadlığa Dəstək Aktı”na “907-ci düzəlişin dəstəkçilərindən və təbliğatçılarından sayılan Pallone ölkəmizə qarşı mənfi münasibəti ilə seçilib - 1999-cu ildə Konqresin bir qrup nümayəndəsi ilə Azərbaycanda səfərdə olan zaman çadır şəhərciklərində yaşayan qaçqın və məcburi köçkünlərlə görüşdən imtina etmiş yeganə deputat olub. Beləliklə, Pallone və “ətrafındakılar”ın yenidən “erməni kartı” ilə gündəmə gəlmək istəklərinin altında yatan məqamlar bəllidir. ABŞ-ın iştirakı ilə müəyyənləşən sülh gündəliyinin yaxınlaşdığını hiss edən ermənipərəst xor yenidən öz ampluasındadır.
Bakı-Vaşinqton əlaqələri yeni mərhələdədir
ABŞ-ın “Azadlığa Dəstək Aktı” qanununa edilmiş bədnam 907-ci düzəliş ikitərəfli münasibətlərdəki “qara səhifələrdən” biridir. Konqres tərəfindən 1992-ci ildə qəbul edilmiş “Azadlığa Dəstək aktı” qanunu sosialist sistemin dağılmasından sonra öz müstəqilliyini elan etmiş dövlətlərə ABŞ tərəfindən yardımın göstərilməsini ehtiva edib. Lakin 1992-ci ilin oktyabr ayında ABŞ-da erməni lobbisinin təsiri altında qəbul olunan “Azadlığa Dəstək Aktına 907-ci düzəliş” adlı sənəd Vaşinqton-Bakı münasibətlərinin inkişafında mənfi rol oynayıb.
Artıq münasibətlərdə yeni dinamizm yaşanır - 8 avqust görüşü, ardından isə bu ilin fevralın 10-da ABŞ-ın vitse-prezidenti Cey Di Vensin Bakıya səfəri çərçivəsində imzalanan Azərbaycan ilə ABŞ arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya ikitərəfli münasibətlərə yeni bir status qazandırıb. Bu sənədin imzalanması iki ölkə arasındakı münasibətlərin keyfiyyətcə ən yeni mərhələsinin başlanğıcına çevrilib. Azərbaycanı özünün strateji tərəfdaşı kimi xarakterizə edən rəsmi Vaşinqton əməkdaşlığın çoxşaxəli olmasında maraqlı olduğunu ortaya qoyur. Bu gün Azərbaycanın geosiyasi mövqeyi, enerji təhlükəsizliyinə verdiyi töhfə, beynəlxalq nəqliyyat marşrutlarının inkişafındakı rolu və regional sabitliyin təmin edilməsində nümayiş etdirdiyi məsuliyyət ABŞ üçün ölkəmizi etibarlı tərəfdaş kimi ön plana çıxarır.
Belə bir zamanda erməni lobbisinin həyəcana düşməsi anlaşılandır - onlar artıq dərk edirlər ki, vəziyyət dəyişib və 907-ci düzəliş də yaxın vaxtlarda tarixə qovuşacaq...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41
Siyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22
İqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03
Siyasət
09 Oktyabr 10:57
Sosial
09 Oktyabr 10:50
İqtisadiyyat
09 Oktyabr 10:50
Analitik
09 Oktyabr 10:25
Gündəm
09 Oktyabr 10:19
Sosial
09 Oktyabr 09:42
Gündəm
09 Oktyabr 09:32
Analitik
09 Oktyabr 09:18
Sosial
09 Oktyabr 08:50
MEDİA
09 Oktyabr 08:37
Gündəm
09 Oktyabr 08:11
Dünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Gündəm
08 Oktyabr 21:31
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Sosial
08 Oktyabr 20:25

