Vətən müharibəsinə 3 gün qalırdı...
24.09.2026 [11:43]
Yaxın tariximizin bu günü - 24 sentyabr 2024-cü il. Vətən müharibəsinə cəmi 3 gün qalırdı. Sentyabrın 27-də Ermənistan otuz illik işğalçılıq siyasətinin davamı olaraq keçmiş təmas xətti boyunca növbəti təxribata əl atdı. Bəhs olunan təxribat daha geniş müharibə cinayəti idi. Açıq-aydın görünürdü ki, təcavüzkarlıq siyasətinə görə cəzalandırılmayan, beynəlxalq sanksiyalara məruz qalmayan Ermənistan yeni torpaqlar ələ keçirmək istəyir.
Belə olduqda Azərbaycan öz gücü ilə düşmənə qətiyyətli cavab vermək, davamlı hal alan təxribatlara son qoymaq və ərazi bütövlüyünü, suverenliyini təmin etmək əzmini ortaya qoydu. Sentyabrın 27-də istənilən vəzifəni yerinə yetirməyə qadir olan Silahlı Qüvvələrimiz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tələsmədən və gecikmədən verdiyi göstərişlərə əsasən genişmiqyaslı əks-hücum əməliyyatına başladı. Elə ilk gündən düşmən Ordumuzun sarsıdıcı zərbələrini aldı və cəmi 44 gün ərzində tam kapitulyasiyaya məruz qaldı.
Fəal diplomatiya - Azərbaycan BMT-də Ermənistanın yeni müharibə hazırlıqları barədə məlumat verib
Azərbaycan təxminən otuz il ərzində ATƏT-in Minsk formatında aparılan danışıqlarda fəal iştirak etməklə keçmiş Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə tərəfdar olduğunu bütün dünyaya nümayiş etdirib. Prezident İlham Əliyev fəal diplomatiya apararaq daim beynəlxalq ictimaiyyəti keçmiş münaqişənin mahiyyəti barədə məlumatlandırır, ölkəmizin ədalətli və prinsipial mövqeyini ortaya qoyurdu.
Bu baxımdan dövlətimizin başçısının 2020-ci il 24 sentyabr tarixində BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarındakı əhatəli çıxışı da xarakterikdir. Yüksək tribunadan Ermənistanın təcavüzkarlıq siyasəti aparmasına, işğal etdiyi ərazilərdə beynəlxalq konvensiyaları pozmaqla qanunsuz məskunlaşma həyata keçirdiyinə, mədəni-dini irsimizi məqsədli şəkildə məhv etməklə tarixi torpaqlarımızda Azərbaycanın izini itirməyə çalışmasına, xarici şirkətləri cəlb etməklə təbii sərvətlərimizi talamasına, ən nəhayət, BMT qətnamələrini yerinə yetirməməsinə diqqət çəkdi. Ermənistanın işğalçılıq siyasətinə, vandalizm əməllərinə görə cəzalandırılmaması ikili standartlar nümunəsi idi. Bu isə təcavüzkar dövləti yeni ərazilər uğrunda yeni müharibəyə ruhlandırırdı. Baş nazir Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” deməsi, əslində, danışıqlar prosesinin mənasız olduğunu ortaya qoydu.
Qarşı tərəf müharibə iddialarını, həmçinin sahədə nümayiş etdirirdi. Prezident İlham Əliyev çıxışında Ermənistanın artan təxribatları barədə geniş məlumat verib və beynəlxalq birliyə çağırış edərək vurğulayıb: “Ermənistan rəhbərliyinin düşməncəsinə verilən Azərbaycanofob bəyanatları və edilən təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşdığını nümayiş etdirir. Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanı növbəti hərbi təcavüzdən çəkindirməyə dəvət edirik.
Təxribatların baş verməsinə və gərginliyin artmasına görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.
Bir gündə atəşkəs rejimi 69 dəfə pozulub
Düşmən aqressiv siyasətini getdikcə daha da gücləndirirdi. 2020-ci il sentyabrın 24-də baş verənlər də bunun əyani təsdiqi idi. Həmin tarixdə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 69 dəfə pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin sentyabrın 24 yaydığı məlumatda bildirilib ki, Ermənistanın Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam və Koxanəbi kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqelərinə atəş açılıb.
Yeganə məqsədi ölkənin ərazi bütövlüyünü və suverenliyini təmin etmək olan Azərbaycan Ordusu isə düşmənin artan təxribatları fonunda özünün döyüş qabiliyyətini artırmağı hədəfləyən təlimlərini davam etdirir və ayıq-sayıqlığını daha da artırırdı. Bu məqsədlə müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, Hərbi Hava Qüvvələrinin (HHQ) təlim-döyüş uçuşları keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, uçuşlar zamanı əsas diqqət müxtəlif hündürlüklərdə və sürətlərdə hücum və müdafiə manevrlərindən istifadə edərək pilotaj texnikasına yönəldilib. Müasir manevrli hava döyüşlərinin aparılması üzrə tapşırıqların yerinə yetirilməsi zamanı təyyarələrin ekipajları növbə ilə düşmənin yer hədəflərinin aşkarlanması və məhv edilməsi tapşırıqlarını yerinə yetiriblər.
Həmçinin Hərbi Hava Qüvvələrinin gecə və məhdud görmə şəraitində təlim uçuşları keçirilib. Ssenariyə əsasən Su-25 və MiQ-29 tipli təyyarələr havaya qalxma və yerə enmə, şərti hava və yer hədəflərinin məhv edilməsi, kiçik və orta hündürlükdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqları icra ediblər.
Təlimlər zamanı pilotlar, həmçinin şərti düşmənin yerüstü hədəflərinin koordinatlarını təyin etməklə hava kəşfiyyatı da həyata keçiriblər. Gecə təlimlərində qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 Sentyabr 23:39
Dünya
23 Sentyabr 23:17
Dünya
23 Sentyabr 22:50
Dünya
23 Sentyabr 22:21
Dünya
23 Sentyabr 21:45
Hadisə
23 Sentyabr 21:19
İqtisadiyyat
23 Sentyabr 20:58
Dünya
23 Sentyabr 20:25
İqtisadiyyat
23 Sentyabr 19:42
Dünya
23 Sentyabr 19:17
Sosial
23 Sentyabr 18:31
YAP xəbərləri
23 Sentyabr 18:16
Elanlar
23 Sentyabr 17:13
YAP xəbərləri
23 Sentyabr 16:57
Sosial
23 Sentyabr 16:55
Gündəm
23 Sentyabr 16:52
Sosial
23 Sentyabr 16:41
İqtisadiyyat
23 Sentyabr 16:36
Hadisə
23 Sentyabr 16:35
YAP xəbərləri
23 Sentyabr 16:20
İqtisadiyyat
23 Sentyabr 16:19
Formula 1
23 Sentyabr 15:54
İqtisadiyyat
23 Sentyabr 15:43
Sosial
23 Sentyabr 15:32
Hadisə
23 Sentyabr 15:22
Sosial
23 Sentyabr 15:20
İqtisadiyyat
23 Sentyabr 14:58
İdman
23 Sentyabr 14:33
Dünya
23 Sentyabr 14:10
Dünya
23 Sentyabr 13:56
İdman
23 Sentyabr 13:44
İqtisadiyyat
23 Sentyabr 13:18
Sosial
23 Sentyabr 13:11
Gündəm
23 Sentyabr 13:03
Gündəm
23 Sentyabr 12:40
Formula 1
23 Sentyabr 12:25
Gündəm
23 Sentyabr 12:19
Dünya
23 Sentyabr 12:08
Dünya
23 Sentyabr 12:00
Siyasət
23 Sentyabr 11:45
Elm
23 Sentyabr 11:43
Dünya
23 Sentyabr 11:41
İqtisadiyyat
23 Sentyabr 11:39
Hadisə
23 Sentyabr 11:38
İqtisadiyyat
23 Sentyabr 11:33
İqtisadiyyat
23 Sentyabr 11:32
Siyasət
23 Sentyabr 11:31
Gündəm
23 Sentyabr 11:29
YAP xəbərləri
23 Sentyabr 11:28
İqtisadiyyat
23 Sentyabr 11:26
Gündəm
23 Sentyabr 11:25
Sosial
23 Sentyabr 11:22
Elm
23 Sentyabr 11:22
İqtisadiyyat
23 Sentyabr 11:19
Mədəniyyət
23 Sentyabr 10:56
İqtisadiyyat
23 Sentyabr 10:52
İqtisadiyyat
23 Sentyabr 10:47
İqtisadiyyat
23 Sentyabr 10:45
Gündəm
23 Sentyabr 10:37
Dünya
23 Sentyabr 10:34
İqtisadiyyat
23 Sentyabr 10:28
İqtisadiyyat
23 Sentyabr 10:26
Sosial
23 Sentyabr 10:25
Sosial
23 Sentyabr 10:24
Analitik
23 Sentyabr 09:40
Analitik
23 Sentyabr 09:17
Elm
23 Sentyabr 08:59
Sosial
23 Sentyabr 08:37
Gündəm
23 Sentyabr 08:14
Dünya
22 Sentyabr 23:34

