Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Bakı-Xankəndi velosiped yarışının gələn il üçün keçirilmə tarixləri müəyyənləşib

Bakı-Xankəndi velosiped yarışının gələn il üçün keçirilmə tarixləri müəyyənləşib

06.10.2026 [13:32]

Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının 2027-ci ildə keçiriləcəyi tarixlər müəyyənləşib.

Velosiped İdmanı Federasiyasından AZƏRTAC-a bildirilib ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyasına daxil olan yarış mayın 9-dan 13-dək təşkil olunacaq və beynəlxalq federasiyanın rəsmi təqvim planına daxil edilib.

Yarışın idman əhəmiyyətini artıran əsas amillərdən biri də onun “Los-Anceles-2028” Yay Olimpiya Oyunlarına hazırlıq mərhələsinə təsadüf etməsidir. Olimpiya təsnifat prosesində reytinq xallarının əhəmiyyətli rol oynaması səbəbindən Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışında yüksəksəviyyəli komandaların və idmançıların iştirakı, eləcə də mərhələlərdə daha gərgin və prinsipial mübarizənin müşahidə olunacağı gözlənilir. Komandalar həm mərhələ və ümumi təsnifat üzrə yüksək nəticə əldə etmək, həm də Olimpiya Oyunlarına gedən yolda öz reytinqlərini gücləndirmək üçün mübarizə aparacaqlar.

Qeyd edək ki, Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı ölkəmizin idman, turizm və mədəni potensialını nümayiş etdirmək üçün mühüm beynəlxalq platforma olmaqla yanaşı, son illərdə ölkəmizdə, xüsusən işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işlərini dünya ictimaiyyətinə çatdırmaq baxımından xüsusi əhəmiyyət daşıyır.

Paylaş:
Baxılıb: 113 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Siyasət

Analitik

Analitik

Sosial

YAP xəbərləri

Sosial

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31