Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / DİN: Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb

09.09.2026 [11:42]

Sentyabrın 8-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 170, o cümlədən borclu şəxs qismində axtarışda olan 147 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Eləcə də ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 3 və dələduzluğa görə axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Eyni zamanda, narkotiklərlə əlaqəli 23 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 40,5 kiloqram narkotik vasitə aşkar olunaraq götürülüb.

Qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 9 tüfəng aşkar edilərək götürülüb.

Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər də saxlanılıb.

Paylaş:
Baxılıb: 200 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30