VIII Qurultay – yeni siyasi mərhələnin başlanğıcı
06.10.2026 [11:34]
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, ölkəmizin yeni inkişaf mərhələsində qarşıda duran əsas vəzifələrin müəyyənləşdirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Bu möhtəşəm siyasi tədbirdə qurultay üzvü kimi iştirak etmək mənim üçün böyük məsuliyyət, qürur və yaddaqalan bir hadisə oldu. Qurultayın yüksək səviyyədə təşkili, burada aparılan müzakirələr və səsləndirilən mühüm fikirlər ölkəmizin gələcək inkişaf istiqamətləri barədə aydın təsəvvür formalaşdırdı.
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin qurultayda çıxışı partiyanın keçdiyi tarixi yolun, Azərbaycanın son illərdə əldə etdiyi mühüm nailiyyətlərin və qarşıda duran strateji hədəflərin geniş təhlili ilə diqqət çəkdi. Dövlət başçısı çıxışında Ulu Öndər Heydər Əliyevin siyasi irsindən, Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi əhəmiyyətindən və partiyanın ölkənin ictimai-siyasi həyatındakı rolundan bəhs etdi.
Dövlət başçısı Azərbaycanın əldə etdiyi tarixi Zəfərə xüsusi diqqət yetirdi. 2020-ci il Vətən müharibəsində qazanılan Qələbə və 2023-cü ildə dövlət suverenliyimizin tam bərpa olunması Azərbaycanın müasir tarixində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirildi. Bu tarixi nailiyyətlər xalqımızın milli iradəsinin, həmrəyliyinin və dövlətimizin gücünün nəticəsi kimi xüsusi əhəmiyyət daşıyır.
Qurultayda səsləndirilən mühüm məsələlərdən biri də informasiya və ideoloji təhlükəsizliklə bağlı oldu. Müasir dövrdə informasiya texnologiyalarının, sosial medianın və süni intellektin sürətli inkişafı yeni imkanlarla yanaşı, müəyyən çağırışlar da yaradır. Bu baxımdan gənclərin düzgün informasiya ilə təmin olunması, milli-mənəvi dəyərlərə və dövlətçilik prinsiplərinə bağlılığın gücləndirilməsi mühüm vəzifələrdəndir. Hər bir YAP üzvünün bu istiqamətdə maarifləndirici və fəal mövqe nümayiş etdirməsi xüsusi əhəmiyyət daşıyır.
Dövlət başçısının çıxışında Qarabağ və Şərqi Zəngəzurun bərpası, Böyük Qayıdış proqramının davam etdirilməsi, iqtisadi inkişafın sürətləndirilməsi, Azərbaycanın hərbi qüdrətinin daha da möhkəmləndirilməsi və beynəlxalq mövqelərinin gücləndirilməsi məsələlərinə də diqqət yetirildi. Qarşıya qoyulan bu vəzifələr Azərbaycanın yeni mərhələdə inkişafının əsas istiqamətlərini müəyyən edir.
Qurultay üzvü kimi iştirak etdiyim VIII Qurultay mənim üçün yalnız mühüm siyasi hadisənin iştirakçısı olmaq deyil, eyni zamanda üzərimizə düşən məsuliyyəti daha dərindən dərk etmək baxımından əhəmiyyətli təcrübə oldu.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın qazandığı tarixi Zəfərlərdən sonra formalaşan yeni reallıqlar fonunda qarşıdakı hədəfləri müəyyənləşdirən mühüm siyasi platforma kimi yadda qaldı. Qurultayda səsləndirilən mesajlar göstərdi ki, qarşıdakı dövrdə əsas məqsədlərdən biri əldə olunmuş nailiyyətləri qorumaq, dövlətimizin gücünü daha da artırmaq və Azərbaycanın davamlı inkişafını təmin etməkdir.
Bu baxımdan VIII Qurultayda iştirakım mənim üçün həm şərəfli, həm də məsuliyyətli bir hadisə oldu. Qurultaydan aldığım əsas qənaət ondan ibarətdir ki, Azərbaycanın gələcək uğurlarında hər bir vətəndaşın, xüsusilə də Yeni Azərbaycan Partiyasının üzvlərinin fəallığı və dövlətçilik mövqeyi mühüm rol oynayacaq. Qarşıya qoyulan hədəflərin həyata keçirilməsinə öz töhfəmizi vermək isə hər birimizin vətəndaşlıq məsuliyyətidir.
Elşən Səfərov
YAP Ağcabədi rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxSiyasət
07 Oktyabr 13:30
Siyasət
07 Oktyabr 13:07
Siyasət
07 Oktyabr 12:50
Siyasət
07 Oktyabr 12:49
Sosial
07 Oktyabr 12:29
YAP xəbərləri
07 Oktyabr 12:25
Siyasət
07 Oktyabr 12:24
Siyasət
07 Oktyabr 12:12
Siyasət
07 Oktyabr 12:10
Siyasət
07 Oktyabr 12:09
YAP xəbərləri
07 Oktyabr 11:46
YAP xəbərləri
07 Oktyabr 11:45
Gündəm
07 Oktyabr 11:45
Siyasət
07 Oktyabr 11:23
Siyasət
07 Oktyabr 11:22
Gündəm
07 Oktyabr 11:19
Siyasət
07 Oktyabr 11:11
Analitik
07 Oktyabr 10:58
MEDİA
07 Oktyabr 10:56
Gündəm
07 Oktyabr 10:54
Siyasət
07 Oktyabr 10:25
Siyasət
07 Oktyabr 10:09
Analitik
07 Oktyabr 09:42
Gündəm
07 Oktyabr 09:35
Analitik
07 Oktyabr 09:17
Sosial
07 Oktyabr 08:53
Sosial
07 Oktyabr 08:30
Gündəm
07 Oktyabr 08:11
İqtisadiyyat
06 Oktyabr 23:53
Dünya
06 Oktyabr 23:23
YAP xəbərləri
06 Oktyabr 23:04
YAP xəbərləri
06 Oktyabr 22:59
Dünya
06 Oktyabr 22:24
Dünya
06 Oktyabr 21:42
Dünya
06 Oktyabr 21:09
Dünya
06 Oktyabr 20:22
İqtisadiyyat
06 Oktyabr 20:07
Dünya
06 Oktyabr 19:59
Dünya
06 Oktyabr 19:41
Dünya
06 Oktyabr 18:14
Dünya
06 Oktyabr 17:30
Gündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15
Elanlar
06 Oktyabr 16:15
Siyasət
06 Oktyabr 16:14
Siyasət
06 Oktyabr 16:12
Siyasət
06 Oktyabr 16:12
Gündəm
06 Oktyabr 16:11
YAP xəbərləri
06 Oktyabr 15:53
Siyasət
06 Oktyabr 15:52
YAP xəbərləri
06 Oktyabr 15:49
Sosial
06 Oktyabr 15:41
Dünya
06 Oktyabr 15:39
Siyasət
06 Oktyabr 15:23
Siyasət
06 Oktyabr 15:22
Siyasət
06 Oktyabr 15:10
YAP xəbərləri
06 Oktyabr 14:25
YAP xəbərləri
06 Oktyabr 14:22
Dünya
06 Oktyabr 14:18
YAP xəbərləri
06 Oktyabr 13:35
İdman
06 Oktyabr 13:32
YAP xəbərləri
06 Oktyabr 13:10
Siyasət
06 Oktyabr 13:07
Gündəm
06 Oktyabr 12:51
Siyasət
06 Oktyabr 12:32
Sosial
06 Oktyabr 12:27
İqtisadiyyat
06 Oktyabr 12:12
Hadisə
06 Oktyabr 12:11
Xəbər lenti
06 Oktyabr 12:10

